xarici diplomların tanınması

Xarici diplomların Azərbaycanda tanınması zamanı qarşıya çıxan problemlər.

Xaricdə təhsil alan hər bir şəxsin Azərbaycana qayıtdıqda Azərbaycan ərazisində ali təhsil sənədinin tanıtmalı və ixtisas ekvivalentinin müəyyən etdirməlidir. Çünki qanunla xaricdə təhsil alan şəxsin diplomu Azərbaycan ərazisində tanınmırsa (nostrifikasiya olunmayıbsa) həmin şəxsin diplomu keçərsiz sayılır. Bu da həmin şəxsin ölkə ərazisində iş tapmasında çox böyük çətinlik yaradır. 

Diplomların tanınması məsələsinə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdnində əvvəllər Akkreditasiya və Nostrifikasiya İdarəsi kimi fəaliyyət göstərən və hal -hazırda Təhsildə Keyfiyyət Təminatı Agentliyi olaraq adlanan qurum baxır. Bu qurum Koroğlu metrosu yaxınlığında yerləşən Bakı Texniki Kollecin binasında yerləşir. 

Xaricdə təhsilini yaxın vaxtlarda bitirəcək və yaxud hal-hazırda təhsilini bitirən şəxslər Azərbaycanda diplomlarının tanınması üçün aşağıdakı prosedurları keçməlidir.

  1. Xaricdən gələrkən (bu xüsusilə Rusiya, Ukrayna və s bu kimi ölkələrdə təhsil alanlar) diplomunuz həmin xarici ölkədə Apostil olunmalı və ya leqallaşdırılmalıdır. 

Apostil nədir? Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin iki növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırması.

Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.

Apostilin özündə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırması tələb olunmur.

Konsul leqallaşdırması sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir.

Apostilin verilməsi birpilləli prosedur olmaqla sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutur və həmin sənəd “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən”  5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyaya üzv olan bütün dövlətlərdə təqdim edilir.

  • Azərbaycana gəldikdən sonra diplom və diploma əlavəni və digər sənədləri Azərbaycan dilinə çevirib notarial qaydada təsdiq etdirib Təhsildə Keyfiyyət Təminatı Agentliyinə nostrifikasiya ilə bağı ( diplomun tanınması) onlayn müraciət etmək lazımdır. Qeyd edək ki, prosedur yalnız onlayn müraciət əsasında aparılır. Yəni siz sənədlərinizi bu Agentliyə mail və ya poçtla göndərsəniz Sizin işinizə baxılmayacaq. Ona gorə Siz Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə
    Elektron Ərizə Sisteminə daxil olub qeydiyyatdan keçməlsiniz ( https://apply.enic.edu.az/default.aspx )

Qeydiyyat prosesi və tələb olunan sənədlər və ümumiyyətlə bu prosedur haqda Sizə yazılar təqdim edəcəyik. 

Diplomun tanınması (nostrifikasiya) prosesində qarşıya hansı problemlər çıxır?

  1. Əgər Siz diplomunuzu tanıtmaq üçün müraciət etmisinizsə bu prosedurun minimum 6 ay maksimum 2 il arası çəkəcəyini bilməlisiniz. Yəni Sizin diplomun tanınma prosesi uzun çəkir. Ona görə də ölkəyə qayıdan kimi bu prosesə başlamanızı tövsiyyə edirik. 
  2. Bu prosesdə mütamadi olaraq Sizin telefona bildirişlər gəlir. Məsələn: “Sənədləriniz Ali təhsil müəssisəsinə göndərildi”, “Ali təhsil müəssisəsindən cavab gəldi”, “Sənədləriniz Sərhəd Qoşunlarına göndərildi və s…
  3. Siz xaricdə qiyabi təhsil almısınızsa (xüsusilə Rusiya, Ukrayna və Türkiyədə)bilin ki, Sizin həmin ölkəyə giriş-çıxışınız hər iki semestr müddətində yəni 1 tədris ili üçün 30 günü keçməlidir. Məsələn əgər kimsə 1 il ərzində 10 gün Rusiyada olubsa və bu müddətdə 2 semestr imtahanlarını bağlayıbsa TKTA Sizin diplomunuzu tanımayacaqdır.
  4. Oxuduğunuz ali təhsil müəssisəsindən Agentliyin məktubunu cavablandırması da nostrifikasiya prosesinə təsir edir. Sizin nostrifikasiya üçün təqdim etdiyiniz sənədlər universitetə göndərildikdə universitet araşdırma edib Agentliyə cavab verir. Əgər bu proses xeyli vaxt alarsa bu nostrifikasiya prosesinin uzanmasına səbəb olacaqdır. Bundan başqa universitetin verdiyi məlumatla Sizin verdiyiniz məlumatlar və yaxud sənədlər bir-birinə uyğun olmarsa bu zaman da Sizin diplomunuz tanınmayacaqdır. 

