Xaricdə harda təhsil almalıyam: İngiltərə yoxsa İtaliya?

Xaricdə harda təhsil almalıyam: İngiltərə yoxsa İtaliya?

Dünyada inkişaf etməkdə olan onlarla şəhər, ölkə, qitə olduğundan hazırda hansı ölkədə oxumaq seçimi həqiqətən də çətin və kifayət qədər çox vaxt sərf edilən bir prosesdir. Xaricdə təhsil almaq üçün ən çox üz tutulan məntəqələrə İngiltərə və İtaliyanın adını daxil etmək olar. Bu 2 ölkə arasında düzgün seçim edə bilməyiniz üçün sizə onların fərqli cəhətlərini araşdırıb təqdim edirəm

1. Dil

Bu faktor sizə tam aydın olsa da seçdiyiniz ölkədə əhatəsində olacağınız dilin sizin xaricdə qazandığınız təcrübəyə böyük təsiri olacaqdır.

İngiltərə

Baxmayaraq ki, İngilis dili İngiltərədə danışıq dilidir, Britaniya dialekti Amerikan dialektindən rəngarəngliyinə görə fərqlənir və siz hər ikisinin fərqini sözlərin tələffüzündə və məna çalarlarının fərqliliyində aydın şəkildə hiss edə bilərsiniz.

İtaliya

Bir çox İtaliyan vətəndaşı ingilis dilində danışa bilir, amma sade italiyan dilini bilməyin sizə İtaliyada yaşadığınız müddətdə gündəlik həyatda çox xeyri olacaqdır. Həmçinin siz şahid olacaqsınız ki,italiyanlar onların doğma dilində danışmağa çalışan xarici vətəndaşlara daha çox hörmətlə yanaşırlar.

2. DƏRS PROQRAMLARI

İngiltərə

İngiltərədə təhsil proqramları çox zaman müəyyən Britaniya universitetləri ilə partner şəkildə fəaliyyət göstərir və dərslərin strukturu Amerikan universitetlərininkinə bənzəyir. Siz İngiltərədə seçdiyiniz proqramdan asılı olaraq yay üçün, 1 semester üçün ve ya 1 illik oxuya bilərsiniz. İngiltərədə oxuya biləcəyiniz ən yaxşı dərslər tarix,ədəbiyyat və siyasi elmlər ola bilər.

İtaliya

İtaliyadakı xaricdə təhsil proqramları da həmçinin ya İtalyan universitetləri ilə partnyor şəkildə fəaliyyət göstərir ya da müstəqil akademik proqramlardır. Dərslər leksiyalar şəklində keçirilir və sonda şifahi imtahan ilə semestr bitmiş olur. Müstəqil proqramlar isə Amerikan universitetlərinin dərs proqramlarına bənzəyir. İngiltərə kimi siz İtaliyada da yayda,1 semestrlik və yaxud 1 illik təhsil ala bilərsiniz. İtaliyada təhsil ala biləcəyiniz ən yaxşı dərslər incəsənət,tarix və italyan dilidir.

3. HƏYAT TƏRZİ VƏ MƏDƏNİYYƏT

İngiltərə

Britaniyanın universitet mədəniyyəti daha çox kampus həyatına əsaslanır. Baxmayaraq ki, İngiltərə öz mətbəxinə görə məşhur deyil, London kimi yüksək sayda əhaliyə malik şəhərlərdə Hind və Tayland mətbəxi kifayət qədər populyarlığa malikdir.

Pack an umbrella and be prepared for rain; England is notoriously known for its steady showers, but it is thanks to this weather that England is filled with a countryside of green rolling hills, and vibrant public gardens. And of course, a warm cup of tea always brightens an afternoon!

İngiltərədə təhsil almaq istəyirsinizsə çətirinizi hazır edin və yağışa hər an hazır olun,çünki ingiltərə öz qısa müddətli yağışlarıyla məşhurdur. Bu yağışların sayəsindədir ki, İngiltərənin təbiəti yaşıl və canlıdır.

