“Virtual məktəb”də fənlər üzrə qiymətləndirmə təşkil olunacaq

19 dekabr saat 14:00-dan başlayaraq “Virtual məktəb”də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmə təşkil olunacaq.

Qiymətləndirmənin IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkili nəzərdə tutulur. Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən tapşırıqlara cavab vermək lazımdır.

Qiymətləndirmə prosesində:

– IV sinif şagirdlərinə tədris ili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırıq (qiymətləndirmənin müddəti – 1 saat 20 dəqiqə);

– VI sinif şagirdlərinə tədris ili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırıq (qiymətləndirmənin müddəti – 2 saat);

– IX sinif şagirdlərinə tədris ili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunacaq (qiymətləndirmənin müddəti – 3 saat).

Qeyd edək ki, sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir.

12 thoughts on ““Virtual məktəb”də fənlər üzrə qiymətləndirmə təşkil olunacaq”

  1. Salam menim övladim 4 cü sinifdir bu gün iştrak etdik ve sonda cavablarimizi tesdiq etdik. Amma neçə bal topladiģimizi görə bilmədik. Men necə öyrənə bilərəm?