Nostrifikasiya və ümumiyyətlə diplomların tanınma prosesi haqda Sizlərə maraqlı yazılar təqdim edəcəyik. Odur ki, bizi izləyin.

57 thoughts on “Xarici diplomların Azərbaycanda tanınması zamanı qarşıya çıxan problemlər.”

  1. Salam. Oğlumun diplomu tanınmayıb. Akkreditasiya və Nostrifikasiya idarəsindən bizə deyiblər ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət edib, qərarı ləğv etdirib, yenidən imtahana girmək lazımdır. Amma orada məhkəmədə isə deyirlər ki, 1 ildir ki, qaydalar dəyişib qeydiyyatda olduğunuz rayon məhkəməsinə müraciət etməlisiniz. Biz Naxçıvan şəhərində yaşayırıq. Bilmirik hara gedək. Zəhmət olmasa bizə qaydanı izah edin. Əvvəlcədən təşəkkür edirəm.

  2. Türkan Naghıyeva

    Salam men Türkiyede magıstatura tehsili almışam, amaki diplomumu orada apostil etdirmemişem. Men indi Azerbaycanda diplomumu testikletmek isteyirem hara müraciət etmeliyem ilk önce. Bakıda apostil etdire bileremmi yoxsa Türkiyede olmalıdı sadece. Teşekkürler.

  3. Salam.Xarici diplom Azərbaycanda təsdiq olunaraq şəhadatnamələr təqdim olunanda,həmin ali xarici diplim,Azərbaycanda verildiyi diplimla eyni səviyyədə sayılırmı????

  4. Men subbakalavr tibbkolleci tehsilliyem Polsada qiybai tehsil alsam taninarmi burda?bu arada burda ielts almagi dusunurem oxuyarken..ozum burda herbi tibb qulluqcusuyam isimden cxa bilmerem..ve tehsil ilim bir il aza olacaq kollece gore Polsada..oda problem etmesler burda eger ingilis normal danissa.

  5. Salam men Turkiyede tehsil almisam ve tesdiq ucun qeyd olunan sayta muraciet etmisem. indi ise mene mesaj gelib ki erizeniz qebul edilmistir ,, indi bilmek isteyirem ki novbeti prosudur nedir yeni erizeniz qebul edilmisden sonra sehadetname almaqim ucun hansi prosudurler olunacaq ?

    1. Salam men Turkiyede tehsil almisam ve tesdiq ucun qeyd olunan sayta muraciet etmisem. indi ise mene mesaj gelib ki erizeniz qebul edilmistir ,, indi bilmek isteyirem ki novbeti prosudur nedir yeni erizeniz qebul edilmisden sonra sehadetname almaqim ucun hansi prosudurler olunacaq ?

    2. Salam men Turkiyede tehsil almisam ve tesdiq ucun qeyd olunan sayta muraciet etmisem. indi ise mene mesaj gelib ki erizeniz qebul edilmistir indi bilmek isteyirem ki novbeti prosedur nədir yeni erizeniz qebul edilmisden sonra sehadetname almaqim ucun hansi prosudurler olunacaq ?

  6. Salam .Men Gurcustanda tibb koleccini eyani olaraq bitirdim bura gelenden sora diplomu desdiqe gönderdim ve giris çixis aldiginiz tehsil müddetin uygun gelmir deye mektub geldi Ammaki menimle birlikde tehsil alan dostarimin tesdiq etdiler giris cixişimiz da eyni idi .men kime müraciyet ede bilerem ?

  7. Nicat Allahverdiyev

    Salam.
    Bu cümlə (Sizin həmin ölkəyə giriş-çıxışınız hər iki semestr müddətində yəni 1 tədris ili üçün 30 günü keçməlidir) TKTA-nın hansısa rəsmi qanununda qeyd edilib? Əgər bu qanun TKTA-nın rəsmi saytında yazılıbsa link qoyaraq cavab yaza bilərsiz zəhmət olmazsa? Mən axtarmışam tapa bilməmişəm.
    Öncədən təşəkkürlər.

    1. Salam men türkiyede tehsil alıram .Kırşehir ahıevran ünverstetinde diplomlar resmi olarak yanınırmı Azerbaycanda

  8. Siz xaricdə qiyabi təhsil almısınızsa (xüsusilə Rusiya, Ukrayna və Türkiyədə)bilin ki, Sizin həmin ölkəyə giriş-çıxışınız hər iki semestr müddətində yəni 1 tədris ili üçün 30 günü keçməlidir. Məsələn əgər kimsə 1 il ərzində 10 gün Rusiyada olubsa və bu müddətdə 2 semestr imtahanlarını bağlayıbsa TKTA Sizin diplomunuzu tanımayacaqdır.

