Üzr istəməyə cəsarəti olmayan “Savadlı və ağır Paşinyan”

Ötən günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan BBC televiziyasının “HARDTalk” proqramında yenidən özünü rüsvay edib. Bu mövzuya toxunmaqda məqsədimiz informasiya müharibəsində düşmənimiz olan ermənilərə mübarizədə üstün olduğumuzu sübüt etməkdir.

Təhsilli olmaq – Yalnız hər hansı universitetdə təhsil alıb həmin universitetin diplomuna sahib olmaq deyildir. Təhsilli olmaq fəaliyyət göstərdiyin sahədə və yaxud sahib olduğun peşə və həmçinin tutduğun vəzifə üzrə peşəkar olmaq və inkişafyönümlü olmaqdır. Əgər bir şəxs bir dövlətin simasıdırsa və yaxud həmin dövlətin yüksək rütbəli təmsilçisidirsə, o şəxsin savadsız və məntiqsiz olması böyük fəlakətdən başqa bir şey deyil. Ermənistanın Baş Naziri Paşinyan elə Ermənistanın ən böyük fəlakətidir desək yanılmarıq. O BBC telekanalında yayımlana “HARDTalk” proqramında jurnalistin verdiyi səlis məntiqli sualları cavablayarkən danışığı və suallardan yayınması ilə nə qədər savadsız və səriştəsiz olduğunu təmsil etdiyi erməni xalqı ilə yanaşı bütün dünyaya sübut etdi və ermənilər üçün əsl fəlakət olduğunu bir daha göstərdi.

Gəlin görək 30 dəqiqə ərzində nə baş verdi!?

 BBC kanalında yayımlanan “HardTalk” verilişinin əvvəlində aparıcının “Artıq böyük ümidlərlə hakimiyyətə gəldiyiniz “böyük məxməri inqilab” adlanan inqilabdan iki il ötür. Mən bu gün Ermənistana baxanda görürəm ki, ermənilərin artıq ümidləri puç olub. Səhv nədə oldu?” sualına cavabında Nikol Paşınyan öz ənənəvi ampluasına sadiq qalaraq xəyal etdiyi, heç özünün də inanmadığı “nailiyyətlərdən”, adını da çəkmədiyi beynəlxalq reytinqlərdə qazanılan “uğurlardan” danışdı.

Müsahibə zamanı aparıcı Stephen Sackurun “Ancaq hərəkətlər sözlərdən daha güclü danışır cənab Baş nazir. İyulun ortalarında gördük ki, Ermənistan Silahlı Qüvvələri münaqişə xətti boyunca kəndləri atəşə tutur, azərbaycanlıların dediyinə görə, 76 yaşlı mülki şəxs öldürülür və nəticədə qisasa-qisas atəşi açılır və nəticədə geniş döyüşlər baş verir. Bir daha qeyd edirəm ki, sizin siyasətiniz sülhə nail olmaq məqsədi üzərində qurulmuş kimi görünmür.” sualına Paşinyan  cavabında döyüşləri Azərbaycanın üzərinə atsa da aparıcının “Mən bu döyüşləri kimin başladığını deyə bilmərəm, amma onu deyə bilərəm ki, siz bir ay ərzində bir-birinin ardınca Dağlıq Qarabağda gərginliyi artıran ciddi təhrikedici addımlar atmısınız. Məsələn, niyə keçən ilin avqustunda Dağlıq Qarabağda Stepanakertə getdiniz və çıxışınızda “Artsax, – siz Dağlıq Qarabağı belə adlandırırsınız – Ermənistandır, nöqtə” dediniz? Və bununla da imkan verdiniz ki, izdiham birləşmə kimi millətçi bir şüar səsləndirsin. Bu açıq-aşkar Azərbaycana qarşı provokasiya idi.”sözlərinin ardınca o yenidən qeyri-səlis danışığı və məntiqsiz cavabları ilə vəziyyətdən çıxmağa çalışdı. Lakin aparıcının suallarının ağırlığı daha da artmağa başladı və verilən ağır suallar qarşısında aciz qalan “Ağır Paşinyan” öz ampulasında vəziyyətdən çıxmağa başladı.

İnformasiya müharibəsində ermənilərə qalib gəlmək və nəinki Dağlıq Qarabağın və hətda İrəvanın bizim olduğunu sübut etmək istəyirsinizsə, gəlin savadlı və təhsilli olaq, tariximizi bilək! Siz Azərbaycanda və dünyanın istənilən əlçatmaz görünən ƏN YAXŞI universitetlərində təhsil alıb xalqımızı, dövlətimizi layiqincə təmsil edə bilərsiniz.

