Xaricdə Oxumağın Avantajları

Universitetə qəbul olmaq hər kəsin arzusudur. Hər kəs imtahan verdikdən sonra yaxşı universitetlərdən birində təhsil almaq istəyir. Yaxşı heç xaricdə oxumağı fikirləşdiniz? Xaricdə oxumağın avantajlarını bilirsiniz? Əgər “mənim üçün ölkə daxilində və ya xaricində oxumağın fərqi yoxdur” deyə düşünürsünüzsə bunu bir daha gözdən keçirin. Gəlin görək xaricdə oxumağın avantajları nələrdir.

Meyar 1: Müvəffəqiyyət

Tələbənin, özünün təyin etdiyi bir universitetdə, bəyənərək seçdiyi ixtisasda təhsil almağı onun müvəffəqiyyətli olmasının açarıdır.

Meyar 2: Peşə müvəffəqiyyəti

Tələbə sevərək edəcəyi bir peşənin təhsilini aldığı üçün həm peşəsində müvəffəqiyyətli olur, həm də iş həyatını xoşbəxt keçirir. Arzuolunan ixtisasda təhsil almaq ümumiyyətlə kər kəsin həyatına xoşbəxtlik və müvəffəqiyyət gətirir. Bu xoşbəxtlik tək adam ilə məhdud qalmır, ona bu təhsil imkanını təqdim edən ailəsi üçün də qürur və xoşbəxtlik mənbəyi olur.

Meyar 3: İllik ümumi dəyəri 

Bəziləri düşünür ki, xaricdə təhsil almaq üçün çox pul lazımdır. Amma bu belə deyil, xaricdə təhsil almaq zənn edildiyi qədər baha başa gəlmir. Məsələn Azərbaycanda bəzi universitetlərdə təhsil almaqla, xaricdə təhsil almaq eyni məbləğə başa gəlir. Azərbaycandakı qiymətlərlə xaricdə təhsil almaq hər kəs üçün mümkündür. Xaricdə yerləşmək, yemək, təhsil, digər xərclər daxil etsək bu hər bir tələbəyə 7 min və 10-15 min manata başa gəlir.

Meyar 4: Təhsil müddəti

Ölkəmizdə universitet təhsilinin müddəti 4 ildir. Xarici dili kafi olmayan tələbələr üçün hazırlıq təhsili 1 ildir. Xaricdə isə, universitet təhsili müddəti böyük əksəriyyətlə 3 ildir. Xarici dili kafi olmayan tələbələr üçün hazırlıq təhsili 1 ildir.

Meyar 5: 4 il sonunda əldə edilənlər

Azərbaycan 4 ilin sonunda bir diploma sahib olan şagirdin, dil təhsili ümumiyyətlə qeyri-kafi olur,  orta səviyyədə bir xarici dilə sahib olması mümkünsüzdür.

Xaricdə isə belədir:  Diplom + Çox yaxşı dərəcədə ən az 1 xarici dil + 1 illik iş təcrübəsi + 20-30 min Avro qazanc əldə edə bilmə şansı. Xüsusilə Avropada təhsil müddəti 3 il olduğu üçün üçüncü ilin sonunda diplomunu alan şagird dördüncü ilini bir işdə çalışıb, həm iş təcrübəsi əldə edərək həm də 20-30 min Avro qazanaraq keçirər. Beləliklə 3 il boyunca xərcləmiş olduğu təhsil xərclərinin böyük bir hissəsini geri qazanmış olur. Həm təhsil müddəti tərəfindən həm də iş həyatında istifadə etdiyi xarici dili də mükəmməlləşir.

Meyar 6: Diplom prestiji və gətirdikləri

Azərbaycandakı sıravi bir universitetdən alınan diplomu iş dünyasında bir prestiji yoxdur. Yüz minlərlə ali təhsilli işsizi olduğu ölkəmizdə hər hansı bir baxımdan seçim səbəbi meydana gətirməz. İrəliləyən iş həyatında karier planına hər hansı bir təsiri olmaz, adamın peşə həyatında yüksəlməsinə qatqı təmin etməz. Ancaq xarici universitetlərdən birinin məzunu olduğu halda həm Türkiyədə həm də Avropa Birliyi üzvü olan istədiyi ölkədə çalışa bilər. Ayrıca bir çox universitetin verdiyi diplom Amerika, Kanada, Avstraliya tərəfindən də tanınmaqdadır.

Meyar 7: Xarici dil təhsili

Tələbənin Azərbaycanda xarici dilin gramatikasını, dil quruluşunu yaxşı öyrənsədə praktika imkanı yoxdur. Yəni məzun olduğu halda yaxşı səviyyədə bir xarici dilə sahib olma ehtimalı aşağıdır. Xaricdəki universitetlərdə tələbələrə həm təhsil əsnasında həm öz sinifləri və kampuslarında və digər şagird, təhsil nümayəndələri ilə xarici dildə ünsiyyət qurmaq məcburiyyətindədir. Ayrıca şagirdi xaricdə, İngilis Alman xaricində yaşadığı ölkənin dilini də zaman içində fərq etmədən öyrənir.