    Bu, hansı rəsmi sənəddə göstərilib?

  9. Pərvanə Ələkbərli

    Salam.Mən Artarxan Dövlət Texniki Universitetində təhsil almışam diplom apostil olunub.diplomun tanınması üçün müraciət etdim imtahan nəticəsi olaraq təhsil aldığm dil səviyyəmin qənaətbəxş olmadığının bildirib təsdiq etmədilər sualım budurki apostil olunmuş diplomun burda imtahan götürülməsi nə dərəcədə dogrudur

    1. Salam. Apostil sadəcə sənədin qanuni olmasını sübut edir. Apostiliniz var deyə diplomununz tanınacaq anlamına gəlmir. Onların yoxlamaq istədiyi siz həqiqətən rus dilində orda oxumusunuz ya yox. Ona görə dil bacarığınızı yoxlayırlar. Təssüf ki Rusiya və Ukrayna kimi ölkələrdə çoxlu saxtakarlıq olduğu üçün dövlət də çoxlu yoxlama etməli olur. Yəni Amerikada oxuyan birinin ingilis dilini yoxlamırlar çox zaman.

  10. Salam. Mənim qızlarım Macarıstanda – Budapeştdə yerləşən Bakinqem Universitetini (İBS) magistraturasını gümüş diplomla bitiriblər. Lakin Universuteti qurtaranda onlara ikli deyil, yalnız Bakinqem Universitetinin diplomunu veriblər.
    Onlarla həmin universitetdə dövlət hesabına təhsil alanların apostola ehtiyac olmayıb. Təhsil Nazirliyi onların diplomlarını avtomatik tanıyır.
    Biz öz hesabımıza təhsil aldığımız üçün apostol tələb olunur. Bu apostolu almaq üçün Budapeştdə oxuduğu İBS -ə gedib müraciət etmişik. Bizə oranın Təhsil Nazirliyi Macarıstan Mülki Hüquq Notariusları Palatası “Apostol” verib. Tərcümə və təsdiq etmişik.
    Bir valideyin kimi bilmək istəyirəm ki, bu aldığımız Apostolla sənədlərini göndərsək bir problem olmaz ki. Onların pasportlarında oxuduğu bütün müddətin möhürü var.

  11. Hikmet Tarverdiyev

    Salam. Oğlum keçen il Türkiye Respublikasının Kocaeli universitetinin memarlıq fakültesini bitirmiş, ve haliyede Azerbaycan Respublikasında hərbi xidmetdedir. Hərbi komissarlığın teleb ettiyi kimi diplomunu Türkiyede Azerbaycan diline tercüme ve apostil etdirib xidmet ettiyi hərbi hisseye teqdim etmiştir. İndi diplomunum transkript elavesinin de yeniden tercüme olunub Tehsil Nazirliyine 250 AZN de ödemekle verilmesini söylemişler. Nezerinize çatdırım ki, oğlum hərbi xidmetden terxis olunduqdan sonra aile veziyeti ile elaqedar Türkiye Respublikasında işleyecek. Meseleye aydınlı getirmenizi Sizden xahiş edirem. Teşekkür edirem

    1. Salam. Bunu tkta.edu.az müraciət etsəniz daha yaxşı olar. Biz sadəcə məqalə yazmışıq.Təşəkkürlər anlayışınız üçün

    2. Salam, əgər diplomun apostili, Azərbaycan dilinə tərcüməsi, notarial qaydada təsdiq varsa bu zaman oğlunuz müddətli həqiqi hərbi xidmətini 1 il çəkəcək. Diplomun tanınmasına ehtiyac yoxdur. Əgər hərbi hissədən belə bir tələb irəli sürsələr bu tam olaraq qanunsuzluqdur. Bu haqda xidmət etdiyi qoşun növünə uyğun olaraq (Müdafiə nazirliyinə, Daxili Qoşunlara və.s) müraciət ediniz.

  12. Salam. Mən 1992-ci ildə Rusiya Federasiyasında institutu bitirmişəm. Uzun müddətdi Azərbaycanda müxtəlif yerlərdə işləmişəm. İndi dğvlət qulluğuna qəbul olunmağım üçün diplomun notrifikasiyadına ehtiyac varmı? Xahiş edirəm məlumat verəsiniz? Mən bir yerdə rast gəlmişdim ki, 01.01.1993-cü iləfək Rusiyada institutu bitirənlərin diplomunun notrifikadiya olunmasına ehtiyac yoxdur.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next