Xaricdə Təhsil:Norveçə qəbul

Norveç Skandinaviyanın,o cümlədən dünyanın  ən gözəl ölkəsidir. Ümumiyyətlə, bu ölkə bir neçə ildir ki, dünyanın ən gözəl yaşayış məskəni sayılır. Müəyyən qədər bahalı ölkə olmağına baxmayaraq burada bütün təhsil sistemi pulsuzdur. Heç bir təhsil haqqı mövcud deyil. Əvvəllər bu təhsil sistemi digər Skandinaviya ölkələrinə  aid olsa da hal-hazırda yalnız Norveçdə təhsil pulsuzdur.

Ümumiyyətlə, Skandinaviya ölkələri sakit həyat tərzi və yüksək təhsil sistemləri ilə seçilirlər. O cümlədən Norveçdə də  təhsil çox güclüdür. Norveçin Oslo universiteti dünyanın 50 ən yaxşı universiteti sırasındadır. Dünyanın bir çox ölkələrindən hər il buraya saysız hesabsız təhsil almaq üçün tələbə gəlir.Bura həm də ona görə axın çox olur təhsil pulsuzdur. Sadəcə yaşamaq xərcləri ödəyirlər tələbələr.Bu da Norveçdə təhsilin keyfiyyətindən xəbər verir.  Norveçdə uşaqlar altı yaşında birinci sinfə gedirlər. Burada orta məktəb onillikdir və bu onillik orta məktəbi  üç mərhələdə qruplaşdırmaq olar:

İbtidai sinif I (primary stage) 1 – 4-cü siniflər

İbtidai sinif  II (intermediate stage) 5 – 7-ci  siniflər

Orta məktəb  (lower  secondary stage) 8 – 10-cu  siniflər

Şagirdlər 10 – cu sinfi bitirdikdən sonra təhsil məcburi deyil, insanlar öz seçimlərinə uyğun qərar verirlər. Təhsillərini davam etdirmək istəyənlər 16 – 19 yaş arası  məcburi təhsildən sonrakı təhsil (Post-compulsory secondary education) adlanan təhsil  alırlar (11 – 13 siniflər).

Norveçdə dərs ili avqust ayı başlayır, iyun ayının ortalarında bəzən də sonunda bitir. Burada məcburi fənlərlə yanaşı seçmə fənlərdə mövcuddur. Məsələn, şagirdlər İngilis dilindən əlavə Alman və Fransız dilini də seçə bilərlər.

Bakalavr təhsili

Dünyanın bir çox ölkəsində ingilis dilində bakalavr proqramları olsa da Norveçdə ingilis dilində bakalavr proqramı mövcud deyil. Burada bakalavr oxumaq arzusunda olanlar Norveç dilini öyrənməyə məcburdurlar. Çünki burada balakavr proqramları hamısı Norveç dilindədir. Əgər siz Norveçdə bakalavr təhsili almaq istəyirsinizsə, o zaman Norveç dilini öyrənməlisiz.

Magistr təhsili

Norveçə təhsil almaq üçün gedənlər 90% magistr təhsili almaq üçün gedirlər. Çünki yuxarıda qeyd etdiyimiz kimi burada ingilis dilində bakalavr təhsili mövcud deyil.Lakin bakalavrdan fərqli olaraq magistr təhsili üçün ingilis dilli proqramlar mövcuddur. Norveçdə təhsil sistemi pulsuz olduğundan bura magistr və ya doktorantura pilləsi üçün gələnlərin sayı həddindən artıq çoxdur. Rəqabət o qədər böyükdür ki, sadəcə orta məktəbi bitirməklə burada Oslo universiteti kimi yüksək səviyyəli universitetlərə qəbul olmaq müşkül məsələ olubdur.

Norveç universitetləri qəbulu nəzərdən keçirərkən təkcə universitet qiymətlərini deyil, əlavə keyfiyyətləri və iş təcrübəsini nəzərədən keçirirlər. Bunun üçün bu ölkələrə sənəd təqdim edərkən belə faktorları nəzərə almaq vacibdir.

Tələb olunan sənədlər

  1. Bakalavr diploma
  2. IELTS 6.0
  3. Maliyyə imkanları
  4. Tövsiyə məktubu(referans)
  5. Əlavə keyfiyyətlər
  6. Bir il öncə müraciət

Norveçdə hər hansı universitetə qəbul olduqdan sonra, sizə sadəcə qalmağınızı  təmin etmək kifayətdir. Yaşayış üçün üç imkandan yararlana bilərsiniz.

1.     Şəxsi hesabınıza

2.       QUOTA Scheme təqaüdü hesabına

3.       Təhsil Nazirliyi hesabına

Digər ölkələrə nisbətən bu ölkədə oxumaq daha sərfəli və faydalıdır. Çünki təhsil pulsuzdur.yalnız yaşamaq üçün maliyyə lazımdır. Digər dövlətlərdə isə təhsil haqqı 10000 dollardan başlayır.Digər tərəfdən burada təhsil almaq istəyənlərin arzusunu Təhsil Nazirliyi də reallaşdırır,maliyyə cəhətdən. Əgər Təhsil Nazirliyinin göstərdiyi proritet ixtisasdırsa, 90% nazirlik onu maliyyələşdirəcək.  Bu ölkədə təhsil almaq digər dünya ölkələrinin tələbələri kimi Azərbaycanlı tələbələrinin də maraq dairəsindədir.

Əgər siz Norveçdə təhsil almaq istəyirsinizsə,CELT Colleges Xaricdə Təhsil şöbəsi sizə kömək edə bilər. CELT vasitəsilə artıq yüzlərlə tələbə Avropanın müxtəlif universitetlərində təhsil alırlar.

CELT İçəri şəhər(Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

 

227 thoughts on “Xaricdə Təhsil:Norveçə qəbul”

  1. Salam Men Bakalavr birinci kursam.Norveçdə bakalavr təhsili üçün mən burda bakalavr biturməliyəm yoxsa buranı dondurub ora getmek olur?birdeki menim istediyim ixtisas İT ve ya komp mühendisliyi ve yaxud kibertehlukesizlik bu üç ixtisasdan birini qebul ola bileremmi?

  2. Salam GPA 85+ bəs edir?Birdə Norveçdə Mühasibat və yaxudda maliyyə ixtisası var magistrlar üçün?Və Norveçdə magistr təhsili üçün təqribən nə vaxtdan(yəni bakalvrın neçənci kursundan) müraciət etmək lazımdır?

    1. Salam. Seçdiyiniz universitetdən asılıdır və qeyd etdiyiniz ixtisaslar var. Qəbullar üçün 3-cü kursu bitirdikdən sonra başlamaq lazımdır.

      1. IELTS balı minimal neçə ola bilər?Və yaşam xərclərini qarşılamaq üçün tələbələrə iş icazəsi verilir?

      2. İcazə verilir. Amma həmin məvaciblə Norveçdə yaşam xərclərinizi tam qarşılamaq bir qədər çətin olar.

  3. Salam Novreçde kimya ixtisası üzre tehsil almaq mümkündürmü ve bunun üçün novrec dilini öyrenmek mecburidir yoxsa yalnız inglis dili?

  4. Norveçdə Neft-qaz mühəndisliyi üzrə magistr təhsili var? Və ingilis dilində bu ixtisas üzrə təhsil almaq mümkündür? Yoxsa ancaq Norveçcə keçirilir?

      1. Salam. Bəli oxuya bilərisniz. Əlavə məlumat üçün zəhmət olmasa əlaqə saxlayın. Əlaqə nömrəsi: +994 50 588 15 18

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next