Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında aşağıda qeyd edilən iki göstərici üstünlük təşkil edir.
- Tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması.
- Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması.
2017-ci ildən etibarən verilən imtinaların 25%-i ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir.
Bu aşağıda şəkildə adları qeyd edilən universitetlərin payına düşür.

Qeyd edək ki, həmin ali təhsil müəssisələri tələbələr ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır.
Biz CELT Colleges Təhsil Mərkəzi olaraq “Xaricdə Təhsil” Proqramı çərçivəsində yalnız Avropa, Amerika, Asiya ölkələrində fəaliyyət göstərən dünyanın ən yaxşı universitetləri və diplomları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rəsmən tanınan universitetlərlə əməkdaşlıq edirik.