Xaricdə təhsil: Foundation proqramı

Ümumiyyətlə, xaricdə təhsil bugünkü Azərbaycan gəncinin əsas məqsədlərindən birinə çevrilib. Artıq son məlumatlara görə bu vaxta kimi dövlət proqramı vasitəsilə 700-dən çox tələbə xarici ölkələrə təhsil almaq üçü göndərilib. Bunu 266 nəfəri 2010-ci ilin payına düşür. Xaricə gedən tələbələr əsasən tibb və iqtisadiyyat sahəsində təhsil almağa gedirlər. Digər sahələr ola sosial və humanitar,texniki sahələr üzrə təhsil alanlar vardır. Xarici ölkələrin seçimində Avropa ölkələri əsas yer tutur. Bu ölkələr  sırasında Böyük Britaniya əsas ölkələrdəndir. Bu ölkəyə nəinki Azərbaycan, o cümlədən bütün  dünyadan gələn tələbə sayına görə öncül yerlərdən birini tutur. Təbiidir ki, bunu səbəbi bu ölkədə yüksək təhsilin və məşhur universitetlərin olması əsas səbəb kimi götürülə bilər. Bundan başqa bu ölkədə yerləşən  Oxford və Cambridge kimi dünyada məşhur universitetlərin bu ölkə də yerləşməsi də Böyük Britaniya  təhsilini dünyada tanıdır.

Xaricdə oxumaq istəyən gənclər həmişə yüksək səviyyəli universitetlərdə təhsil almaq marağındadırlar. Bu baxımdan da dünyanın ən inkişaf  etmiş və rahat ölkələrindən olan Böyük Britaniyada təhsil almaq hər bir gəncin arzusu və məqsədidir.  Bu ölkədə təhsil almaq istəyənlər ilk öncə ya Azərbaycanda ən azı bir il bakalavr təhsili almalıdır, ya da Böyük Britaniyada Foundation proqramını keçməlidirlər.Buna səbəb bu ölkədə orta məktəb sisteminin 12 illik olmasıdır.Azərbaycanda isə 11 illikdir. Bu səbədən də Azərbaycanda orta məktəbi bitirib birbaşa Böyük Britaniyada bakalavra qəbul olmaq mümkün deyil.Foundation proqramı illərdir ki, fəaliyyət göstərir və dünyadan ,o cümlədən Azərbaycandan bu proqram vasitəsilə minlərlə gənc təhsil alır.

Foundation nədir?

Foundation proqramı, xarici tələbələrin İngiltərədə və ya başqa ölkələrdə bakalavr təhsili almaq üçün dünyada tanınan və çox üstünlük verilən universitetə hazırlıq proqramıdır. Əgər sizin TOEFL və IELTS nəticəniz yoxdursa o zaman bu proqram vasitəsilə xaricdə təhsil almağa başlaya bilərsiniz. Amma bəzi məşhur universitetlər Foundation proqramına qəbul apararkən TOEFL və ya ILETS nəticəsi tələb edir. Bu baxımdan Foundation iki qrupa bölmək olar:

1)    Universitetlərin  nəzdində fəaliyyət göstərən Foundation proqramları

2)    Universitetdən kənar fəaliyyət göstərən Foundation proqramları

Universitet nəzdində fəaliyyət  göstərən proqramlar adətən TOEFL və IELTS tələb edir. Universitetdən kənar fəaliyyət göstərən proqramlar isə adətən tələb etmir. Yuxarıda da qeyd edildiyi kimi bu proqram xarici tələbələrin Böyük Britaniyada təhsil alması üçün nəzərdə tutulmuşdur. Yəni bizim ölkədə daxil olmaqla bir çox ölkələrdə təhsil sistemi 11 illik və başqa formada olduğuna görə onlar foundation proqramı keçmək məcburiyyətindədirlər.

Hal-hazırda Böyük Britaniyada oxumaq üçün bir çox orta məktəbi bitirmiş şəxslər bu proqram vasitəsilə bu ölkəyə gedir 1 illik kursu keçdikdən sonra imtahan verərək  universitetə qəbul olurlar. Bu proqrama bəzən hazırlıq kursu, bəzən də baza təhsili deyirlər.

Foundation proqrmının üstünlükləri

Bu proqramın br sıra üstünlükləri vardır:

  • İngilis dili biliyin səlistləşdirmək
  • Özünüzə səmimi dostlar tapmaq
  • Universitet müəllimləri ilə ünsiyyətdə olmaq imkanı
  • Ölkəni tanımaq imkanı

Nə tələb olunur ?

Bu proqrama qoşulmaq üçün elə də çox sənəd lazım deyil.

  • Orta məktəb attestatı
  • Xarici pasport
  • Maliyyə imkanları

Əgər bunlar sizdə varsa çox asanlıqla Foundation proqramına qoşula bilərsiniz. Yuxarı qeyd edildiyi kimi bəzi məqamlarda TOEFL və ya IELTS də tələb oluna bilər.

