Xaricdə Təhsil Almaq İmkanları

Xaricdə necə təhsil ala bilərəm?

Saytımızda xaricdə təhsilə aid çoxlu yazılarımız olsa da bir çox insanların bizdən soruşduğu ən çox suallardan biri də “Xaricdə necə təhsil ala bilərəm?” sualıdır. Biz də bunu nəzərə alaraq bu mövzuda yazı yazmağı düşündük.

Xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin istəyidir. Bu həm digər bir ölkəni görmək arzusundan, həm də təhsillərini daha da yaxşı universitetlərdə davam etdirmək istəyindən irəli gəlir.

Bakalavr üzrə təhsil almaq

Xaricdə bakalavr üzrə təhsil almaq üçün bir neçə yollar mümkündür. Bu baxımdan ölkələri iki qrupa bölməik olar:

  1. Azərbaycanda 11-ci sinfi bitirib birbaşa qəbul edən ölkələr
  2. Azərbaycanda 11-ci sinfi bitirib kurs keçdikdən sonra qəbul edən ölkələr

Yəni bəzi ölkələr var ki, şagirdlər 11-ci sinfi bitirdikdən sonra imtahan verib birbaşa həmin ölkənin universitetlərinə qəbul ola bilər. Bura aşağıdakı ölkələr daxildir:

  1. Türkiyə
  2. Amerika Birləşmiş Ştatları
  3. Kanada
  4. Bəzi hallarda Hollandiya

İkinci qrupa aid olan ölkələr isə Azərbaycanda 11-ci sinfi bitirən şagirdləri birbaşa qəbul etmir. Çünki həmin ölkələrdə orta məktəb 12 və yaxud da 13 illikdir. Bunun üçün ya həmin ölkədə 1 illik “Foundation” proqramını keçməlisiz ya da Azərbaycanda 1 il və yaxud da 2 il bakalavr təhsili almalısınız.

Bakalavr təhsil almaq üçün hansı imtahanlar tələb olunur?

Bu sual da bizə ən çox ünvanlanan suallardandır. Ümumiyyətlə, xaricdə təhsil almaq üçün əsasən TOEFL və IELTS imtahanları tələb olunur.Bu imtahanlar yalnız ingilis dilində təhsil almaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Siz avropa ölkələrində təhsil almaq üçün bu imtahanlardan keçmək məcburiyyətindəsiniz. Ola bilər bəzi universitetlər olsun ki, bu imtahanları tələb etməsin.Yəni universitet özünün tələb etdiyi imtahanla qəbul etsin tələbəni.

Amma bəzi ölkələr var ki, bu imtahanları deyil, başqa imtahanlar tələb edir. Məsələn, Türkiyə. Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT imtahanı tələb olunur. SAT bütün Türkiyə universitetləri üçün keçərlidir. TOEFL və IELTS isə yalnız Türkiyənin özəl universitetləri üçün keçərlidir. SAT imtahanını bəzən ABŞ və Kanada universitetləri də tələb edirlər.

Magistr təhsili almaq

Xaricdə Magistr təhsili almaq üçün müəyyən imtahanlar tələb olunur. Hal-hazırda bir çox  gənclər magistr təhsillərini xaricdə davam etdirməyi üstün tuturlar. Bu səbəbdən də magistr üzrə təhsil alanların sayı bakalavr üzrə təhsil alanların sayından xeyli çoxdur.

Xaricdə magistr təhsili almaq üçün ilk öncə bakalavr diplomu olmalıdır. Bu diplom olduqdan sonra müəyyən imtahanlar tələb olunur. Yenə də ingilis dili üzrə təhsil almaq istəyənlər TOEFL və IELTS imtahnlarından keçməlidirlər. Türkiyə üçün ALES imtahanı tələb olunur. Türkiyənin özəl universitetləri üçün isə TOEFL və IELTS də keçərlidir. Bəzi ABŞ və Kanada universitetləri GMAT və GRE  imtahanları da tələb edirlər.

Xaricdə Magistr təhsili üçün ixtisasım bakalavr ixtisası ilə eyni olmalıdır?