İtaliya

İtalyanlar öz tarixi və mədəniyyəti ilə çox qürur duyurlar. Elə indiki zamanda da İtaliya hələ də dünyanın incəsənət, moda mərkəzidir. İtalyanlar sadə şeylərə dəyər verərək yaşayırlar, xüsusən bunları onların mətbəx mədəniyyətində və gündəlik həyatında görmək mümkündür.

İtalyan universitetlərinin kampusu universitetin yerləşdiyi şəhərcikdir. Bir çox italyan tələbə universitetin kampus daxilində təşkil etdiyi mərasimlərdə iştirak edərək sosiallaşır və yeni dostlar qazanaraq bu imkandan lazımincə istifadə edirlər.

İtaliya əlbətdə ki, dünyada öz mətbəxinin çox çeşidliyi ilə məşhurdur. Məşhur italyan naharları axşam saat 8də başlayır və bir neçə saat davam edir. Baxmayaraq ki, seçə biləcəyiniz yemək tipi İtaliyanın hansı bölgəsində olmağınızdan asılıdır pasta,şərab və gelato desserti hər zaman hər yerdə tapa biləcəyiniz ən məşhur italyan mətbəx nümununələrindəndir.

İtaliyanın iqlimi təhsil almağı seçdiyiniz ərazidən asılıdır. Sorrento kimi cənubda yerləşən ərazilərdə hava mülayim keçdiyi halda Milan kimi şimalda yerləşən böyük şəhərlərdə isə hava nisbətən soyuq olur.

4. ÇƏTİNLİKLƏR VƏ ÜSTÜNLÜKLƏR

İngiltərə

Funt sterliq ilə Azərbaycan manatı arasındakı məzənnə fərqi yüksək olduğundan İngiltərədə oxumaq və yaşamaq üçün yüksək məbləğdə pul ayırmalı olacaqsınız. Pulunuzu ehtiyatlı şəkildə xərcləməli olacaqsınız.

İngiltərədə təhsil almaq və eyni zamanda belə dərin tarixi köklərə əsaslanan, hal hazırda bütün dünyanın diqqət mərkəzində olan ölkədə yaşamaq sizin üçün böyük bir avantaj olacaqdır.

İtaliya

İngiltərə kimi İtaliyada da euro ilə manatın məzənnəsi kəskin fərqləndiyinə görə burada yaşamaq bahalı ola bilər. Lakin burada tələbələr üçün , xüsüsən beynəlxalq tələbələr üçün müəyyən endirimlər olur.

İtaliyada təhsil almaq yeni mədəniyyətə uyğunlaşma tələb edir ancaq italyan dili və həyat tərzinə uyğunlaşmağa çalışmaq nə qədər çətin gəlsə də siz bu prosesdən sosial,şəxsi və akademik cəhətdən bir çox fayda ala bilərsiniz.

Fərqi yoxdur siz İngiltərədə yoxsa İtaliyada təhsili seçirsiniz, vacib olan faktor “xaricde” təhsil almağınızdır. Hər hansı bir ölkədə müəyyən bir müddət təhsil almağınız sizin dünyaya baxışınızı dəyişməyinizə təsir edəcək və həyatınızı dəyişmək üçün atdığınız addımlardan biri olacaqdır. Celt Colleges Nərimanov filialı ilə əlaqə saxlayıb İtaliya və İngiltərə ilə bağlı hər hansı bir sualınız varsa, suallarınıza cavab əldə edə bilərsiniz.

Nərgiz Ağaverdiyeva

Əlaqə: nargiz@celt.az

Telefon: (012) 566 48 23

CELT Colleges Narimanov

2 thoughts on “Xaricdə harda təhsil almalıyam: İngiltərə yoxsa İtaliya?”

  1. Salam.Necesiniz1
    Men Ingilterede Manchester Universitetinde bakalavr tehsil almaq istiyirem bilirem ki IELTS kecid bali 6dir.
    Bes pulsuz tehsil almaq olurmu almaq ucun ne etmek lazimdir1
    Xahis edirem cavab verin.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir