“Virtual Məktəb “layihəsi başladı. Virtual məktəbdən şagirdlər necə qeydiyyatdan keçib istifadə edə bilərlər?

Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində “Virtual məktəb”  layihəsinə start verib. Belə ki, hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinifə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.

“Virtual məktəb”-ə qoşulmaq üçün www.virtual.edu.az saytına daxil olub qeydiyyatdan keçmək lazımdır. Şagirdlər bu platformadan qeydiyyatdan keçmək üçün valideynlərinin köməyindən istifadə edə bilər.

Qeydiyyat prosesi belədir:

  1. Yuxarıda qeyd etdiyimiz sayta daxil olun
  2. Qeydiyyatdan keçmək üçün aşağı hissəyə keçin
  3. Şagirdin FİN kodunu (Fərdi İdentifikasiya Nömrəsi) Bu şagirdin şəxsiyyət vəsiqəsinin üz hissəsində aşağı sağ tərəfdə yerləşir və 7 rəqəm və hərfdən ibarətdir.
  4. Doğum tarixini qeyd edin. (Şagirdin doğum tarixini) və daha sonra DAVAM ET düyməsini sıxın.
  5. Açılan xanada valideynin elektron poçt (e-mail) ünvanını yazın.

Sonuncu addımdan sonra yəni e-mail ünvanını yazdıqdan sonra valideyn e-mail ünvanını yoxlayır və e-mail ünvanına göndərilən məktubda “Qeydiyyatı tamamla” düyməsini sıxır. Bundan sonra Sizin e-mail ünvanınıza Virtual Məktəbə daxil olmaq üçün login və parol göndəriləcəkdir. Bu göndərilən login və parolu itirməmək üçün harasa qeyd edin. Daha sonra bu login və parol ilə Virtual Məktəbə daxil ola bilərsiniz. Login və parolu daxil edərkən kompyuterin klaviaturasının ingilis (EN) dilində olması mütləqdir.

Sistemə daxil odluqdan sonra şagird öz yaşına uyğun sinifə daxil olacaq. Burada dərslərinə uyğun teledərslərə baxa biləcək və müəllimlər tərəfindən hazırlanan müxtəlif tapşırıqları yerinə yetirə biləcəkdir. Tapşırıqları yerinə yetirmək üçün “Assignments” bölməsinə keçib müvafiq fənni seçib tapşırıq suallarına cavab vermək lazımdır.

“Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda  şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.

Qeyd edək ki, “Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portala daxil ola bilərlər.

Bundan əlavə uşaqlarınızın evdən ingilis dilini mükəmməl öyrənmələrini istəyirsinizsə CELT-in Onlayn İngilis dili dərslərinə qoşulun. Uşaqlarınızı Onlayn İngilis dili proqramına qeydiyyatdan keçirmək üçün bizimlə əlaqə saxlayın.

QEYD: Bu sayt Təhsil Nazirliyinin Virtual Məktəb saytı deyil. Zəhmət olmasa onunla əlaqədar Nazirliklə əlaqə saxlayın. Telefon: (+ 99412) 599-11-55 

206 thoughts on ““Virtual Məktəb “layihəsi başladı. Virtual məktəbdən şagirdlər necə qeydiyyatdan keçib istifadə edə bilərlər?”

  1. Mən müəlliməyəm qeydiyyatdan keçəndə ders dediyim məktəbi və ders dediyim sinifi qeyd etməmişəm.İndi teamsda komanda gəlmir .Nece edim komandam gelsin?

  2. Nuray