xaricdə necə təhsil almaq olar

Xaricdə necə təhsil ala bilərəm?

Xaricdə necə təhsil ala bilərəm?

Bu suali bizdən dəfələrlə soruşublar və biz də bunu nəzərə alaraq bu mövzuda yazı yazmağı düşündük. Xaricdə necə təhsil ala bilərəm? sualı çox maraqlı amma geniş sahədir. Bunu bir neçə yazıya bölmək olar. Amma biz umumi biliklərinizi yeniləməyə çalışacağıq ki, sonra seçimlər etmək sizin üçün də asan olsun. Xaricdə təhsil almağı düşündüyünüzdə ilk öncə sahəni, büdcəni düşünməlisiniz. Yəni sizin hansı ölkədə oxumaq şansınız var. 

Xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin istəyidir. Bu həm digər bir ölkəni görmək arzusundan, həm də təhsillərini daha da yaxşı universitetlərdə davam etdirmək istəyindən irəli gəlir.


Bakalavr üzrə təhsil almaq

Baklavr pilləsi orta məktəbi bitirdikdən sonra universitet təhsilinə ayaq qoyacağınız ilk pillədir. Bəzi ölkələrdə 3 (Avropa), 4 (MDB və Amerika) və digər ölkələrdə isə 5 illik ola bilər. Bu hər ölkənin təhsil sisteminə görə müəyyənləşir. Lakin hal-hazırda 3 və 4 illik proqramlar dünyada daha çox yayılmışdır.

Azərbaycanlı gənclər üçün daha məqbul variantlar iki sistem üzrə aparıla bilər:

  1. Azərbaycanda 11-ci sinfi bitirib birbaşa bakalavr pilləsinə qəbul edən ölkələr
  2. Azərbaycanda 11-ci sinfi bitirib baza təhsilini keçdikdən sonra qəbul edən ölkələr

Xaricdə birbaşa təhsil almaq üçün ölkələrin bizim Attestatı tanımaları önəmlidir. Müəyyən ölkələr bizim Orta Təhsil Haqqında Attestatı öz orta məktəb sistemləri ilə eyni saydığı və tanıdıqları üçün Azərbaycanlı tələbələr bu ölkənin universitetlərinə qəbul ola bilərlər. Amma burada bəzi ölkələr bizim TQDK imtahanı olmadan, bəziləri isə  TQDK imtahanı tələb edirlər. Bura aşağıdakı ölkələr daxildir:

  1. Polşa Universitetləri (Attestat və İngilis dili sertifikatı)
  2. Litva (Attestat və İngilis dili sertifikatı)
  3. Latvia (Attestat və İngilis dili sertifikatı)
  4. Estoniya (Attestat və İngilis dili sertifikatı)
  5. Luksemburq ((Attestat və fransiz dili sertifikatı)
  6. Macaristan (Attestat və İngilis dili sertifikatı)
  7. Amerika Birləşmiş Ştatlarıda Universitetlər üçün  (Attestat + SAT I və bəzən II)\/
  8. Kanada yerləşən Universitetlər (Attestat və İngilis dili sertifikatı)
  9. Niderland Krallığı (applied sciences) (Attestat və İngilis dili sertifikatı)
  10. Türkiyə Dövlət Universitetlərinə (TQDK balı , SAT I, Daxili YÖS + Attestat + Türk və İngilis dili sertifikatı)
  11. Avstria (Attestat, TQDK balı, Alman və ya İngilis dili sertifikatı)

Xaricdə təhsil almaq üçün ikinci qrupa aid olan ölkələr isə Azərbaycanda 11-ci sinfi bitirən şagirdləri birbaşa qəbul etmir. Çünki həmin ölkələrdə orta məktəb 12 və yaxud da 13 illikdir. Bunun üçün ya həmin ölkədə 1 illik “Foundation” proqramını keçməlisiz ya da Azərbaycanda 1 il və yaxud da 2 il bakalavr təhsili almalısınız.  Bu qrupa demək olar ki, qalan bütün ölkələr daxildir.

  1. Almaniya (iki il universitet təhsili və ya Ştudien Kollec)
  2. Fransa ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)
  3. Böyük Britaniya Universitetləri ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)
  4. Norveç (iki il universitet təhsili və Norveç dili)
  5. İsveç (iki il universitet təhsili və İngilis dili)
  6. Finlandiya (iki il universitet təhsili və İngilis dili)
  7. İrlandiya (bir il universitet təhsili və İngilis dili)
  8. İtaliya  (bir il universitet təhsili və İngilis və ya İtalyan dili)
  9. İspaniya  (bir il universitet təhsili və İngilis və ya İspan dili)
  10. Asia ölkələri (Korea, Yaponiya, Çin) (bir il universitet təhsili və İngilis dili

Xaricdə Bakalavr təhsil almaq üçün hansı imtahanlar tələb olunur?

