“Ucuz ətin şorbası olmaz” – Ucuz kurslara aldanmayın!

Bir neçə gün bundan əvvəl Celt Colleges Təhsil və Tədris Mərkəzində  ingilis dili kurslarının neçə keçməsini araşdırmaq və ümumiyyətlə bu kursların digər kurslardan fərqinə aydınlıq gətirmək istəyi ilə kursda müşhaidəçi qismində oldum. Əslində əvvəl elə hesab etdim ki, sadəcə adi bir kursda iştirak edəcəyəm. Lakin kursda olduğum ilk anlardan bu hiss tamamilə yox oldu. Qeyd edim ki, kursda 4 nəfər iştirak edirdi və müşahidəçi qismində əyləşdiyimdən hər bir xırdalığa diqqətlə yanaşırdım. Məni ilk  cəlb edən ümumi kursda müəllim və tələbə arasındakı münasibət oldu. Əgər  insanın bir-biri ilə münasibətlərində (müəllim- tələbə, tələbə- müəllim fərq etməz) bir-birini anlama, bir-biri ilə yalnız münasibətdə olma səbəbindən və  münasibətin yalnız bu səbəb üzərində qurulması, gözəl köklənməsi tələbə və müəllimin əldə etmək istədikləri nəticəni daha mükəmməl formada olmasına zərurət yaradırdı. Yəni əgər dərs zamanı müəllim və tələbə münasibətlərinin dərs çərcivəsində olması və bu çərçivədən çıxılmaması, tələbənin sırf dərslərini qavrama qabiliyyətini, müəllimin isə dərsi çatdırma qabiliyyətini daha yaxşı formada inkişaf etdirir.

Mən özüm müxtəlif ingilis dili kurslarına getmişəm. Həmin kurslarda tələbə qismində olsamda hər zaman müəllimim dərs keçmə və dərsi çatdırma qabiliyyətinə, ümumilikdə müəllimin dərs keçməyə istəkli olub – olmaması ilk diqqətimi çəkən amillərdən olub. Çox zaman ilk dərslərə gəldikdə bu kursdan əldə edəcəyim nəticəni əvvəlcədən bilmişəm. Məhz buna görə də çox kurslar dəyişmişəm.

Celtdə kursda olduğum müddətdə müəllimənin dərs keçmə və dərsi çatdırma qabiliyyəti və ümumilikdə müəllimənin dərs keçmək istəyinin necə olduğunu anlaya bildim. Düzü mənə çox gözəl təsir bağışlayan müəllimənin hər tələbəyə sual verərək keçdiyi mövzunu anlayıb-anlamamağını öyrənmək istəyi idi ki, tələbə mövzunu anlamadığı tədqirdə ona çox gözəl formada və ürəydən gələn istəklə yenidən çatdırırdı.

Qeyd edim ki, müəllimədən dərslik barədə də məlumat aldım. “New English File” dərsliyi Oxford University Press -ə aid dərslikdir. Dərsliyin üstünlükləri çoxdur. Dərslik əsasən daha qısa müddətdə daha yüksək nəticələr əldə etməyə imkan verir, bu da dil biliklırinə daha asan və rahat yolla inkişaf etdirməsinə səbəb olur.

Qeyd edim ki, Celt-də kurslar qrup şəklində  və individual olaraq keçirilir. Həftə də 3 dəfə olmaqla, kursları 90 dəqiqə dərs üzərində çalışma (yeni sözlər, mətn üzərində müzakirələr, ev tapşırığının yoxlanılması, keçmiş dərsin təkrarı , yeni dərs, audio dinləmə) və 60 dəqiqə isə praktika və ya ingilis dilində filmlərin izlənməsi təşkil edir. Bildiyiniz kimi, dilə mükəmməl sahib olmaq, dili qavramaq (listening) ilə danışmaq (speaking)bir-birini  50/50-ə tamamlamalıdır. Celt-də yaradılan bu imkan yəni dərsdən sonra filmlərin izlənməsi və praktika dili qavramaq qabiliyyətini (listening) inkişaf etdirir. Beləliklə Siz hər dərs həm dil biliklərinizi, həm də dili qavramaq biliklərinizi inkişaf etdirirsiniz. Düzü mən bu cür dərs metodunu mən heç bir kursda görməmişəm və ingilis dili kursları axtaran zaman məhz belə bir metodla işləyən kursların olduğunu eşitməmişdim. Lakin ilk dəfə olaraq bu metodu Celt-də gördüm və düzü bu metodun digər metodlardan daha əlverişli və daha mükəmməl olduğunu hesab edirəm. Çünki, belə baxdıqa insan özü də hər hansı bir filmi tapıb evdə baxa bilər. Amma kurs keçdiyi yerdə filmə hər dəfə baxdıqda və onda yaranan suallarla müəllimə yaxınlaşıb nəsə öyrəndikdə bu daha gözəl və effektivdir. Bu da Celt-in üstünlüklərindəndir.

“Ucuz ətin şorbası olmaz” – Bu atalar məsəlini ona görə bu bloqa ad olaraq təyin etdim ki, Sizlərə əsl məqsədimi çatdıra bilim. Mənim məqsədim real yanaşmaq və real müşahidələrimi ortaya qoymaq idi. Həyatım boyu bu məsəlin düz olduğuna dəfələrlə rast gəlmişəm. Bu atalar məsəlinin hikməti ondan ibarətdir ki, insan hər hansı bir məhsulu və ya nəyisə ucuz qiymətə aldıqda qazandığını hesab etsədə, əslində o uduzur. Çünki qazandığını zənn etdiyi məhsul onu bir neçə dəfə, bəlkə də daha çox ziyana düşməsinə səbəb olur. Məsələn mənim müxtəlif kursları dəyişməyimin səbəbi elə” şorbası olmayan ucuz ətlər”olub ki, hələ də mən ingilis dilini öyrənirəm.

Hər birinizə məsləhətim yox, tövsiyyəm odur ki, ucuz kurslara aldanıb, keyfiyyəti olmayan kurslara aldanıb vaxtınızı və pulunuzu boş yerə xərcləməyin. Pulu geri qaytarmaq , yenidən qazanmaq olur,amma vaxtı zamanı geri qaytarmaq olmur…

Əgər Sizin getdiyiniz kurslar Sizin dil öyrənmək həvəsinizi artırmaq əvəzinə, həvəsdən salırsa bu kurslara nəyinki getmək, heç vaxt sərf etməyə dəyməz.

Mən müşahidəçi qismində olduğumu kursda dərs deyən müəlliməyə də öz minnətdarlığımı bildirirəm. Həmin kursdan Sizlərə fotoları da təqdim edirəm. Qeyd edim ki, otaq kiçik olsada, o otaqda çox böyük  və gözəl aura vardı ki, insan özünü çox rahat hiss edirdi.
Uğurlar!Zamanın və vaxtın qədrini bilin!

Bizimlə olun 🙂

2 thoughts on ““Ucuz ətin şorbası olmaz” – Ucuz kurslara aldanmayın!”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe