Xaricdə təhsil almaq bir çox tələbə üçün əhəmiyyətli nüanslardan biridir. Bəzi tələbələr təhsili sadəcə diplom üçün almaq istəyirsə və ya qarşısına çox ciddi bir məqsəd qoymadan xaricdə oxumaq istəyirsə də digərləri qarşısına məqsəd qoyaraq universitetin ona verə biləcəyi hər şeyi analiz edir və düşünərək universiteti seçir. Bəziləri “bahalı hər zaman keyfiyyətlidir” deyərək imkanı daxilində illik təhsil haqqı yüksək olan universitetlərə üstünlük verir və ya digərləri sadəcə olaraq təhsil haqqına görə ən minimum universitetləri seçməklə onlardan bəhrələnir. Bu məqalədə sadəcə olaraq proqram seçimi edərkən gərəkli olan bəzi ünsürləri sizinlə paylaşmaq istərdim.
İlk öncə seçəcəyiniz kursu yəni proqramı dəqiqləşdirmək gərəkdir. Proqramı seçərkən onu bitirmək üçün məcburi dərs siyahısını nəzərdən keçirməlisiniz. Misal üçün bir universitetin təklif etdiyi eyni ixtisas üzrə proqramları bir birindən bir neçə fənn keçirilməsi ilə fərqlənə bilər ki, həmin fənlər bizə heç tanış olmaya və ya bizə çox çətin gələ bilər. Kursun imtahan və qiymətləndirmə sistemi də əhəmiyyətli ünsürlərdəndir. Kursun tərkibinin neçə faizinin yazı işi imtahanından ibarət olmağını bilmək gələcək tələbəni öz potensialına uyğun bir kursu seçməyə vadar edir. Bunlardan əlavə kursun təklif etdiyi modulları da gözdən keçirmək vacibdir. Yəni kursun son ilində tələbələrə şans verilir ki, dar ixtisaslaşmasını özləri aparsınlar ki, bu tələbəni öz istədiyi kimi yetişməsinə imkan yaradır.
Xarici universitetlərdə təhsil almaq istəyənlər təhsil dilinə mükəmməl səviyədə yiyələnməlidirlər ki təhsil aldıqda çətinlik yaranmasın. Bunun üçün kurs müyyən standartlara uyğun olaraq müxtəlif beynəlxalq dil imtahanları sertifikatları tələb etməkdədir. Bu ilk növbədə bəynəlxalq dil sertifikatlarının daha çox tələbə kütləsi tərəfindən götürülməsi ilə nəticələnir, ələxsus da TOEFL, İELTS, TESTDAF və.s. Xarici ölkələrin bir çoxunda təhsil ingilis dilində olduğundan beynəlxalq ingilis dili sertifikatları bugün daha da məhşurdur. Bu sertifikatlar müəyyən şkalada biri digərinə ekvalent hesab edilir ki bunlar universitetlər tərəfindən müəyyən edilir. Universitet və kurs seçimində bu ünsürü də nəzərə almaq çox vacibdir.
Misal üçün bəzi universitetlər TOEFL balı 92 tələb etdiyi halda IELTS ekvalenti olaraq 6.5 bal tələb edirsə, bəziləri bu şkala üzrə 7.0 bal tələb edir. Hətta universitetlər içində TOEFL balını daha yüksək və ya İELTS balını daha yüksək tələb edənlər də vardır. (Məsələn TOEFL 90 bal istədiyi halda IELTS 6.0 tələb edilməsi və ya IELTS 6.5 tələb edildiyi halda TOEFL 77-79 tələb edilməsi v.s.) Başqa bir mühüm məsələ bəzi proqramların bilinqual (ikidilli) olmasıdır. Yəni təklif edilən kurs İngilis dili ilə yanaşı başqa xarici bir dildə də fənləri təklif edir ki bəzən tələbələr diplom almaq üçün bu fənləri keçməlidirlər. Bu da bəzən müəyyən problemlərə yol aça bilir. Misal üçün hər hansı bir proqram əsas tələbi İngilis dilindən sertifikat olaraq qoyur lakin digər bir dildən (əsasən ölkənin yerli dilindən) orta bilik tələb edir.
