Uğurlu tərcüməçiniz ( Talking Translator/Dictionary)

Bu gün Sizə mən MobiApp kateqoriyasından ilk bloqumuz təqdim edirəm. Bu bloq Android əməliyyat sistemli mobil telefonlarda (Samsung, HTC , Sony smartfonları və s.)  istifadə üçün çox əlverişli tərcümə proqramına həsr olunur. Bu proqram GREENLİFE APPS tərəfindən hazırlanmışdır. Bu proqramı digər proqramdan fərqləndirən üstünlük ondan ibarətdir ki, digər tərcüməçi ( google translate və digər) proqramlardan daha yaxşı və qrammatik cəhətdən daha düzgün tərcümə edir. Bundan başqa bu proqramda demək olar ki, dünyanın bütün dilləri mövcuddur və bu dillər bu proqramda coğrafi yerləşməyə əsasən bölünmüşdür. Bu proqramda özəl bir xüsusiyyəti vardır. Məsələn Siz rus dilindən ingilis dilinə hər hansı mətni tərcümə etdikdə həmin mətni həm rus şrifti ilə, həm də ingilis şriftilə də tərcüməsini görəcəksiniz.. Yəni bu krill (rus əlifbasını) bilməyənlərə bir növ köməkdir ki, onlar bu tərcüməni latın əlifbası ilə rahat oxuyacaqlar. Mən özüm hal – hazırda bu proqramın free versiyasından istifadə edirəm və çox razıyam. Lakin bu proqramın premium versiyası (Talking Translator Pro)  vardır ki, free versiyasından fərqi odur ki, elektorn poçtunuza gələn məktubları, telefonunuza daxil olan smsləri (facebook və twitter) tərcümə edir. Bu proqramın premium versiyası qiyməti 2.99 dollardır.

Bundan başqa bu proqramın daha bir özəlliyi var ki, bütün tərcümə apardığınız mətnlər proqramın yaddaşında qalır. Yəni Siz istənilən vaxt bu proqramın “History” bölümünə daxil olaraq tərcümə etdiyiniz bütün mətnlərin tarixcəsini görə bilərsiniz. Bundan başqa bu proqramda yazmadan müvafiq “speak” düyməsini vurmaqla danışıb həmin danışığınızın tərcüməsini əldə etmək mümkündür. Bunun üçün danışacağınız dili aşağıdakı dil menyusundan seçməlisiniz.

“Listen” düyməsi ilə isə tərcümə olunan mətnin səslənməsini dinləyə bilərsiniz.

Əgər Siz də Android (4.0.0 və daha yüksək) əməliyyat sistemli mobil telefondan istifadə edisrinizsə, o zaman bu aplikasiyanı telefonunuza yükləyin və yararlanın. Bu Sizə bizim Celt Colleges Şirkətinin ingilis dili kurslarında əldə etdiyiniz yüksək dil biliklərinizi daha da inkişaf etdirəcəksiniz və digər bilmədiyiniz dillərdə olan mətnləri daha rahat və digər tərcümə proqramlardan daha mükəmməl formada tərcümə edəcəksiniz. Odur ki, bu proqramdan yararlanmaq üçün PlayMarketdən free və ya premium versiyanı yükləyin. İOS, RİM və digər əməliyyat sistemlərində bu proqramın işləyib işləməməsi haqqındada da məlumat öyrənib Sizləri məlumatlandıracağam.

MobiApp kateqoriyasından ilk bloqumuz bu qədər… Ümid edirəm bəyəndiniz.

Xüsusi endirim kodu 000021

Bu kodu media@celt.az ilk göndərən şəxs Celt Colleges Şirkətinin ingilis dili kursuna 10%-dək endirim qazanır ( ilk ay)

2 thoughts on “Uğurlu tərcüməçiniz ( Talking Translator/Dictionary)”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next