Meyar 8: Qazandırdığı vizyon və fərdi inkişafa qatqısı

Şagirdin universitet təhsili əsnasında qazanacağı vizyon və şəxsi inkişaf qətiliklə oxuduğu hissədən qaynaqlanmır, əksinə tamamilə sürətli inkişaf çağında bir gənc olaraq 4-5 ilini keçirdiyi kampus və universitetin olduğu şəhərdə qaynaqlanır. Şəhərsalma üzrə, mədəniyyət, sənət, idman, tarix, nəqliyyat və digər müxtəlif xidmətlər baxımından yüksək həyat standartları təqdim edən bir kampus və bir şəhər adama sərhədsiz avantajlarla təmin edir. Xaricdə köklü universitetlərin müasir kampuslərində təhsil alarkən eyni zamanda inkişaf etmiş ölkə standartlarındakı şəhərlərdə yaşayan şagird, fərdi inkişaf baxımından sərhədsiz avanatjlar əldə edir, geniş bir məqsədə sahib olur və mədəni-bədii, idman imkanlarından faydalanaraq özünü hər baxımdan inkişaf etdirmə fürsəti tapır.

Meyar 9: Global dünyanın rəqabətçi şərtlərinə uyğun fərd olaraq yetişmə

Tələbə xaricdə ən az 50 il keçmişi olan, təşkilati şəxsiyyətini təsdiqləmiş, təhsil keyfiyyəti, məzunları iş həyatlarındakı müvəffəqiyyətlərindən ötəri Nobel mükafatlarına layiq görülmüş universitetlərdən məzun olur. Tələbənin  mühitdə 3-5 il boyunca müxtəlif ölkələrdən yüzlərlə şagirdlə yoldaşlıq edib fərqli mədəniyyətləri tanıtması, dünyanın müxtəlif ölkələri haqqında məlumat əldə etməsi böyük bir imtiyazdır.

Meyar 10: Məzuniyyət sonrası iş tapma asanlığı

Xaricdə universitetdən məzun olan şagirdin diplomu Amerika, Kanada və İngiltərənin yanında bütün Avropa Birliyi üzvü ölkələrdə də tanınır. Tələbə həm Azərbaycanda həm də bütün bu ölkələrdə dövlət sektorunda və ya qlobal şirkətlərdə rahatlıqla iş tapa bilər.

Meyar 11: Məzun olduqdan sonra iş həyatında gəlir səviyyəsi

Xarici dil qeyri-kafiliyi, vizyon və fərdi inkişaf baxımından əksiklik, qloballaşan dünyanın rəqabətçi şərtlərinə uyğunlaşma təmin çətinlik məcbur edilmə, şagirdin iş həyatında müvəffəqiyyətli ola bilməsi, yüksələrək yaxşı mövqelərə gələ bilməsi qarşısında böyük bir maneədir. Xaricdə bir universitetdən məzun olan tələbə; sahib olduğu özünə inam və görüntünün yanında, 4 ilin sonunda əldə etdiyi prestijli bir diplom, çox yaxşı dərəcədə ən az bir xarici dil, 1 illik iş tərcübəsi kimi xüsusiyyətləri sayəsində yaxşı işlərə qəbul edilərək, iş həyatında asan yüksələrək daha yaxşı mövqelərə gəlir və çox yüksək bir gəlir səviyyəsinə sahib olur.

Meyar 12: İctimai status

Bir fərdin həyat keyfiyyətini, cəmiyyət içindəki yerini və hörmətini puldan və gücdən çox təhsil səviyyəsi və keyfiyyəti təyin edər. Hər ana ata, uşağının cəmiyyət içində iştirak etmiş, qəbul görən, hörmətli, gəlir səviyyəsi, həyat standartı yüksək, rifah və xoşbəxtlik içində yaşayan bir fərd olmasını istər. Bunu da çox böyük nisbətdə, inkişaf çağında olan fərdin universitet təhsilinin keyfiyyəti və kampus həyatının ona təqdim etdiklərini təyin edir. Bəziləri varlı və güc sahibi olsa da təhsili qeyri-kafi, müəyyən mədəniyyət səviyyəsindən məhrum kəslərin cəmiyyət içində özlərini zəif hiss etdiyini bilirik. Xaricdə bir universitetdən məzun olmaq;yaxşı təhsil, xaric təcrübə, mədəni təcrübə və cəmiyyət tərəfindən qəbul edilən prestijli bir diplom adama ictimai status baxımından çox şey qazandırır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next