Xarici ölkələrdə məktəblər hansı formada fəaliyyət göstərəcək? Hansı ölkədə şagirdi dərsə qoymayan valideyn cərimələnəcək?

Hal-hazırda bütün dünyada hamını ən çox maraqlandıran sual budur? “Məktəblər, universitetlər necə açılacaq?” “Pandemiya nə vaxt bitəcək?”. Bu sual hamını maraqlandırdığı kimi bir o qədər də hər kəsi narahat edir.

Bir sıra ölkələr artıq təhsil ocaqları ilə bağlı planlarını açıqlayıb.

ABŞ:

Yoluxma sayının yüksək olduğu ABŞ-da Prezident Donald Trump əyalətlərin idarə rəhbərlərinə məktəblərin açılması ilə bağlı təlimat verib. Bəzi əyalətlər isə buna hazır olmadıqlarını açıqlayıblar. Sentyabr ayında məktəbləri açmağa qərar verən Nyu York ştatında şagirdlər həftədə 1-3-cü günlər arası  məktəbə gedəcək, digər günlər isə distant təhsil alacaqlar. Siniflərdə ən çox 12 nəfər olacaq.

Harvard Universitetinə 2021-ci il qəbu olmaq istəyən şəxslər üçün yalnız CELT Beynəlxalq Məktəbinin Attestatı  kifayətdir! CELT Beynəlxalq Məktəbinə elə indi müraciət et! Ətraflı məlumat üçün bu linkə daxil olun.

İNGİLTƏRƏ:

İngiltərə höküməti təhsil ilə bağlı daha fərqli qərar verib. Belə ki, İngiltərədə uşaqlarını məktəbə qoymayan valideynlər cərimələnəcək. Şagirdlər siniflərdə qup şəklində təhsil alacaq, ayrı-ayrı yemək və nəqliyyatdan faydalanacaqlar. Məktəbə giriş və çıxış saatları da fərqli olacaq.

İTALİYA:

Sentyabrın 14-də məktəbləri açmağı planlaşdıran İtaliya hökuməti, siniflərdə tək adamlıq partlardan istifadə edilməsi ilə bağlı tender hazırladı. Siniflərin hansı şəkildə təşkil edilməsi isə məktəb rəhbərliyinin ixtiyarına verildi. Tədrisin təşkili ilə bağlı yer çatışmazlığı olacağı təqdirdə məktəblərə əlavə yer kirayə götürmələri üçün vəsait təklif ediləcəyi də açıqlanıb.

FRANSA:

Məlumunuz olsun ki, Fransada artıq məktəblər açılıb. Ölkə daxilində təhsil tədricən uşaq bağçalarında, ibtidai məktəblərdə və orta məktəblərdə mərhələli şəkildə fəaliyyətə başlayıb. Bəzi dərslər üz-üzə, bəziləri isə distant formada təşkil edilir. Liseylərin isə sentyabrda açılması nəzərdə tutulur.

İSPANİYA:

İspaniyada məktəblərin sentyabr ayında açılması, sinif otaqlarında şagirdlərin sayının 20-dən çox olmaması planlaşdırılır. Uşaqlara maska taxmaq tövsiyə ediləcək və sinifdə 1,5 metr sosial məsafə saxlanılacaq.

BRAZİLYA:

Braziliyada uşaq bağçaları açılıb. İbtidai, orta və lisey şagirdlərinin də təhsilə avqustun sonunda başlamaları nəzərdə tutulub. Şagirdlər sinifdə və oyun meydançalarında kiçik qruplar şəklində olacaqlar. Bir-birilərinə qarşı məsafə saxlamaları ilə bağlı xəbərdarlıq ediləcək.

İSRAİL:

Məktəblərin sentyabrın 1-də açılması planlaşdırılan İsraildə maska taxmaq dördüncü və yuxarı sinif şagirdləri üçün məcburi olacaq. Pəncərələr məktəblərdə hər zaman açıq saxlanılmalı və əllər tez-tez yuyulmalıdır.

ALMANİYA:  

Almaniyada artıq məktəbə qayıdan uşaqlar üz-üzə təhsilə başlayıblar. Şagirdlərə məktəblərdə sosial məsafəyə diqqət yetirmələri üçün qayda və işarələrlə xəbərdarlıq edilir. Şagirdlər və müəllimlərin dəhlizlərdə maska taxması məcburi olsa da, sinif və ya oyun meydançalarında bu məcburi deyil.

Amma qardaş Türkiyədə təhsil müəssislərində təhsil 31 avqust-21 sentyabr tarixinədək distant təşkili nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Azərbaycanda növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin hansı qaydada təşkil ediləcəyi hələ ki, elan edilməyib.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next