Xorvatiyada Amerika Təhsili – RIT Rochester Institute of Technology Croatia

RIT Rochester Institute of Technology Croatia 1997-ci ildə tanınmış özəl Amerika universiteti olan Rochester Institute of Technology New York’un qlobal bir kampusu olaraq qurulmuşdur. RIT Xorvatiya, biri sahil kurort şəhəri Dubrovnikdə, digəri isə ölkənin paytaxtı Zaqrebdə yerləşən iki kampusda seçilmiş RIT proqramları üzrə təhsil təklif edir. RIT Xorvatiya ilə tələbələr çağdaş Amerika proqramlarını, İngilis dilində dərsləri, zəngin beynəlxalq akademik və peşə təcrübəsi olan görkəmli fakültələri və ən son texnologiya ilə təchiz olunmuş sinif otaqlarını təcrübədən keçirirlər.

Universitet beynəlxalq tələbə və müəllim heyətindən ibarətdir və dinamik, beynəlxalq mühitdə Amerika proqramlarında təhsil almaq istəyən insanlar üçün əla seçimdir. RIT’də fərdi yanaşma olduğu üçün tələbələrin potensialını inkişaf etdirməyə kömək edən stimullaşdırıcı və interaktiv bir mühit təmin edilir. Təhsil müddətində RIT’nin Rochester, New York ya da Birləşmiş Ərəb Əmirliklərində yerləşən kampuslarında da bir və ya iki semestr keçirmək üçün misilsiz bir fürsət təqdim edilir. Biliklərin praktik tətbiqinə yönəlmiş proqramlar vasitəsilə tələbələr məzun olduqları zaman arıtq iş dünyasının çətinliklərinə tam hazır olur. RIT Xorvatiya Amerikada yerləşən Rochester Institute of Technology New York’un qlobal kampusu olduğu üçün bu universitetin proqramları üzrə təhsil alan tələbələr məzun olduqları zaman həm Xorvatiya Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş bakalavr diplomu, həm də RIT New York tərəfindən Amerika diplomu əldə etmiş olurlar.

RIT Xorvatiya, ZaqrebDubrovnik şəhərlərində yerləşən iki fərqli kampusda bakalavr pilləsi üzrə təhsil almaq istəyən tələbələr üçün 3 fərqli proqram üzrə təhsil almaq imkanı təklif edir:

– Hospitality and Tourism Management (Dubrovnik)
– International Business (Zagreb)
– Web and Mobile Computing/Information Technology (Dubrovnik and Zagreb)


Magistr pilləsində təhsil almaq istəyən tələbələr üçün isə Zaqreb şəhərində yerləşən kampusunda 2 xüsusi proqram təklif edir:

– Master of Science program in Service Leadership and Innovation (Zagreb)
– Master of Science in Information Sciences and Technologies (Zagreb)

Nə üçün RIT Xorvatiya?

– İngilis dilində təhsil. Beynəlxalq səviyyədə tanınmış Amerika dərəcəsi: Bütün dərslər müasir Amerika proqramları və dərslikləri ilə tam uyğunlaşdırılmışdır və təhsil ingilis dilində aparılır. RIT Xorvatiyadakı təhsilini bitirdikdən sonra sizə iki dərəcə veriləcəkdir: Rochester Texnologiya Institutundan Amerika dərəcəsi və RIT Xorvatiyadan Xorvat dərəcəsi.

– Bir semestri Amerika Birləşmiş Ştatları və ya Birləşmiş Ərəb Əmirliklərində keçirmək imkanı: fərqli mədəniyyətləri yaşamaq, qlobal baxımdan dünyagörüşü əldə etmək və ingilis dili bacarıqlarını artırmaq şansı.

– RIT, uzun məsafəli tədris sahəsində təxminən 40 illik təcrübəyə malikdir və bu, həm klassik, həm də virtual siniflərdə keyfiyyətli dərslər təklif etmək imkanı yaradır.

– Məzun olduqdan sonra əla yerləşdirmə nisbəti: Tələbələrin 90%-i, məzun olduqdan sonra altı ay ərzində işlə təmin edilmiş (2019-cu il məzunları). RIT-in karyera inkişafı və kooperativ təhsili proqramı əsasında hazırlanmış tələbələr, birinci kursdan əmək bazarına inteqrasiya olunmağa hazırlaşırlar.

Nə üçün Xorvatiyada təhsil?

Xorvatiya dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunur. 2020 Qlobal Sülh İndeksi reytinqinə görə Xorvatiya 163 ölkə arasında 26-cı yerdədir. Xorvatiyada yaşamağa gələn xarici vətəndaşlar, təhlükəsizliyi bu ölkədə ən çox dəyər verdikləri şeylərdən biri kimi göstərirlər ki, bu da onu təhsil almaq üçün ideal bir yerə çevirir.

Xorvatiya ingilis dilini yüksək səviyyədə bilən bir ölkə sayılır. EF English Proficiency Index sıralamasına görə – Xorvatiya dünyanın ən böyük ölkələri və bölgələri arasında ilk 15-likdə yer alır.

Digər Avropa ölkələri ilə müqayisədə Xorvatiya nisbətən ucuz yaşam ilə tanınır. Xorvatiyada ən böyük xərc mənzildir. Bununla belə, qiymətlər hələ də Avropa Birliyinin qərb ölkələrindən daha aşağıdır.

Ətraflı məlumat və müraciət üçün:

CELT Colleges Sahil
Tel: (+994 12) 493 48 18
Mob: (+994 51) 492 02 89
sahil@celt.az
elgunk12.sg-host.com
Ünvan: 113 Həzi Aslanov küçəsi, Bakı, Azərbaycan AZ1095

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next