xarici diplomların tanınması

Xarici diplomların Azərbaycanda tanınması zamanı qarşıya çıxan problemlər.

Xaricdə təhsil alan hər bir şəxsin Azərbaycana qayıtdıqda Azərbaycan ərazisində ali təhsil sənədinin tanıtmalı və ixtisas ekvivalentinin müəyyən etdirməlidir. Çünki qanunla xaricdə təhsil alan şəxsin diplomu Azərbaycan ərazisində tanınmırsa (nostrifikasiya olunmayıbsa) həmin şəxsin diplomu keçərsiz sayılır. Bu da həmin şəxsin ölkə ərazisində iş tapmasında çox böyük çətinlik yaradır. 

Diplomların tanınması məsələsinə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdnində əvvəllər Akkreditasiya və Nostrifikasiya İdarəsi kimi fəaliyyət göstərən və hal -hazırda Təhsildə Keyfiyyət Təminatı Agentliyi olaraq adlanan qurum baxır. Bu qurum Koroğlu metrosu yaxınlığında yerləşən Bakı Texniki Kollecin binasında yerləşir. 

Xaricdə təhsilini yaxın vaxtlarda bitirəcək və yaxud hal-hazırda təhsilini bitirən şəxslər Azərbaycanda diplomlarının tanınması üçün aşağıdakı prosedurları keçməlidir.

  1. Xaricdən gələrkən (bu xüsusilə Rusiya, Ukrayna və s bu kimi ölkələrdə təhsil alanlar) diplomunuz həmin xarici ölkədə Apostil olunmalı və ya leqallaşdırılmalıdır. 

Apostil nədir? Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin iki növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırması.

Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.

Apostilin özündə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırması tələb olunmur.

Konsul leqallaşdırması sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir.

Apostilin verilməsi birpilləli prosedur olmaqla sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutur və həmin sənəd “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən”  5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyaya üzv olan bütün dövlətlərdə təqdim edilir.

  • Azərbaycana gəldikdən sonra diplom və diploma əlavəni və digər sənədləri Azərbaycan dilinə çevirib notarial qaydada təsdiq etdirib Təhsildə Keyfiyyət Təminatı Agentliyinə nostrifikasiya ilə bağı ( diplomun tanınması) onlayn müraciət etmək lazımdır. Qeyd edək ki, prosedur yalnız onlayn müraciət əsasında aparılır. Yəni siz sənədlərinizi bu Agentliyə mail və ya poçtla göndərsəniz Sizin işinizə baxılmayacaq. Ona gorə Siz Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə
    Elektron Ərizə Sisteminə daxil olub qeydiyyatdan keçməlsiniz ( https://apply.enic.edu.az/default.aspx )

Qeydiyyat prosesi və tələb olunan sənədlər və ümumiyyətlə bu prosedur haqda Sizə yazılar təqdim edəcəyik. 

Diplomun tanınması (nostrifikasiya) prosesində qarşıya hansı problemlər çıxır?

  1. Əgər Siz diplomunuzu tanıtmaq üçün müraciət etmisinizsə bu prosedurun minimum 6 ay maksimum 2 il arası çəkəcəyini bilməlisiniz. Yəni Sizin diplomun tanınma prosesi uzun çəkir. Ona görə də ölkəyə qayıdan kimi bu prosesə başlamanızı tövsiyyə edirik. 
  2. Bu prosesdə mütamadi olaraq Sizin telefona bildirişlər gəlir. Məsələn: “Sənədləriniz Ali təhsil müəssisəsinə göndərildi”, “Ali təhsil müəssisəsindən cavab gəldi”, “Sənədləriniz Sərhəd Qoşunlarına göndərildi və s…
  3. Siz xaricdə qiyabi təhsil almısınızsa (xüsusilə Rusiya, Ukrayna və Türkiyədə)bilin ki, Sizin həmin ölkəyə giriş-çıxışınız hər iki semestr müddətində yəni 1 tədris ili üçün 30 günü keçməlidir. Məsələn əgər kimsə 1 il ərzində 10 gün Rusiyada olubsa və bu müddətdə 2 semestr imtahanlarını bağlayıbsa TKTA Sizin diplomunuzu tanımayacaqdır.
  4. Oxuduğunuz ali təhsil müəssisəsindən Agentliyin məktubunu cavablandırması da nostrifikasiya prosesinə təsir edir. Sizin nostrifikasiya üçün təqdim etdiyiniz sənədlər universitetə göndərildikdə universitet araşdırma edib Agentliyə cavab verir. Əgər bu proses xeyli vaxt alarsa bu nostrifikasiya prosesinin uzanmasına səbəb olacaqdır. Bundan başqa universitetin verdiyi məlumatla Sizin verdiyiniz məlumatlar və yaxud sənədlər bir-birinə uyğun olmarsa bu zaman da Sizin diplomunuz tanınmayacaqdır. 

