Xaricdə təhsillə bağlı maraqlı məqamlar.

Son illər xaricdə təhsil almaq fikri gənclər arasında geniş yayılsa da, bəzi gənclər xaricdə təhsil ala bilmək üçün kifayət qədər bilik və bacarıqlara sahib olmadığını düşünür. Bu yazıda xaricdə təhsil almaq üçün bizdə olması gərəkən özəlliklərdən bəhs edəcəyik.

Dil biliyiniz.

Xaricdə təhsil almaq istəyən hər gəncin ilk olaraq ingilis dilini bilməsi mütləqdir. Bu, sadəcə ingilis dili sertifikatınla kifayətlənə bilərsiz demək deyil. İngilis dili dünyanın əksər ölkəsində beynəlxalq dil olaraq qəbul edildiyi üçün siz istər Avropa, istər Amerika, istər Asiya ölkələrinin birində təhsil almaq istəyən gənclərdə olması gərəkən ən birinci özəllik dil biliyidir.

Ortalama balınızın yüksək olması

Xaricdə təhsil zamanı ən önəmli məqamlardan biri də ortalamanızın yüksəkolmasıdır. Xüsusilə də, tibb, hüquq, mühəndislik kimi ixtisaslarda xaricdə kariyera düşünürsünüzsə, ortalamanızı yüksək tutun. Bundan əlavə bəzən Amerika universitetlərinin tələbi ortalamadan çox əldə etdiyiniz sertifikat, iştirak etdiyiniz layihələr, tədbirlər, təlimlər də ola bilər. Buna görə də sahib olduğunuz bilik və bacarığınızdan da istifadə edərək bu kimi hallara diqqət etmıyinizi tövsiyə edirik.

Dünyagörüşünüzün olması

Xaricdə təhsil almaq sizin həyatınız boyunca unutmayacağınız bir təcrübə olacaq. Yeni bir ölkədə, yeni bir şəhərdə bəlkə 3 ay, bəlkə 3 il fərqli mədəniyyət, fərqli mətbəx, fərqli dil və yeni insanlar, ailənizdən uzaq qalmaq sizin üçün çətin bir mərhələ ola bilər, amma hər yeni insan yeni bir mədəniyyətdir. Bu sizin dünyagörüşünüzü gözəçarpacaq dərəcədə artıracaqdır. Ona görə özünüzün də müəyyən səviyyədə dünyagörüşü olmalıdır ki, fərqliliklərə qarşı çətinlik
yaşamayasız və bu fərqliliklər sizə bir maneə yox, dünyagörüşünüzü artıran vasitə olsun.

Ünsiyyət bacarığınız

Əgər xaricdə təhsil almaq istəyirsinizsə, güclü ünsiyyət qurma bacarığına sahib olmalısınız. Çünki əcnəbi olduğunuz ölkədə özünüzü onlardan biri kimi hiss etmək üçün qısa zamanda onlarla ünsiyyət qurmağı və bunu davam etdirməyi
bacarmalısınız. Unutmayın ki, dünyanın fərqli ölkələrindən gələn insanlarla ünsiyyətə girmək sizin sosiallaşmanıza, dil biliklərinizi artırmağa birbaşa təsir edir. Tələbə sadəcə universitet dərslərini oxumaqla deyil, eyni zamanda dərs zamanı aktiv olmalıdır, sərbəst şəkildə düşüncələrini dilə gətirə bilməlidir, sual vermək bacarığına sahib olmalıdır.
Bu kimi hallarda ünsiyyət bacarığı olduqca önəmlidir.

Özgüvəniniz

Təməl bilik səviyyəsi əslində bacarıqdan daha çox insanlarda olması zəruri olan xüsusiyyətdir. Təhsil alacağınız ixtisasla, oxuyacağınız universitetlə bağlı məlumatlı olmaq, ölkə xaricində olduğunuz zaman sizə daha fərqli yanaşmalarına səbəb olacaq. İstər dost çevrənizlə, istər işlədiyiniz insanlarla, ya da universitetdə müəllim və qrup yoldaşlarınızla söhbət edərkən, məlumatlı olmaq sizin özünüzü göstərməyinizə kömək edəcək.

CELT Coleges Elmlər filialımıza yaxınlaşaraq xaricdə təhsillə bağlı bütün suallarınıza cavab tapa bilərsiniz.
CELT ailəsi olaraq Sizə hər bir addımınızda dəstək olmağa hazırıq.

Günel Qulamova
Tel:(+994) 12 538 38 33
Mob:(+994) 55 737 83 06
E-mailI:gulamova@celt.az
CELT COLLEGES ELMLER

2 thoughts on “Xaricdə təhsillə bağlı maraqlı məqamlar.”

  1. Севиндж Мамедова

    Salam oglum orta mektebin 7ci sinfinde oxuyur. Xaricde ali tehsil almagini isterdim. Bilmek isterdim nece yashindan celt colleges e yazdirmaq lazimdir ki,bilik ve bacarigini artirib,imtahanlardan yuksek netice elde ede bilsin.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next