Bu sual da bizə ən çox ünvanlanan suallardandır. Ümumiyyətlə, xaricdə təhsil almaq üçün əsasən TOEFL və IELTS imtahanları tələb olunur.Bu imtahanlar yalnız ingilis dilində təhsil almaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Siz avropa ölkələrində təhsil almaq üçün bu imtahanlardan keçmək məcburiyyətindəsiniz. Ola bilər bəzi universitetlər olsun ki, bu imtahanları tələb etməsin. Yəni universitet özünün tələb etdiyi imtahanla qəbul etsin tələbəni. Önəmli olan öncədən doğru universiteti seçmək və onların qaydalarına görə hazırlaşmaq lazımdır. 

Xaricdə Magistr təhsili almaq

Xaricdə Magistr təhsili almaq üçün müəyyən imtahanlar tələb olunur. Hal-hazırda bir çox  gənclər magistr təhsillərini xaricdə davam etdirməyi üstün tuturlar. Bu səbəbdən də magistr üzrə təhsil alanların sayı bakalavr üzrə təhsil alanların sayından xeyli çoxdur.

Xaricdə magistr təhsili almaq üçün ilk öncə bakalavr diplomu olmalıdır. Bu diplom olduqdan sonra müəyyən imtahanlar tələb olunur. Yenə də ingilis dili üzrə təhsil almaq istəyənlər TOEFL və IELTS imtahnlarından keçməlidirlər. Türkiyə üçün ALES imtahanı tələb olunur. Türkiyənin özəl universitetləri üçün isə TOEFL və IELTS də keçərlidir. Əksər ABŞ  və digər ölkənin  (avropa)  universitetləri GMAT və GRE  imtahanları da tələb edirlər.

Xaricdə Magistr təhsili üçün ixtisasım bakalavr ixtisası ilə eyni olmalıdır?

Bu bir qədər mürəkkəb məsələdir. İxtisas təbii ki, bakalavr ixtisası eyni olmalı və yaxud da yaxın ixtisas olmalıdır. Məsələn, Humanitar elmlər üzrə təhsil alan tələbə, dəqiq elmlər  üzrə təhsil ala bilməz. Bu həm də onun oxuması üçün çətin  olar. Bu səbəbdən də xaricdə magistr təhsil almaq istəyənlər bakalavr ixtisasına yaxın və yaxud da eyni ixtisası seçməlidirlər. İstisna hallar ola bilər ki, bakalavr ixtisasınız başqadır və siz magistr üzrə başqa ixtisas üzrə təhsil almısınız. Bu ola bilər,amma bunu bəzi universitetlər qəbul edir. Bu universitetlər isə məsləhətli universitetlər deyil.

Ümid edirik ki,Xaricdə təhsil almaq arzusunda olanlar üçün yazdığımız məlumatlar kifayət qədərdir və bu onlara köməklik edəcək. Bizə suallarınız yazmaqdan çəkinməyin. 

Xaricdə Təhsil məsləhəti üçün bizimlə əlaqə saxlayın

CELT Colleges İçəri Şəhər ofisi:  012 492 68 53, Anar Qurbanzadə (Avropa və Amerika) və ya 050 503 59 39 Fərid Kərimov (Türkiyə)


1. 022 thoughts on “Xaricdə necə təhsil ala bilərəm?”

  1. Salam mən kolleci bitirmişəm subbakalavram, həmçinin Azərbaycan unisondə təhsil alıram pulsuz. Mən xarici universitetlərdə təhsil ala bilərəmmi? Və yaxud hansılarda təhsil alma şansım var?

  2. Salam. Mən aqranomluq üzrə oxuyuram. Xaricdə oxumaq üçün hanı ölkəni və Universiteti məsləhət görürsüz?

  3. Salam. Mən BDU riyaziyyat müəllimliyi ixtisasında oxuyuram. Mən xaricdə təqaüdlə İT və ya kompüter elmləri üzrə təhsil ala bilərəm? Ümumiyyətlə bu ixtisasla təqaüdlə hansı ixtisaslar üzrə təhsil almaq mümkündür?

    1. Mədinə Məmmədova

      Salam, Amerika ve ya Almaniyada necə təhsil ala bilərəm yalnız 11 illik atesttatim var.Hansi imtahanlara hazırlaşmaq lazımdır? Birdeki bakalavr 1-2 il əlavə oxumaq lazımdırsa fərqi var hansı ixtisas üzrə oxuyacam yoxsa yox?

  4. Salam. Mən BDU riyaziyyat müəllimliyi ixtisasında təhsil alıram. Mən xaricdə təqaüdlə İT üzrə magistr təhsili ala bilərəm?

  5. Salam, zəhmət olmasa ölkələrdə hansı ixtisaslar qəbul edilir və ya bütün ixtisaslar qəbul edilirmi? Hər bir ölkələrdə fərqlidirmi? Bilmək istəyirəm

  6. Salam bakalavr təhsilində bir kəsr var 4 cü kursam maliyyə və mühasibatlıq üzrə ortalamam 90 dır. Sualım odur ki, kəsr varsa magistr təhsilini xaricdə almağa imkan varmı yoxsa necə?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next