Universitet hesab edir ki, tələbə sonuncu ilə qədər dili mükəmməl öyrənəcək və lazımı dərsləri keçə biləcək. Lakin müraciətçi tələbə bunun o qədər də fərqinə varmır və birbaşa müraciət edərək qarşıda ona qoyulacaq tələblərdən xəbərsiz olur. Bu cür proqramlara daha çox Almaniyada rast gəlmək olur.Kursun ən vacib bir neçə əlamətindən biri də keçirilmə tərzidir.
Tələbə kursun səhər və ya axşam keçirilməsinə, həftədə neçə saat olmağına diqqət yetirməlidir. Bundan başqa proqramların bir hissəsi mübadilə də təklif etməkdədir və orda təhsil alan tələbələr digər bir xarici ölkədə bir semestr və ya bir il mübadilə tələbə kimi təhsil ala bilərlər. Bu zaman hər iki universitetin diplomunu əldə etmək üçün gərəkən şərtləri də nəzərdən keçirmək lazımdır ki, təhsil dövründə 2 diplomun olması tələbə üçün böyük bir nailiyyətdir. Yekun olaraq proqramın hansı beynəlxalq əlaqələrinin olması və yekunda vəd etdiyi iş və karyera imkanlarını da araşdırmağa dəyər çünki bu hər zaman əhəmiyyətli bir rola malikdir.
Kənan Məmmədov
salamlar..zahmet olmazsa melumat vererdiniz..men tibb kolleci 1 kurs telebesiyem..xarice hazırlaşa bilerem celt’den? sened olaraq ne teqdim etmeliyem? zehmet olmazsa melumat vererdiniz
Salam. Hazırlaşmaq üçün ofisimizə yaxınlaşıb testdən keçməlisiniz.
Salam. Azərbaycanda bakalavrı oxumuşam. İndi isə Türkiyədə tamamilə başqa ixtisasda tezsiz yüksek lisans təhsili alıram. Soruşmaq istəyirdim ki,başqa bir ölkədə Türkiyədə təhsil aldığım ixtisasla yenidən magistr təhsili ala bilərəm? Öncədən təşəkkürlər.
bəli. istədiyiniz qədər təhsil ala bilərsiniz.
Salam Mən Amirikada təhsil almaq istiyirəm. Bunu mən uşaqlıqdan istəmişəm. Hal hazırda 10 cu sinifə yeni kicmisem, orada təhsil almaq üçün nə etməliyəm? Mənə nə kimi kömək edə bilərsiz
Salam.Mən hal hazırda10 cu sinifdəyəm.İqtisadiyyat üzrə oxumaq istəyirəm.Orta büdcəli bir uni olsun təqaüd versə lap yaxşı olar yəni oranı oxuyandan sora əziyyətimin qarşılığını ala bilim gəlib Azərbaycanda iş tapım.Mənə hansı ölkəni məsləhət görərsiz?Elə ölkə olsunki oranın diplomu bizdə tanınsın və yüksək səviyyəli olsun.Birdə iqtisadiyyat üçün mənim İELTS və SAT balım maksimum nə qədər olmalıdır?
