Universitetə müraciət edərkən etməli və etməməli olduğunuz şeylər

Universitetə sənəd göndərən tələbələr üçün qəbul prosesini bir qədər asanlaşdırmağa yarayacaq bir neçə sadə qayda var.

Bunlardan ən birincisi odur ki, kütləni izləməyin, özünüzə ən uyğun ixtisası müəyyənləşdirin. Əksəriyyət bu və ya digər ixtisasa yönəlibsə siz də bu səbəbdən seçiminizi ondan yana etməyin.

Universitet reytinqlərini araşdırın. Əksər hallarda reytinq siyahıları şərti məlumatlar təklif etsə də, seçim arealını daraltmaq üçün bu siyahılara müraciət etmək yaxşı qərardır.

Seçdiyiniz bir və ya bir neçə universitet ilə mütəmadi əlaqədə olun. Universitetin keçirəcəyi açıq-qapı günləri, vebinarlar, təqdimatları daima izləyin və mümkün olduqca qatılmağa çalışın. Bu kimi tədbirlərin köməyi ilə bir neçə universiteti eyni zamanda müqayisə etmək imkanı yaranır. Hazırki vəziyyətdə isə əksər universitetlər onlayn açıq-qapı günləri və vebinarlar keçirir. Evdə oturaraq tədbirlərə qatılmaq üçün bu yaxşı fürsətdir. Bununla yanaşı əksər universitetlər daima virtual turlar təklif edir.

Çox erkən müraciət etməyin. Yox…biz sizə sənəd göndərimini son dəqiqəyə saxlamağı tövsiyyə etmirik. Sadəcə olaraq daha yaxşı və dəqiq qərara gəlmək və eyni zamanda, bütün sənədləri hazırlamaq üçün bir qədər daha çox vaxta ehtiyac olur.

Müraciət formunu diqqətlə nəzərdən keçirin. Nəzərə alsaq ki, sizdən başqa da bir xeyli müraciət edən var, bunun üçün müraciət formunu diqqətlə doldurmağınız sizin xeyrinizə olacaq. Həm formun özündə, həm də CV-nizdə qeyd etdiyiniz məlumatları diqqətlə nəzərdən keçirin. Yazdığınız detallar həm sizi başqalarından bir qədər də olsa fərqləndirməli və həm də sizin arzuedilən kanditat olduğunuza inam yaratmalıdır. Hazırladıqdan sonra həm özünüz, həm də bir tanışınızla formu yenidən nəzərdən keçirə bilərsiniz.

Müraciət formunu hazırlayarkən bir qədər spesifik olmağa çalışın. Qəbul komitəsinin üzvləri sizi görmədən sizin haqqınızda müəyyən təəssüratlara malik olmaq istəyir. Bunun üçün siz hamının yazdıqlarına deyil, sizi əks etdirən nüanslara yer verməlisiniz.

Qeydiyyat üçün qoyulan son vaxta diqqət edin, əgər sənəd qəbulunun vaxtının qaçırsanız cari il üçün bir daha şansınız olmaya bilər.

Sənədləri yükləməzdən əvvəl bütün sənədlərinizin hazır olduğuna əmin olun. Sənədlərin hamısının elektron formalarını əvvəlcədən hazır edin ki, yükləmə zamanı problem yaşamayasınız.

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012-496-45-76

050-588-15-18

2 thoughts on “Universitetə müraciət edərkən etməli və etməməli olduğunuz şeylər”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.