Nə üçün yaş ötdükcə insan üçün Vaxt daha sürətlə gedir?

İnsan ömrü zamandan asılı bir amildir. Lakin insan müəyyən yaş dövrünü keçdikcə sanki vaxt onun üçün daha sürətli getməyə başlayır.

Bu proses doğurdanda belədir yoxsa necə?

Alimlərin fərziyəsinə görə zaman qavrayışı bir zaman intervalında beyin tərəfindən emal olunan obrazların sayndan asılıdır. Bu göstəriciyə gənc və daha sonra qocalan orqanizmdə iki proses təsir edir. Məsələn çoxunuz fikir verib ki, yaş artdıqca vaxt zaman daha tez getməyə başlayır. Bizlər nələrəsə vaxt çatdıra bilmirik, işlərimizi icra edərkən vaxtın tez getdiyindən şikayət edirik.  Lakin uşaq olarkən günlər sonsuz kimi gəlir və həmin vaxtda insanda çoxlu sayda yeni təəssüratlar olur və bu təsüratların hər birini yaşamağa vaxtımız olur. 

Məşhur Amerikalı fizik Adrian Bejan-ın nəzəriyyəsinə əsasən bu fenomenin izahını bizim sinir sistemimizin quruluşunda axtarmaq lazımdır. O nəzəriyyəsində qeyd edib ki, insanın böyümə prosesi zamanı onun sinir sistemindəki əlaqələr daha qəliz və genişləndirilmiş olurlar. Bu isə o deməkdir ki, sinir impulslarının hissiyat orqanlarından şüura çatması üçün daha çox zaman lazım olur.

İnsan qocalan zaman onun neyronları tənəzzülə uğrayır. Bu isə elektrik siqnallarının sürətlərinin aşağı düşməsinə əlavə təsir göstərir. Nəticədə cavan insanların yaşadıqları müəyyən zaman intervalının eynisini yaşayan qoca insanlar daha az sayda yeni obrazlar əldə edirlər. Bu isə zamanın sürətlənməsi kimi anlaşılır. Adrian Bejan-ın fikrincə bu nəzəriyyənin dolayı sübutu kimi gözlərin hərəkət sürətini misal gətirmək olar. Körpələrin gözləri böyük yaşlı insanların gözlərindən fərqli olaraq daha sürətlə hərəkət edirlər. Alimin fikrincə ola bilsin ki məhz buna görə yenicə doğulmuş uşaq bir zaman intervalında daha çox məlumatı emal edir.

Bundan əlavə insanın beynində məlumat alma və yeni məlumatları emal etmə prosesi zamanla daha az çalışmağa başlayır. Bir növ zamanın hərəkəti ilə beynin işləmə prosesi yaş ötdükcə tərsmütansibləşir. İnsan qısa zamanda daha tez düşünmə və ya ətrafında baş verən hadisələrə daha tez reaksiya vermək əvəzinə daha gec reaksiya verir. 

Təhsil almaq istəyən insanların yaş həddi ilə biz fərqləndirsək onda da görərik ki, müxtəlif yaş qruplarında insanların təhsilə yanaşması tam başqadır. Məsələn gənc bir insanla orta yaşlı insanın təhsilə həvəsi, qavrayışı  daha fərqli olur. Gənc üçün bir neçə saniyəlik olan proses bir qədər yaşlı insan üçün bu bir neçə dəqiqə və hətda bir neçə saata qədər çəkə bilir. 

Yuxarıda alimin qeyd etdiyi nəzəriyyəyə bir misalı da əlavə etmək olar. İnsanın uşaq olarkən və ya gənc olarkən həyata baxışı və davranışı onun üçün vaxtın zamanın daha gec hərəkət etməsinə zərurət yaradır. Bəlkə də insan Həyata yeni atılarkən və ya həyatı yeni-yeni anlamağa başlarkən onun beynində vaxtın daha çox olması düşüncəsi onun şüuraltı düşüncəsindən asılı prosesdir. Məsələn necə ki, insan 15-20 yaşlarında düşünür ki, o hər zaman elə belə qalacaq. Yəni onun üçün zaman qavramı və onun sürətlə getməsi heç bir anlam daşımır. Müəyyən yaş həddində isə bu çox böyük anlam daşıyır. Necəki orta yaşlarda  insan arxasina çevrilib uşaqlıq və gənclik illərinə nəzər saldıqda ötürdüyü vaxtı zamanı necə boşa keçirdiyini anlayır. Buradan nəticə çıxarmaq olar ki, vaxt zaman anlayışı insanın həyatı öyrənməsindən və yaşama müddətindən aslıdır. 

Bir məsələ var: “Oxumaq heç vaxt gec deyil…” Bəzi insanlar üçün oxumağın, təhsil almağın gec olması düşüncəsi elə onun vaxtının tez getməsi düşüncəsindən irəli gəlir. Sanki insan düşünür ki, onun təhsilə oxumağa vaxtı yoxdur. O düşünür ki, təhsil alıb oxuyub ona vaxt sərf etmək əvəzinə vaxtını başqa şeylərə, məsələn ailəyə və ya işə sərf etsə daha yaxşı olar…

Biz bəzən düşünür ki, vaxtın getdiyini anlamırıq və ya ömrümüzün hər an getdiyini dərk etmirik. Əslində belə deyil, biz anlayırıq şüuraltı olaraq… Lakin bunu özümüzə qəbul etdirə bilmirik. Ona görə beynimiz biz qəbul etməsək də vaxtın getdiyini anlayır və ona uyğun hərəkət etməyə çalışır. 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next