XARICI MÜƏLLİMLƏRİN TƏQDİMATINDA İNGİLİS DİLİ KURSLARI – CELT Colleges

İngilis dilini öyrənmək istəyirsən? İngilis dilini tədris edən mükəmməl xarici müəllimlər axtarırsan? İngilis dili kurslarına endirim əldə etmək istəyirsən? O zaman bu bloqu oxu )

İngilis dilinin tədris edən müəllimin yerli və yaxud xarici (ingilis,amerikalı) olması önəm daşıyır. Amma bu o demək deyil ki, ingilis dilini yalnız xarici müəllimlər yaxşı tədris edir. Amma əlbətdəki xarici müəllimlərlə, yerli müəllimlərin ingilis dili tədrisində fərqlər və üstünlüklər vardır. Bu gün mən Sizə bu haqda danışacağam.

Deməli yerli müəllimlə xarici müəllimlərin tədris etdiyi dərslər arasında ilk fərq oldur ki, hər hansı dili həmin dilin doğma daşıyıçısı olan şəxslərdən öyrənmək həmin dili mükəmməl bilməyimizə zəmanət yaradır. O baxımdan ki, bildiyiniz kimi hər bir dilin müxtəlif ləhçəsi var. Yəni ingilisin danışığı ilə amerikalının danışığı və yaxud hollandiyalının irlandiyalının danışığı çox seçilir. İngilis dilini öyrəndikdə danışıqla bərabər dili qavrama da əsasdır. Beləki danışıqla qavrama 50/50 bir-birini tamamlamalıdır. Əgər Siz ingilis dilini amerikalıdan və yaxud doğma dili ingilis dili olan hər hansı bir xarici vətəndaşdan öyrənirsinizsə o zaman yaxşı danışmaqla bərabər xarici vətəndaşlarının danışığını qavrama bacarığınız yaxşı inkişaf edir və Siz hər hansı ingilis dilində danışan xarici vətəndaşı yaxşı anlayırsınız. Deməli xarici müəllimdən dil öyrənmək Sizin həmin dili tez bir zamanda və daha yaxşı formada yiyələnməyiniz deməkdir. Bəlkə də bu yazıda elə anlayarsınız ki, burada yerli müəllimlərə qarşı antitəbliğat aparılır. Xeyr, sadəcə olaraq biz fərqi göstərməyə və ümumilikdə yerli və xarici müəllimlərdən ingilis dilini öyrəndikdə nə əldə edəcəyimizi anlamatmağa çalışırıq. Yerli müəllimlərimiz arasında çox istedadlı və bilikli müəllimlərimiz çoxdur və eləcə də xarici müəllimlər arasında da savadsız və müəllim olaraq bu peşəyə aidiyyatı olmayan insanlarda çoxdur. Yəni əgər qarşınızdakı xaricinin müəllim olmayıb lakin müəllim olaraq ingilis dilini öyrədirsə, onun öyrədə bildiyi nə ola bilər axı? Lakin biz sizlərə mükəmməl yerli müəllimlərlə bərabər, xarici müəllimlərin ingilis dili kurslarını təqdim edirik. Sizin üçün xaricdən Bakıya gələn müəllimlərlə ingilis dilini daha yaxşı və daha mükəmməl öyrənəcəksiniz.

Odur ki, dil biliklərinizi inkişaf etdirmək və danışığınızı, qavrama qabiliyyətinizi inkişaf etdirib mükəmməl olaraq ingilis dilində danışmaq istəyirsinizsə o zaman Celt Colleges Şirkətinin ofislərinə müraciət edin və xarici müəllimlərin təqdimatında olan kurslar haqqında məlumat alın.

Xüsusi endirim kodu 000033

Bu kodu media@celt.az ilk göndərən şəxs Celt Colleges Şirkətinin ingilis dili kursuna 10%-dək endirim qazanır ( ilk ay)

 

9 thoughts on “XARICI MÜƏLLİMLƏRİN TƏQDİMATINDA İNGİLİS DİLİ KURSLARI – CELT Colleges”

  1. Salam
    Men ingilis dilinde hec bir soz bilmirem ve yazma oxumaqda yoxdu.
    amma ingilisce öyrenmek ve yazmaq mene cox vacib lazimdir.
    Bunun ucun ne etmeliyem?
    Ve nece vaxta öyrene ve yaza bilerem?

  2. Salam, ingilis dilini yalniz danisigini oyrenmek isteyirem, yalniz danisiq derslerine qatilmaq yeni, xarici muellimle, melumat vererdiniz, qiymeti, vaxtlari, unvaniniz

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next