“Virtual Məktəb” platformasını yəni Microsoft Teams platformasını Azərbaycan dilinə dəyişmək üçün aşağıdakı sadə qaydaya əməl etmək lazımdır.
- Microsoft Teams platformasına daxil olursunuz.
- Sağ hissədə yuxarıda öz profilinizə keçid edirsiniz. Yəni şəkiliniz olan və ya balaca dairə şəkilində olan, adınız soyadınız yazılan hissəyə daxil olursunuz.
- Profiliniz ingilis dilindədirsə “Settings”, rus dilindədirsə “Настройки”, türk dilindədirsə, “Ayarlar” bölümünü açırıq.
- Açılan bölmədə “Dil” (Language, Язык) menyusu hissəsində Azərbaycan dilini seçərək “Yadda saxla və yenidən başlat” ( Save and restart) düyməsini sıxırıq.
Bu sadə 4 addımdan keçərək Microsoft Teams platformasını çox rahatlıqla Azərbaycan dilinə keçirə nilərsiniz.