Xaricdə Təhsil almaq istəyənlər üçün

Xaricdə  təhsil almaq bir çox tələbə üçün əhəmiyyətli nüanslardan biridir. Bəzi tələbələr təhsili sadəcə diplom üçün almaq istəyirsə və ya qarşısına çox ciddi bir məqsəd qoymadan xaricdə oxumaq istəyirsə də digərləri qarşısına məqsəd qoyaraq universitetin ona verə biləcəyi hər şeyi analiz edir və düşünərək universiteti seçir. Bəziləri “bahalı hər zaman keyfiyyətlidir” deyərək imkanı daxilində illik təhsil haqqı yüksək olan universitetlərə üstünlük verir və ya digərləri sadəcə olaraq təhsil haqqına görə ən minimum universitetləri seçməklə onlardan bəhrələnir. Bu məqalədə sadəcə olaraq proqram seçimi edərkən gərəkli olan bəzi ünsürləri sizinlə paylaşmaq istərdim.

İlk öncə seçəcəyiniz kursu yəni proqramı dəqiqləşdirmək gərəkdir. Proqramı seçərkən onu bitirmək üçün məcburi dərs siyahısını nəzərdən keçirməlisiniz. Misal üçün bir universitetin təklif etdiyi eyni ixtisas üzrə proqramları bir birindən bir neçə fənn keçirilməsi ilə fərqlənə bilər ki, həmin fənlər bizə heç tanış olmaya və ya bizə çox çətin gələ bilər. Kursun imtahan və qiymətləndirmə sistemi də əhəmiyyətli ünsürlərdəndir. Kursun tərkibinin neçə faizinin yazı işi imtahanından ibarət olmağını bilmək gələcək tələbəni öz potensialına uyğun bir kursu seçməyə vadar edir. Bunlardan əlavə kursun təklif etdiyi modulları da gözdən keçirmək vacibdir. Yəni kursun son ilində tələbələrə şans verilir ki, dar ixtisaslaşmasını özləri aparsınlar ki, bu tələbəni öz istədiyi kimi yetişməsinə imkan yaradır.

Xarici universitetlərdə təhsil almaq istəyənlər təhsil dilinə mükəmməl səviyədə yiyələnməlidirlər ki təhsil aldıqda çətinlik yaranmasın. Bunun üçün kurs müyyən standartlara uyğun olaraq müxtəlif beynəlxalq dil imtahanları sertifikatları tələb etməkdədir. Bu ilk növbədə bəynəlxalq dil sertifikatlarının daha çox tələbə kütləsi tərəfindən götürülməsi ilə nəticələnir, ələxsus da TOEFL, İELTS, TESTDAF və.s. Xarici ölkələrin bir çoxunda təhsil ingilis dilində olduğundan beynəlxalq ingilis dili sertifikatları bugün daha da məhşurdur. Bu sertifikatlar müəyyən şkalada biri digərinə ekvalent hesab edilir ki bunlar universitetlər tərəfindən müəyyən edilir. Universitet və kurs seçimində bu ünsürü də nəzərə almaq çox vacibdir.

Misal üçün bəzi universitetlər TOEFL balı 92 tələb etdiyi halda IELTS ekvalenti olaraq 6.5 bal tələb edirsə, bəziləri bu şkala üzrə 7.0 bal tələb edir. Hətta universitetlər içində TOEFL balını daha yüksək və ya İELTS balını daha yüksək tələb edənlər də vardır. (Məsələn TOEFL 90 bal istədiyi halda IELTS 6.0 tələb edilməsi və ya IELTS 6.5 tələb edildiyi halda TOEFL 77-79 tələb edilməsi v.s.) Başqa bir mühüm məsələ bəzi proqramların bilinqual (ikidilli) olmasıdır. Yəni təklif edilən kurs İngilis dili ilə yanaşı başqa xarici bir dildə də fənləri təklif edir ki bəzən tələbələr diplom almaq üçün bu fənləri keçməlidirlər. Bu da bəzən müəyyən problemlərə yol aça bilir. Misal üçün hər hansı bir proqram əsas tələbi İngilis dilindən sertifikat olaraq qoyur lakin digər bir dildən (əsasən ölkənin yerli dilindən) orta bilik tələb edir.

Universitet hesab edir ki, tələbə sonuncu ilə qədər dili mükəmməl öyrənəcək və lazımı dərsləri keçə biləcək. Lakin müraciətçi tələbə bunun o qədər də fərqinə varmır və birbaşa müraciət edərək qarşıda ona qoyulacaq tələblərdən xəbərsiz olur. Bu cür proqramlara daha çox Almaniyada rast gəlmək olur.Kursun ən vacib bir neçə əlamətindən biri də keçirilmə  tərzidir.

Tələbə kursun səhər və ya axşam keçirilməsinə, həftədə neçə saat olmağına diqqət yetirməlidir. Bundan başqa proqramların bir hissəsi mübadilə də təklif etməkdədir və orda təhsil alan tələbələr digər bir xarici ölkədə bir semestr və ya bir il mübadilə tələbə kimi təhsil ala bilərlər. Bu zaman hər iki universitetin diplomunu əldə etmək üçün gərəkən şərtləri də nəzərdən keçirmək lazımdır ki, təhsil dövründə 2 diplomun olması tələbə üçün böyük bir nailiyyətdir. Yekun olaraq proqramın hansı beynəlxalq əlaqələrinin olması və yekunda vəd etdiyi iş və karyera imkanlarını da araşdırmağa dəyər çünki bu hər zaman əhəmiyyətli bir rola malikdir.

Kənan Məmmədov


566 thoughts on “Xaricdə Təhsil almaq istəyənlər üçün”

  1. Salam mən 11ci sinifdə oxuyuram. Uni(BDU) 2ci kursdan sonra İtalyada təhsilimi davam etdirmək istəyirəm, təbii ki təqaüdlə.. Amma bəzi şaiyələr eşidirəm ki, gərək əlavə pul verəsən filan.. sizcə ielts balım çatsa və təqaüd üçün bütün şərtləri ödəyə bilsəm də belə problemlərlə üzləşə bilərəm?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next