VAXT itkisi ,pul itkisindən də acıdır…

“Vaxt qızldır” – İnsan ömrü vaxt etalonun ilə ölçülür. Lakin nədənsə bizlər bunu heç vaxt yadımıza salmırıq. Ömrümüzü idarə edən saniyələri dəqiqələri dəyərləndirmədən itiririk. İnsan günlər, aylar, illər keçdikcə yaşlaşır, lakin insan bunu bilə-bilə hər zaman gələcək zamandan, vaxtdan çox böyük ümid gözləyir. İnsanlar hər zaman “bu gün yaxşıdır”, “indi yaxşıdır” yox, “sabah yaxşı olacaq”, “inşallah yaxşı olacaq” devizi ilə yaşayır və hər şey yaxşı olduqda belə yenə “yaxşı olacaq” düşüncəsi ilə yaşayırlar. Nədən? Niyə? Bu sualları çox gətirə bilərik. Lakin bu gün ümumilikdə vaxtin dəyərindən və vaxtın idarə edilməsindən danışmaq istəyirəm. Mənim hər zaman müşahidə etdiyim və hər zaman ətrafımda gördüyüm ən qlobal bir problem var : VAXT QITLIĞI…

Deyə bilərsiniz ki, bundan böyük problemlərdə var. Amma yaxşı düşünsəniz görərsiniz ki, elə bütün problemlərin ən böyükü məhz elə bu “vaxt qıtlığından” irəli gəlir.

Məsələn: Bir insan avtoqəzada ağır yaralanıb və bir nəfər dərhal təcili tibbi yardım zəng edir. Təcili tibbi yardım maşını tıxaca düşdüyündən qəza yerinə gəlib çata bilmir. Bu yararılının da belə yarası çox ağır olduğundan onun belə olaraq 15-20 dəqiqə yaşama ehtimalı var və təcili tibbi yardım maşını 2-3 dəqiqə gecikdiyindən, həmin yaralı vəfat edir. Ümumi baxdıqda bu insanın ölümünə səbəb avtoqəzadır. Lakin bu yuxarıda qeyd etdiyimə yaxşı nəzər salsanız görərsiniz ki, onun vəfatının səbəbi vaxt qıtlığıdır, o vaxt ki, onu təcili tibbi yardım briqadası tıxacda itirdi…

Ümumilikdə hər bir məsələnin, yaranan problemləri vaxtla zamanla həll etmək olur. Bunu yəqin hər birinizi bilirsiniz. Belə bir deyimdə var:” Zaman hər şeyi həll edir.”

Deməli keçdik əsas məsələyə vaxtımızın idarə edilməsi və ümumilikdə vaxtımızı necə idarə edə bilərik bu haqda danışaq…

Məsələn: Mən ali məkətəbə hazırlaşıram və bununla bərabər ingilis dilini öyrənirəm. Kurslara, məktəbə getdikdə çox vaxtım yollarda itir və bu səbəbdən mən dərslərimi yaxşı hazırlaşa və ingilis dilini yaxşı öyrənə bilmirəm. Burda mənim iki problemim var.

  1. Yollarda yəni avtobusda, metroda ümumilikdə yol gedərkən itirdiyim vaxt
  2. Ümumilikdə vaxtımı idarə edə bilməməyim.

Bildiyiniz kimi artıq Time Management (Vaxtın idarə edilməsi) adlı bir elmi sahə vardır ki, bu sahənin əsas məqsədi insanların vaxtlarını düzgün və səmərəli idarə etməsinə kömək etmək və insanların vaxt etalonuna yönəltdiyi diqqəti daha da artırmaqdır. Bu sahəni nəzərə alaraq və ümumilikdə yuxarıda qeyd etdiyim mənim şərti problemlərimin həlli günümün bölgüsü və bu bölgünün düzgün aparılmaması səbəbindən irəli gəlir. Belə deyək, hər bir işçi hər gün səhər saat 9-da işə başlayır və axşam saat 6-da işdən çıxır. Bunu həmin işçi hər gün təkrarlayır və bu qayda onun beynində ümumi qayda olaraq formalaşır ki, o bunu hər gün belə etməli olduğunu bilir və qəbul edir. Əgər hər hansı bir müəyyən səbəblərdən iş vaxtı ərzində həll etməli olduğu müəyyən məsələləri həll etmək üçün rəhbərlikdən icazə alır və işdən çıxıb həmin məsələnin yaxud da işin ardınca gedir və işdən çıxdıqda yarıda qoyduğu işi sabah hansısa vaxtda həll edəcəyini müəyyənləşdirir.