Cənab Baş nazir, biz sizin tarixinizin minillərini müzakirə edə bilmərik, ancaq bu günün reallıqlarına diqqət yetirə bilərik. BMT Baş Assambleyası, sizin də bildiyiniz kimi, qətnamə qəbul edib – sitat: “…bütün erməni qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən qeyd-şərtsiz çəkilməsini tələb edir”. Bu, BMT Baş Assambleyasının qətnaməsidir və beynəlxalq qanunlara görə, sizin qüvvələriniz işğal qüvvələridir. Siz də oraya gedərək, o ərazinin sizin olması barədə danışmağı seçdiniz. Açıq-aşkardır ki, siz sülhyaradıcı deyilsiniz.” – sualına isə yenidən Paşinyan öz yalanları ilə cavablamağa və münaqişədə Azərbaycan tərəfini günahlandırmağa başladı. Onun bu suala cavabı məktəbdə dava salan uşağın vəziyyətdən çıxması qədər aciz bir vəziyyətə oxşayırdı.

Müsahibə zamanı Paşinyanı sözün əsl mənasında pis vəziyyətə salan və onun əsl simasını nümayiş etdirən diskussiya isə bu oldu:


Stephen Sackur “Sizin mövqeyinizi başa düşürəm. Amma siz hakimiyyətə gəlməzdən öncə jurnalist, insan haqları müdafiəçisi olmusunuz və hətta siyasi məhbus kimi həbs yatmısınız. Yəni, insan haqlarına önəm verirsiniz. Mən bilmək istəyirəm, Azərbaycana əlinizi uzatmaq və sizdən əvvəlki liderlərdən fərqli olduğunuzu göstərmək üçün “keçmişdə, xüsusilə 1980-ci illərin sonları və 1990-cı illərin əvvəlində Ermənistan qüvvələri Dağlıq Qarabağda ciddi insan haqları pozuntularına yol veriblər, müharibə cinayətləri törədiblər” deməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəcilər həmin cinayətləri qeydə alıblar. Siz onları etiraf etməyə və “üzr istəyirik” deməyə hazırsınızmı?

Nikol Paşinyan –  “İstənilən müharibə faciələr zənciridir. Məhz buna görə deyirik ki, gəlin, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istənilən güc tətbiqi imkanlarından imtina edək. Hər hansı əmin-amanlıq kompromis deməkdir və Ermənistan həmişə kompromis getməyə hazır idi və indi də hazırdır.”

Stephen Sackur – “Mən sizə çox sadə sual verirəm, siz Ermənistan ordusu tərəfindən məsələn, Avropa İnsan Haqları Məhkəməsində siyahıya alınmış insan haqlarının pozulması hallarına görə barışma ruhunda “üzr istəyirəm” deyəcəksinizmi? Siz “üzr istəyirəm” deyəcəksinizmi?”

Nikol Paşinyan – “Avropa Məhkəməsinin azərbaycanlıların ermənilərə qarşı vəhşiliklərinə dair bənzər kataloqu var.”

Stephen Sackur – “Amma mən azərbaycanlılarla danışmıram, mən sizinlə danışıram.

Nikol Paşinyan – “İcazə verin sualınıza cavab verim. Və biz Sumqayıt hadisələrini də qeyd etməliyik. Bu, 1980-ci illərin sonlarına aiddir ki, Azərbaycan hökuməti və azərbaycanlılar, paytaxt Bakıda, Sumqayıt şəhərində ermənilərə qarşı poqromlar törədiblər. Məsələ budur.

Stephen Sackur Mən sadəcə bilmək istəyirdim ki, siz Ermənistan qüvvələri tərəfindən törədilmiş insan haqları pozuntuları üçün üzr istəməyə hazırsınızmı? Bu ki, çox sadədir – Bəli və ya Xeyr.

Nikol Paşinyan – “Bu vəhşiliklərin kimin törətdiyini sübut etmək lazımdır və düşünürəm ki, Dağlıq Qarabağ erməniləri və Azərbaycan qurbanlardır və biz bunu isbat edə bilərik. Bütün hallarda, istənilən vaxt.

Bu diskussiyadan da görünüdüyü kimi faşist ideologiyasına xidmət edən Nikol Paşinyan Azərbaycan xalqından üzr istəyəcək qədər cəsarətə və keyfiyyətə sahib biri deyildir. Onun bu müsahibədə “ağır”, “savadlı” və “sülhpərvər lider” siması bir neçə ağır və məntiqli suallara dözməyərək darmadağın oldu. O bir daha özünün və təmsil etdiyi xalqın nə qədər cılız, işğalçı olduğunu və özünün nə qədər savadsız, səriştəsiz və məntiqsiz biri olduğunu göstərdi.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next