Bir çox ölkə olar. Büdcənizə görə seçmək olar. Uyğun zmaanda ofislərimizə keçsəniz daha yaxşı məlumat verə bilərik. Suallarınız net olmadığı üçün net cavab vermək olmur.
salam butun sualara cavab verdiyinize gore onceden tesekkur edirem men 11 oxuyuram hele atestat almamisam gpa ne ile subut edim 9 sinifin atestatinida vermediler pandemiya vaxtina dusdu ama mektebden almaq olar yoxsa son 3 ilin qiymet cedveli ile edirsiniz ama noyabrin 1 senedleri vermek isteyirem bu sizin sirketle mumkundurmu? SAT 1520 TOEFL 104
Salam. GPA üçün 9, 10, 11 qiymətləri yetərlidir. Onsuz bitirəndə Attestat qiymətləri də çıxacaq. Sənədləri indidən gətirmək lazımdır. Planlama və seçim vaxt aparır. CELT Xətai ofisinə yaxınlaşa bilərsiniz.
salam men 8 ci sinifde oxuyacam xaricde nece tehsil ala bilerem
CELT High School bitirərək təhsil ala bilərsiniz.
Salam.Xaricdə təhsil almaq üçün universitet ortalamsının ən azı nə qədər olması vacibdir?
Salam,
80+ olması arzuolunandır
Salam. Men 8ci sinifde oxuyuram. İngilterede tehsil almaq en boyuk xeyalimdi. Bunun ucun uygun bir proqram var? Orada tehsil almaq ucun ne etmeliyem?
Bəli. CELT-də indidən bu proqrama görə hazırlaşmalısınız
Salam. Ada uiversitetinde 1 il foundation tehsili almisam. Bu il baslayacam 1 ci kursa (2 il olur). Xaricde xususen Ingiltere , Kanada, Avustraliya kimi olkelerde. Bu olkelerde pulsuz ve ya guzestle tehsil almaq mumkundurmu ve nece?
Salam. Qısaca xeyir. ADA pulsuz təhsil almaq çətindirsə düşünün dünyada çox zaman mümkün deyil. Sizin dediniz ölkələr çox zaman təqaüd vermir. Mcarıstan ola bilər
Salam, sizdən bir universitet haqqında fikir almağ istəyirəm. University of Missouri haqqında məlumatınız varmı? Amerikada bir üniverstetdir. Marağlandığım məsələ üniverstetin necə təhsil, yaxşı təhsil verip vermədiyidi.
Salam. Orta keyfiyyətli bir universitetdir. Oxumağa dəyər mi? təbii ki dəyər. Ama Amerika uniləri içində yeri ortadır.
Lakin giriş şərtləri asandır. Belə deyim, Amerikada giriş şərtləri asand (yəni demək istədiyim çöz tanınmış universtetlər kimi müəllim məktubu vs. ), əlavə şeylər tələb etməyən ama keyfiyyəti orta səviyyədən yüksək olan üç universitet nümunə verəbilərsiz? Cavab verdiyiniz üçün təşəkkürlər.
Salam. Bunun üçün ofisə sənədləri gətirib ona görə dəyənləndiririk. Buda şifahi dəyərləndirmək yalnışdır.
Onda bir də bunu soruşum; transkript tam olarağ nədir?
Salam. Transkript sadəcə sizin qiymət cədvəlinizdir. Yəni universitetin qiymət cədvəli. Təssüf ki, biz hər şeyi öz dilimizdə demirik. Bu da çox dilli olmanın mənfi tərəfidir. Sözlərimizin yarısı ərəb, yarısı rus, yarısı ingilis sözlərinin əvəzi ilə doludur. Bəzilərinə görə bu zənginlik, çox milli dəyərlilik bəzilərinə görə dilimizin zəifləməsi. Dünaynın bir çox ölkəsi belədir. İsveçrə kimi.
Salam. Sularıma cavab verdiyiniz üçün çox təşəkkür edirəm və dediklərinz də çox haqqlısınız. Son olarağ bu transkripti yalnızca üniverstet verir? Orta məktəbdən almağ olar? Yoxsa sadəcə üniverstet verir? Çünkü amerika da okumağım üçün bu lazımdı. Bu il orta məktəbi qurtaracağam. Üniverstetə qəbul olub, bir il oxuduğdan sonra amerika da oxumağ üçün imtahan verecəyəm. Bu dönəm də celt üniverstet seçki və kazımı şeylərin üçün müraciət edə bilərəm? Yəni nə qədər pul lazım olursa olsun asand şəkildə işlərim həll olsun istəyirəm. Təşəkkürlər.