Nostrifikasiya və ümumiyyətlə diplomların tanınma prosesi haqda Sizlərə maraqlı yazılar təqdim edəcəyik. Odur ki, bizi izləyin.

57 thoughts on “Xarici diplomların Azərbaycanda tanınması zamanı qarşıya çıxan problemlər.”

  1. salam . Men Turkiye Denizli seherinde pamukkale universteti psixolojik danismanlig ve rehberlik oxuyuram. Diplomum taninacag?

    1. Dövlət unilərinin tanınmasında çox zaman problem olmur. Ama təbii buna Agentlik qərar verir başqaları deyil.

  2. Salam. Men dumlupınar üniversitetinde tehsil alıram. Bezileri deyirki Azerbaycanda 10 min verib diplomu tanıtdıra bilerem. Bu doğrudur yoxsa apostil etdirsem pulsuz alınacaq?

  3. Salam. SanktPeterburq dövlət politexnik universitetini bitirmişəm. Ölkələrarası diplomıar tanınır? Bu zaman oradan gətiriləcək apostilya gərək var mı? Apostili Bakıda Xarici İşlər Nazirliyində etmək olar mı?

  4. Salam, men Turkiye universitetlerinden qebul almisam( Dumlupinar, Anadolu ve Istanbul universiteleri) diplom taninmaz deye deqiq qeydiyyatdan kece bilmirem. Diplom taninib taninmadigini evvelceden oyrene bilerem?(tehsil nazirliyi ile elaqe saxlamaq mumkun olmur)

  5. Salam..mən Azərbaycan tibb universitetinin tibbi profilaktika fakültəsini bitirdim . Və Azərbaycanda bu fakültə ilə cərrahiyyəyə vermək olmur deyə mən Rusiyanın sankt-peterbur şəhərinin “Санкт-Петербургский государственный педиатрический медицинский университет”nin “леч факультет”ikinci təhsil kimi perevod oldum və kredit borclarını ödədim indi 6ci kursam və də bilmək istəyirəm ki, mənim diplomum tanınır? .

  6. Salam,
    Xaricdə tahsil aldığımız Phd (doktora) tanınması üçün AMEA müraciət etməliyik?
    Birdəki biznesin idarə edilməsi üzrə magstr təhsilo alan, səhiyyə menecmenti üzrə phd alarsa diplomun tanınmasında problem yaşanar?

    1. Xeyir. Təhsil Nazirliyinin nostrifikasiya bölməsi var ordan müraciət etməlisiniz. ixtisas dəyişməninizin buna aidiyyatı yoxdur. Sadəcə diplomununuz qanuni olmalıdır

    2. Salam məndə xaricdə təhsil almışam Ukraynada 2011-2015 ci ildə 2013-cü ildə kiyevdı müharibə olduğu üçün 3-cü kurs simestr Gürcüstanda olduğumuz üçün diplom təstiklənməyib xahiş edrəm köməklik edəsiz.

  7. Tehsil aldigim olkenin burdaki sefirliyi mohur veya tesdiq edir .bele deyilib mene .bu mumkundur? Yoxsa sadece tehsil nazirliyimi tesdiq etmelidir

    1. Əgər notarial xidmətləri soruşursunuzsa, bunu Notarius ofisləri və ya ASAN Xidmət ofisləri həyata keçirir. Diplomun təsdiqidirsə, Təhsil Nazirliyi ilə əlaqə saxlamaq lazımdır.

  8. Salam menim diplomumda hec bir problem yoxdur ve herdefe ayri ayri behaneler edirler artiq 5 ildiki tesdiq ede bilmirem,yalannan eziet verirler sagolsunlar.

  9. Kifayət Səfərəliyeva

    turkiye pespublikasinin ali universtet diplomu muvafiq orqan tərəfindən apostil olunub yalniz bilməməzlikdən transkript belgesi apostil olunmayib diplomun taninmasi ücün bu əngəl ola bilərmi?xahiş edirem məsləhət veresiniz.

    1. Karimov Elgun