Universitetlərə qəbul olmaq istəyən subbakalavrların nəzərinə!

Aldığımız məlumata əsasən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1557 elektron ərizə sahibləri öz ərizələrini hələlik təsdiq etməyiblər. Bu səbəblə ərizələrin təsdiq müddəti 14 iyul saat 23:59 – dək tarixinədək uzadılıb.

Qeyd edək ki, subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndərilir. Bundan sonra tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməlidir.

CELT Beynəlxalq Məktəbi (CBM) Azərbaycanda ilk dəfə yuxarı sinif şagirdləri üçün (9,10,11 və 12-ci sinif)  və həmçinin orta məktəbi bitirən şəxslər üçün Kanadanın Təhsil Naziriyi tərəfindən tanınan və beynəlxalq dərəcədə akreditə olunmuş Kanada məktəblərində təhsil almaq imkanı yaradır. Ətraflı məlumat üçün bizə yazın.

Hazırda sorğu verənlərin bir hissəsinin məlumatları orta ixtisas təhsili müəssisələri tərəfindən sistemə daxil edilmədiyindən və bununla bağlı subbakalavrlar tərəfindən DİM-ə edilən müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların əri­zələrinin qəbulu uzadılıb.

Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq göndərilir.

Subbakalavr “Şəxsi kabinet”ində göstərilən mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

“SMS” xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

Qeyd olunan tarixədək ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next