Salam. Bəli. CELT sizin üçün bütün prosesləri edir. hər hansı bir təhsil ocağını bitirdikdə həm diplom alırsınız həm transkript. Yəni hamısı verir narahat olmayın. 02 496 45 76 nömrəsinə zəng edib görüş təyin edin və ofisdə sizə məsləhət verək.
Salam men xarici universitetlere sened gondermek isdeyirem bunun ucun ne etmeliyem?
Salam. Bizim ofislərə zəng edib məsləhət almalısınız. Hara hansı sənəd göndərmək üçün öncə universitet bəlli olmalı sonra sənədlər bəlli olur. Hər ölkə fərqlidir
Salam
Mən bu il mektebi qurtardim veziyetle elaqeder olaraq hələm heç bir imtahanım keçirilməyim hal hazirda YÖS iş vermek ne formada heyata kecirilir deye bilersiz zehmet olmasa .
Salam. YÖS imtahanı verməyinizdə heç bir maneə yoxdur. Onun sizin balla heç bir əlaqəsi yoxdur.
Salam. Amerikada təqaüdlə Californiya Universitetində oxumaq üçün lazım olan bal nə qədərdir
Salam. TOEFL 100 üstü və SAT I 1500+ və SAT II.
Salam.Mən 2ci kurs tələbəsiyəm. Filologiya(Azərbaycan dili və ədəbiyyatı)ixtisasımdır.Amma qiyabi təhsil alıram.Sualım budur ki,mən türkiyə və ya hansısa xarici unilərdə təhsil ala bilərəm? Yəni həm məcburi köçkün vəsiqəm var.ama yenədə ödənişli oxuyuram.Cavablandırsaz çox sevinərəm…İndidən təşəkkürlər
Salam,
Təbii ki, təhsil ala bilərsiniz
Salam! Men bura qebul olunsam, hansisa bir universitet meni butun bakalavri Amerikada oxumaqa telebe mubadilesi proqrammi ile gondere biler ve mumkundurse nece gostericilerim olmalidir?
Mübadilə heç zaman bütün bakalavr olmaz. Sadəcə 1 smestr və ya bir il olur
Salam, men 1 ci kurs bakalavr tələbəsiyəm. Hal hazırda xaricdə bir mühəndis kimi bakalavr təhsili almaq istəyirəm. Əsas da Milan politexnik. Orada hazırda hansı təqaüd proqramları vardır və universitetlerin qəbul kriteriyaları nələrdən ibarətdir? Ielts balım 6 dir. Əvvəlcədən təşəkkürlər.
Salam,
İtaliya ilə bağlı zəhmət olmasa bu nömrə ilə əlaqə saxlayın: +994 50 787 57 66 Baba müəllim
Salam, bakalavr ortaması 94, master ortalama isə 88, ielts 7.0, həmçinin iki il məhkəmədə hüquq stajı ilə master Oksford və ya bu kimi prestijli universitetlərə qəbul olmaq ehtimalı nə dərəcədə realdır (faizə münasibətdə)? Həmçinin, 2019-2020-illər üçün master təhsili üzrə İngiltərə universitetlərinə son müraciət tarixi nə vaxta qədərdir? Köməyə görə çox sağ olun.
Salam. ILETS 7 azdır. 8 olmalıdır Oksford və ya Cambridge üçün. Law üçün hər şeydən ən az 8 almalısınız. Çünki tamamən dilin dərinliyini istəyən sahədir. Ama bu ünilər sadəcə sənədlər olmur. Application ilk addımdır. Sonra müsahibə sonra essay kimi yolları var. Bir sonrakı ilin üçün Oktyabr noyabrdır son tarix yəni bu tarixlərdə hər şeyiniz hazır olmalı.Sonra yanvarda müsahibə olur ilk etabdan keçsəniz.