“Virtual məktəb”-də müəllimlərin qeydiyyatına start verilib. Məllimlər necə qeydiyyatdan keçməli?

Bildiyiniz kimi bir müddət əvvəl Təhsil Nazirliyi şagirdlər üçün “Virtual Məktəb” platformasını istifadəyə verilmişdir. Bu gündən etibarən “Virtual məktəb” portalında müəllimlər üçün açıq qeydiyyat imkanı yaradılıb.

Müəllimlər qeydiyyatdan keçmək üçün ilk mərhələdə “Virtual məktəb” portalında “Müəllim qeydiyyatı” bölməsini seçməli, şəxsiyyət vəsiqəsinin FİN kodu və doğum tarixini qeyd etməli, açılacaq növbəti pəncərədə elektron poçt ünvanı və əlaqə nömrəsini əlavə etdikdən sonra isə siniflərin seçimini həyata keçirməlidir.

Qeydiyyat prosesi bitdikdən sonra nə etməli?

Qeydiyyat prosesi tamamlandıqdan sonra Portalda “VİRTUAL MƏKTƏBƏ DAXİL OL” düyməsi sıxılmalıdır.

Bu zaman açılan pəncərədə qeydiyyat zamanı təqdim olunmuş istifadəçi adı (1234567@student.edu.az) müvafiq xanaya daxil edilərək Next (növbəti) düyməsi sıxılmalıdır.

Açılmış pəncərədə şifrəni qeyd etməklə Sign in düyməsi vasitəsilə hesaba daxil olmaq mümkündür.

Mobil telefon vasitəsilə proqramdan istifadə etmək üçün “Play Store” və ya “App store” proqramlarından birinə daxil olaraq “Microsoft Teams” mobil tətbiqini telefona yükləmək mümkündür.

Mobil tətbiq telefona yükləndikdən sonra Portala daxil olmaq üçün istifadəçi ona təqdim olunan istifadəçi adı və şifrəni eyni qaydada müvafiq xanalara qeyd etməlidir.

CELT Online ilə İngilis dilini evdən çıxmayaraq mükəmməl öyrənin. Ətraflı məlumat üçün bizə müraciət edin.

stifadəçi adı və şifrə daxil edilərək Portala daxil olduqda «TEAMS» menyusu açılır və istifadəçi özünün tədris etdiyi sinifləri görür. Əgər istifadəçi tədris etdiyi digər sinifləri ümumi siniflər içərisində görməzsə o zaman “Join and create team” bölməsi vasitəsilə dərs dediyi sinifləri öz səhifəsinə əlavə edə bilər. Bunun üçün açılan pəncərədə “Create team” düyməsi sıxılmalı, siyahıda görünən müvafiq siniflər işarələnərək “Choose group” düyməsi vasitəsilə səhifəyə əlavə edilməlidir.

Proqramda istifadə olunan dili dəyişmək üçün, Settings bölməsindəki Language bölməsindən istifadə edilə bilər (Qeyd: siyahıda Azərbaycan dili seçimi yoxdur).

İstifadəçi tədris etdiyi hər hansı bir virtual sinfə daxil olaraq General bölməsi vasitəsilə sistemin müxtəlif funksiyalarından istifadə edə bilər.

General bölməsinin alt bölmələri:

  1. Post bölməsi vasitəsilə istifadəçi müxtəlif paylaşımlar edə bilər. Bu bölmənin ən vacib imkanlarından biri həmin sinif şagirdləri ilə video zənglərin təşkil edilməsidir.

MS Teams platformasında bir neçə bölmə vasitəsilə videozəng prosesini reallaşdırmaq mümkündür:

Posts bölməsində aşağıda kamera işarəsindən istifadə etməklə. Bunun üçün istifadəçi səhifənin aşağısında yerləşən kamera düyməsini sıxmalıdır.

Calendar menyusunda yerləşən “Meet now” və ya “New meeting” bölməsində istifadə etməklə də video zəngi təşkil etmək mümkündür.

Müvafiq düymə sıxıldıqdan sonra açılmış pəncərədə görüşün mövzusunu və digər lazımi məlumatları qeyd edərək “Meet now” düyməsi vasitəsilə video zəngə başlanıla bilər.

“Meet now” düyməsi sıxıldıqdan sonra video zəng başlanır. İstifadəçi “İnvite someone” bölməsi vasitəsilə qrup üzvlərini video görüşə dəvət edə bilər.

Video zəng zamanı qeyd olunan funksiyalardan istifadə etmək mümkündür:

  • səs və görüntünü aktivləşdirmək,
  • ekranı paylaşmaq,
  • müxtəlif qeydlər etmək,
  • müzakirə etmək (çat) və digər

Stop düyməsindən istifadə etməklə videozəngi bitirmək mümkündür.Files alt bölməsi vasitəsilə istifadəçi səhifəyə lazımi tədris vəsaitləri və digər sənədləri əlavə edilə bilər.

2. Assignments alt bölməsi vasitəsilə şagirdlər üçün onlayn testlər təşkil etmək mümkündür. Assignments alt bölməsindəki CREATE > QUIZ funksiyası vasitəsilə şagirdlər üçün müxtəlif tipli suallardan ibarət onlayn testlər hazırlana bilər.

3. Grades alt bölməsi vasitəsilə isə şagirdlər üçün müəyyən edilmiş test tapşırıqlarının nəticələrini izləmək mümkündür.

Müəllimlər üçün “Virtual məktəb” portalında qeydiyyat könüllü xarakter daşıyır.

Qeyd edək ki, layihə üzrə qeydiyyat yalnız virtual.edu.az portalı vasitəsilə aparılır. Hər hansı digər mənbə və ya formalarda aparılan qeydiyyatların “Virtual məktəb” layihəsi ilə əlaqəsi yoxdur. Müəllimlərdən şəxsi məlumatlarını digər mənbələrə ötürməmək tövsiyə olunur.

12 thoughts on ““Virtual məktəb”-də müəllimlərin qeydiyyatına start verilib. Məllimlər necə qeydiyyatdan keçməli?”

    1. Salam. Biz sadəcə kömək məqsədi ilə blog yazmışıq. Təhsil Nazirliyin öz kömək edən komandası var. Məncə onlarla əlaqə saxlamalısınız.

  1. Xahis edirem komek edin.Oglumu kecirde bilmirem yazilir Fin Kod tapilmadi defelerle eleyirem alinmir.146 nomreyede yigiram yatiblar goturmurler telefonu(((

  2. Mənə kömək edin.Mən qeydiyyatdan kecmişəm.İndi düşə bilmirəm.Cavab gəlir ki,sizin fin kodunuz təhsil nazirliyinində qeydə alınmayıb.

  3. Sinifler sehv qeyd olunubsa nece deyismek olar ve qeydiyyatdan kecerken rehber oldugu sinif yaxud butun ders dediyi sinifler qeyd olunmalidir?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next