Deməli burada bizə iki məsələ aydınlaşdı:

  1. İş vaxtını  tamamlamamış bitirib digər məsələni həll etmək üçün rəhbərdən icazə almağın lazımlı olduğu.
  2. İşdən icazə alma səbəbindən yarımçıq qoyduğu işi sabah müəyyən vaxtda həll edəcəyini müəyyənləşdiməli olduğunu.

Burdan o qənaətə gəlmək olar ki, ümumilikdə biz insanların hər birinin həyatı bizim üçün iş kimi olmalıdır. Yəni həyatımızda hər bir iş, məsələ müəyyən vaxt çərcivəsində olmalıdır və bir məsələni digər məsələyə görə yarımçıq qoymaq üçün özümüzdən icazə alıb yarımçıq qoyduğumuz işi nə zaman həll edəcəyimizi əvvəldən müəyyənləşdirməliyik.

Bunları nəzərə alaraq yuxarıda şərti problemlərimin həlli yollarını yollunu tapdım.

Həll : Planlı yaşama və bizə istifadəsi mümkün olmayan vaxtlarmızda (avtobusda gedərkən, yolda gedərkən, hər hansı dostla tanışla görüşərkən TV-ə baxarkən və s)  necə istifadə etməmizin yollarını tapmaqdır.

Yuxarıda qeyd olunanları oxuyub, düşünüb yuxarıda qeyd etdiyim şərti problemimin həllini belə tapdım.

  1. Gündəlik dərslərin, kursların vaxtlarını müəyyən qeyd kitabçasına və yaxud mobil telefona, kompyuterə qeyd etmək
  2. Ümumilikdə hər gün yollarda itirdiyim vaxtı müəyyən edib orta məxrəcli vaxt müəyən etmək. ( məs: hər gün avtobusda, metorda 3 saat vaxt itirirəm. Bu vaxtdan avtobusa yaxud metroya getmək, telefonla danışma və s. müəyyənləşdirib həmin 3 saatdan çıxıram və yerdə qalan vaxtı müəyyən edirəm)
  3. Müəyyən olunan vaxtı hansı sahəyə istifadə edə bilməyini müəyyənləşdirmə. (məsələn: avtobusda olarkən ingilis dili dərslərini hazırlaşmaq, kitab oxumaq yaxud ingilis dili dərsinə aid olan dinləmələri dinləmək, çalışmaları həll etmək və s)
  4. Əyləncəyə, TV-ə baxmağa sərf etdiyin vaxtı müəyyən edib onu digər məsələrə ayırdığım vaxtdan çox yaxud az olduğu baxımından bölüşdürüb dəqiqləşdirmək və lazım gəldikdə bu vaxtın digər vacib olan məsələlərin həllinə sərf etməyi öncədən planlaşdırmaq.

Göründüyü kimi, vaxtı idarə etmək və vaxt qıtlığından əziyyət çəkməmək üçün onu dəqiqləşdirib, planlı şəkildə dəyərləndirmək lazımdır. Bəzən olur ki, vaxtımızı sadəcə gözləməyə və xəyallar qurmağa sərf edirik. Bu vaxt bizə xoş olur, çünki gözəl xəyallar və gözəl gözləntilər bizi ruhlandırır. Lakin biz anlamırıq ki, bu xoş olan vaxt nə vaxtsa bitir və bundan sonra görürük ki, bu xəyallar qurmağa və gözləməyə sərf etdiyimiz vaxtdan istifadə etsəydik xəyalını qurduğumuz və gözlədiyimiz çoxdan reallıq olmuşdur.

Odur ki, vaxtınızın qədrini bilin ki, sonradan peşman olmayasınız.

Elə edin ki, pulunuzu itirməniz sizə necə pis təsir edirsə, vaxtınızı itirməkdə elə təsir etsin.  Çünki vaxt çox dəyərlidir!  Unutmayın pul nəvaxtsa qayıtsa da, vaxt heç vaxt qayıtmır.

Hələlik vaxt haqqında bu qədər…

Ardını gözləyin…

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.