Necə əldə etmək olar?

Artıq bir neçə ildir Xaricdə təhsil sahəsində mühüm işlər görən və geniş imkanlara malik CELT Colleges bu sahədə sizlərə kömək etməyə hazırdır. Əgər orta məktəbi bitirmisinizsə, Böyük Britaniyada təhsil almaq istəyirsinizsə, o zaman arzularınızı reallığa çevirməyə tələsin.

CELT Bakı Soveti (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

 

 

 

50 thoughts on “Xaricdə təhsil: Foundation proqramı”

  1. Salam mən musiqi kollecində oxuyuram bitirdikdən sonra almaniyada eyni ixtisas üzrə bakalavr oxuya bilərəm? yoxsa 2il mütləq burada oxumalıyam? qabiliyyət imtahanı tələb olunur? və bununçün minimum ielts balı neçədir? zəhmət olmasa ətraflı cavablandırardz da

  2. Tələb olunan maliyyə vəsaiti minimum nə qədər olmalıdır foundation’a qoşulmaq üçün?Nə qədər pulumuz olmalıdır yəni?

  3. Salam Mən Türkiyədə Turizim Menecmentliyi üzrə Universitetdə Təhsil almaq istəyirəm bunun üçün mənə hansı sənədlər lazımdır?

  4. Salam men xaricde boyuk britanyada tehsil almag isdirem yeni ozum lenkaran dovlet universitetinin tercume inglis dili uzre 3 kurs telebesiyem ve bu dili daha selis mukemmel bilmek ucun bu proqramla mende gedmey isdiyirem xais edirem nece olur onu deye bilersinizmi indide qeydiyatdan kecmek olarmi ?? Yeni ora gedsem bes burdaki tehsilim nece olacag ? Bidene bunu etrafli melumat veredizde

    1. Yəni pulsuz baxır nəyə deyirsiniz. Əlçatmaz pulsuz bakalavr nə işinizə yarayacaq. Norveçdə bakalavr pulsuzdur. Ama Norveç dilindədir və Norveçdə yaşamaq çox bahadır. Yəni pulsuz olsa da başqa tərəflərini nəzərə alsanız pullu olur və xərciniz çox çıxır. Önəmli olan hədəfinizdir. Norveçdə pulsuz oxumaqdansa Polşada 2 min avro ödəmək daha məntiqlidir. Və ya Türkiyədə illik min manat ödəmək. O səbəbdən hər şeyi pulsuz axtarmayın.
      Önəmli olan nə oxumaq istəyirsiniz, sonra orda qalamq yoxsa geri dönmək istəyirsiniz və xaricdə oxumaq üçün özünüzə pul toplayırsınız ya yox. Bəzən tələbələrimiz 3 il tam təqaüd axtarırlar. Ama həmin il ərzində təqaüd almaq üçün heçnə etmirlər. 3 il ərzində işləyib yaxşı pul toplamaq olar xaricdə oxumaq üçün və ya təqaüd almaq üçün yaxşı təcrübə bacarıq əldə etmək olardı.
      O səbəbdən yani hansısa uni və ya ölkənin sizə heç nəyiniz olmadan pulsuz təhsil verəcəyini düşünürsünüzsə yalnış yoldasınız. Məsələn Macarıstanın təqaüdü var. Yəni təhsil haqqı verir və yaşam verir az da olsa ama onun üçün Yaxşı İELTS və yüksək attestat balı lazımdır. Təbii orda ixtisas da önəmlidir.
      Yəni belə pulsuz olsun asan olsun deyə bir şey yoxdur. Doğru planlasanız hər şey mümükündür. Önəmli olan bu.

  5. Salam. İlk öncə onu deyim ki əgər sualımı səhv mövzuda vermişəmsə üzrlü sayın. Məni xarici dözlətdə pulsuz ingilis dilində bakalavr təhsil almaq maraqlandırır. Bunun üçün ümumiyyətlə mənə nə lazımdır? İnternetdən aldığım məlumatlara görə TOEFL imtahanını verib, bu imtahanda yüksək nəticə göstərməliyəm. Elədirmi? Bir sualımda bu olacaq ki, məsələn hər hansısa xarici dövlətdə iqtisadiyyat universitetinə daxil olmaq üçün yalnız TOEFL bəs edirmi? Yoxsa, Azərbaycandakı kimi həmçinin Coğrafiya, Riyaziyyat, Azərbaycan dili, Xarici dil, Tarix kimi fənlərdəndəmi imtahan verməyə ehtiyac var? Çünki bu yazdıqlarım Azərbaycanda iqtisadiyyat universitetinə daxil omaq üçün verilməsi vacib imtahanlardır. Sizin dəyərli fikirlərinizə ehtiyacım var. Əvvəlcədən təşəkkürlər!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next