Bu bir qədər mürəkkəb məsələdir. İxtisas təbii ki,bakalavr ixtisası eyni olmalı və yaxud da yaxın ixtisas olmalıdır. Məsələn, Humanitar elmlər üzrə təhsil alan tələbə, dəqiq elmlər  üzrə təhsil ala bilməz. Bu həm də onun oxuması üçün çətin  olar. Bu səbəbdən də Xaricdə magistr təhsil almaq istəyənlər bakalavr ixtisasına yaxın və yaxud da eyni ixtisası seçməlidirlər. İstisna hallar ola bilər ki, bakalavr ixtisasınız başqadır və siz magistr üzrə başqa ixtisas üzrə təhsil almısınız. Bu ola bilər,amma bunu bəzi universitetlər qəbul edir. Bu universitetlər isə məsləhətli universitetlər deyil.

Ümid edirik ki,Xaricdə təhsil almaq arzusunda olanlar üçün yazdığımız məlumatlar kifayət qədərdir və bu onlara köməklik edəcək.

Ünvan:

1.Rəşid Behbudov 56, Xarici dillər universitetinin yanı

012 441 36 65, 055 760 76 76

2.Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: (012) 492 6853 

10 thoughts on “Xaricdə Təhsil Almaq İmkanları”

  1. Salam. Mən Azərbaycan Dövlət Dəniz Akademiyasini bitirmishəm(dəniz texnika və teхnoloqiya muh-si), hal hazirda oz ixtisas uzrə də işləyirəm. Xaricdə Master təhsili almaq fikrim var. İsveç, Hollandya, İtaliya, C.Korea kimi olkələrində təhsil almaq mümkündur dovlət təqaüd proqrami ilə? Eger mumkundursə məlumat verərdiniz, və yaxud hardan məlumat ala bilerem. ümumiyetle prosedur nece gedir. Sagolun.

    1. Dövlətin təqaüd proqramı ancaq PhD üçündür. Öz hesabınıza və ya universitet təhsil təqaüdü verərsə mümkündür

  2. Salam. Mən Azərbaycan Memarlıq və İnşaat Universitetin də, İnşaat texnologiya fakultəsini bitirmişəm və hal-hazırda həmin ixtisasın magistraturasını oxuyuram. Mən magistraturanı bitirdikdən sonra Türkiyyədə və ya Avropada “Memarlıq” ixtisasının bakalavrını oxumaq istəyirəm. Türkiyyə və ya Avropa Universitetlərinə qəbul üçün hansı imtahanı vermək lazımdır?

  3. Salam. Soruşmağ istədiyim amerikada üniverstetlərin demək olarak çoxu tövsiyə məktubu istəyir. Ama yəqin siz də bilərsiz ki, burda xüsüsiylə kənd məktəbinin müəlimindən tövsiyə məktubu yazmağı istəmək olduğca çətin məsələdi. Bəlkə tövsiyəniz olar? Nə edə bilərəm? İndidən cavab üçün təşəkkürlər.

    1. Tösiyələri biz sizinlə hazırlayırıq. Onlar sadəcə baxıb imzalayırlar. Onsuz onların yazdığı kiməsəyə lazım da deyil.

      1. Onda sizə müraciət etsəm bu məsələ həll ola bilər? Zəhmət olmasa hara zəng etməliyəm, nömrəni deyərdiz. Bunları sizinlə görüşüb, məbləğ nə nə olursa olsun həll etmək istəyirəm. Təşəkkürlər.

      2. Salam. Bəli. Əlaqə İçərişəhər, Xətai və 28 May ofisinə zəng edə bilərsiniz. Mən Xətai ofisində oluram ama bir həftə sonra işə çıxacam.

  4. Salam mən müəlliməyəm ingilis dili üzrə mən xaricdə 1-2 aylıq olan kurslarda iştirak etmək istərdim dövlət hesabına var .eger öz hesabıma olsa getmək qalmaq və təhsil haqqı ümumi nə qədər tutar ingiltərədə

    1. Dövlətin elə bir hesabı yoxdur) ama öz hesabınıza getmək üçün 28 may ofisinə zəng edərək öyrənə bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next