Xaricdə İxtisasartırma Kursları

İxtisasartırma kursları tələbələr, iş dünyasına yeni addım atan gənc profesionallar və ya iş dünyasına aktiv mövqe tutan profesionallar  üçün təklif olunan peşəkar İngilis dili və ixtisasın paralel tədris olunduğu proqramlarıdır.

Bu kurslar, biznes kommunikasiyasında özünəinamı artırmaq üçün və gələcək iş imkanlarından yararlanmaq üçün CV-nizi gücləndirməyin yaxşı bir yoludur.

Kurs müddətində, ixtisasınıza uyğun konteksdə ingilis dilini biliklərinizi artırmağa davam edəcəksiniz. Bununla yanaşı müqavilə, danışıqlar, təqdimatların verilməsi kimi iş mühitində önəmli olan bacarıqlarınızı da işkişaf edirmək imkanı vardır.

Proqramın əsas məqsədləri:

  • Böyük Britaniyada yaşayaraq İngilis dilli mühitdə dil biliklərini inkişaf etdirmək
  • İxtisasa uyğun konteksdə İngilis dili və İxtisasla bağlı biliklərin inkişaf etdirilməsi

Bu proqramlarda adətən müxtəlif İngilis dili bilik səviyələrinə uyğun həyata keçirilir (Intermediate, and Upper-Intermediate/Advanced).

Kursun məqsədi:

  • ixtisasa uyğun spesifik dil biliklərini öyrətmək
  • beynəlxalq idarəetmə və insan resursları kontekstində daha effektiv ünsiyyət qurmağı təmin etmək
  • ingilis dilində idarəetmə, liderlik və İR-da mövcud nəzəriyyəni və praktikanı araşdırmağı təmin etmək
  • İngilis dili və iş ünsiyyət bacarıqlarını inkişaf etdirmək

 

Proqram Seçimləri:

Sertifikat (Certificate): 2-5 həftə davam edən proqramlardır. Kursa başlamaq üçün tələb olunan dil biliyi – Intermediate (IELTS 4.5 / CEFR B1’ə bərabərdir). Sertifikat kursu ixtisaslaşdırılmış idarəetmə, liderlik və HR mövzularında, beynəlxalq biznes əlaqələrində və İngilis dilində bölmələri əhatə edir.

İxtisas Sertifikatı (Vocational Certificate): 6-11 həftə davam edir. Kursa başlamaq üçün tələb olunan dil biliyi – Intermediate (IELTS 4.5 / CEFR B1’ə bərabərdir). Sertifikat kursu ixtisaslaşdırılmış idarəetmə, liderlik və HR mövzularında, beynəlxalq biznes əlaqələrində və İngilis dilində tam təhsil bölməsini əhatə edir.

Yüksək İxtisas Sertifikatı (Vocational Higher Certificate): 12-23 həftə davam edən proqramdır. Kursa başlamaq üçün tələb olunan dil biliyi – Intermediate (IELTS 4.5 / CEFR B1’ə bərabərdir). Yüksək Peşə Sertifikat kursu ixtisaslaşdırılmış idarəetmə, liderlik və İR mövzuları, beynəlxalq biznes əlaqələri və ingilis dilində iki və ya üç tam təhsil bölməsini əhatə edir.

İxtisas diplomu (Vocational Diploma): 24 həftə davam edir. Kursa başlamaq üçün tələb olunan dil biliyi – Intermediate (IELTS 4.5 / CEFR B1’ə bərabərdir). Diplom kursu ixtisaslaşdırılmış idarəetmə, liderlik və HR mövzularında, beynəlxalq biznes əlaqələrində və ingilis dilində dörd tam təhsil bölməsini əhatə edir.

Bir çox ixtisas istiqaməti üzrə təklif olunan ixtisartırma kurslarından birini seçə bilərsiniz:

  • Management
  • Leadership
  • Marketing, Advertising & PR
  • HR & Business Communications
  • Legal Studies
  • Finance
  • English for Aviation

Kursun strukturu adətən sizing seçdiyiniz proqrama və seçdiyiniz həftəlik dərs saatına uyğun qurulur. Məsələn, əgər siz həftəlik 30 dərslik bir proqram seçibsinizsə:

  • Seçdiyiniz ixtisasın məzmununa əsaslanan dil dərsləri (İdarəetmə, Liderlik və HR) üzrə 10 dərs.
  • Seçdiyiniz ixtisas üzrə 10 dərs
  • İngilis dili dərsi 10 dərs

Bu proqramlarla yanaşı əgər İngilis dili biliyiniz Upper Intermediatevə ya Advanced səviyədədirsə siz dil proqramı olmadan tam ixtisas proqramlarını seçib müvafiq ixtisas üzrə sertifikat və ya diplom əldə edə bilərsiniz.

İxtisartırma proqramlarına qatılmaq üçün müvafiq ixtisas üzrə biliklər və İngilis dili biliyinizi (minimum Intermediate) təsdiq edən sənəd təqdim etmək kifayətdir.

Bu proqramları təklif edən Biznes Məktəbləri paralel olaraq sizə qonaqlama imkanları (ailə yanı, rezidensiya, kirayə ev, hotel) və hava limanında qarşılama, yola salma kimi xidmətləri də təklif edir.

 

Xaricdə ixtisasartırma kursları ilə bağlı ətraflı məlumat və müraciət üçün:

CELT Colleges 28 May

Tel: (+994 12) 441 36 65

Mob: (+994 70) 270 75 57

28-may@celt.az

elgunk12.sg-host.com

Ünvan: 104-122 Rəşid Behbudov küçəsi,

Bakı, Azərbaycan AZ1014

 

6 thoughts on “Xaricdə İxtisasartırma Kursları”

  1. Salam Men Tarix Muellimesiyem ingilis dilini profisionallasdirmaqla yanasi hemcinin ixtisasimi huquq uzre artirmaq isteyirem eger bu hakda mumkun melumatlari versez memnun olaram.Tesekkurler

  2. Salam fənn (müəllim olanlar üçün) üzrə hansı ixtisasartırma kursu var. Burda vəya xaricdə. Məsələn İB program sertifikatı. Həmçinin xaricdə doktoranturaya qəbul necə var? Zəhmət olmasa məlumat verərdiniz. Təşəkkürlər

      1. Salam. Mən Tərcümə (eng-aze) ixtisasında təhsil alıram, bu sahə ilə bağlı ixtisas artırma kursu mövcuddur?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir