Türkiyəyə təhsil almaq istəyən şagird və tələbələr hər il artır. Həm bakalavr, həm də magistr üzrə minlərlə insan Türkiyədə təhsil almağa üz tutur. Niye Türkiyə seçimi desək, səbəblər çoxdur. Biz bu məqaləmizdə sizə Türkiyədə təhsil almaq istəyən şəxslərin müraciət zamanı “nələrə diqqət etməlidir” sualına cavab tapmağa çalışacağıq.
Türkiyədə təhsil almaq istəyənlər artdıqca bu sahədə xidmət göstərən şirkətlər də artır. Amma bu şirkətlərin hamısı doğru məlumat vermir və ya insanları aldadır. Türkiyədə təhsil almaq üçün hansısa şirkətə müraciət edirsinizsə, mütləq şirkəti araşdırın, çünki sizə bir çox şirkət yalan vədlər verərək aldada bilər. Aşağıda diqqət edilməli nüanslara diqqət edək.
- Hər hansısa şirkət sizdən yüksək məbləğ tələb edərək mən sizi imtahansız reytinqli universitetlərə qəbul etdirərəm deyirsə, inanmayın. Bu tamamilə absurd fikirdir və belə bir şey mümkün deyil. Ödənişi edəcəksiniz birdə xəbərini olacaq ki, həmin şəxsi ya həbs ediblər, ya da ölkə xaricindədir. Bundan əlavə bəlkə də ola bilər elə bir universitetə salacaq ki, sizin istəmədiyiniz bir universitet olacaq.
- Çalışın hazırlıqlara ən gec 9-cu sinifdən başlayın. Bu həm sizin reytinqli universitetlərə qəbulunuza zəmanət olacaq, həm də təqaüd qazanma şansınızı yüksəldəcək. Bu səbəbdən nə qədər tez başlasaz o qədər rahat olar sizin üçün.
- İnsanların sizə dedikləri özəl universitetlər pisdir, tanınmır kimi fərziyələrə inanmayın. Dünyanı ən reytinqli universitetləri həmişə özəl universitetlər olub. Türkiyədə də ən yaxşı universitetlər özəl universitetlərdir. Koç, Sabancı, Bilkent və s. Dövlətlərin də yaxşı olanları var təbii ki.
- Universitetlərin saytında gördüyünüz keçid balları o demək deyil ki, sizin o qədər balınız varsa qəbul olacaqsınız. Xüsusilə dövlət universitetlərində keçid balı qədər və ya ondan bir az yuxarı balınız olarsa, qəbul mümkün olmur. Çünki müraciət çox olur və sizin balınız rəqabətə davam gətirmir digərləri ilə nisbətdə. Bu səbəbdən müraciət zamanı diqqətli olmağınızda fayda var.
Sabancı universiteti Koç universiteti ODTÜ
- Tək Attestatla İstanbul teknik, ODTÜ və s. universitetlərə qəbul kimi reklamlara inanmayın. Əmin olun ki, orda sizi hər hansısa variantla aldadacaqlar. Böyük ehtimal sizi o universitetlərin yaxınlığında hər hansısa kursa yazacaqlar, və sizə saxta qəbul verəcəklər. Həqiqəti bildiyinizdə artıq gec olacaq.
- Tək attestatla sözü doğru deyil, yenə də hazırlıq oxumamaq üçün universitetdə dil imtahanı verirsiz. Buna sizə deməsələr də getdikdə biləcəksiz.
- Magistratura üçün mütləq ALES verməlisiz deyən insanlara inanmayın. Türkiyədə bütün univetsitetlər ALES tələb etmir xarici tələbələrdən. Bəzi universitetlər var, onlar tələb edir. Əsas tələbə ortalama və ingilis dili imtahanıdır (TOEFL və ya YDS). Əgər ALES vermisinizsə, ingilis dili imtahanı verməmisinizsə, sizin ALES balınız yararsızdır. Amma ingilis dili imtahanınız varsa, ALES yoxdursa, bir çox universitetlərə sənədlərinizi təqdim edə bilirsiniz.
- Özəl universitetlərə müraciət zamanı universitetin rəsmi nümayəndəsi olan şirkətlərə müraciət edin. Hər kəs nümayəndəsiyik deyə sizə danışacaq. Sübut istəyin. Bu hər hansısa sertifikat ola bilər, universitetin saytında həmin şirkətin adı ola bilər.
- Müraciətə tez başlayın, 11-ci sinifdə olanda dekabra kimi sənədlərinizi təqdim etmək uğurlu olar. Gec müraciət sizə problemlər yarada bilər.
- Dövlət universitetlərinin qəbuluna zəmanət verən şirkət sizi aldadır, bu mümkün deyil. Çünki rəqabətin necə olacağını heç bir şirkət öncədən bilmir. Sadəcə təxmin etmək olar, digər illərə nisbətdə.
Bu siyahını çox uzatmaq olar. Əsas bunlara diqqət etsəniz, bakalavr və ya magistr təhsiliniz də uğurlu olar. Bizə hər il çox insan müraciət edir və nəticədə görürük ki, səhv yönləndiriblər tələbəni.
Biz CELT Colleges olaraq hər zaman insanlara xidmət etməkdən məmnunluq duyuruq. Hər il göndərdiyimiz yüzlərlə tələbənin məmnuniyyəti bizim uğurumuzdur. Konsultasiya pulsuzdur və hər zaman müraciət edib məsləhət ala bilərsiniz. CELT Colleges Türkiyənin ən reytinqli özəl universitetlərinin Azərbaycanda rəsmi nümayəndəsidir və hər il gördüyümüz işlərlə uğurlu işlərə imza atırıq. Siz də bizə qoşularaq bu uğurlu işlərin bir parçası ola bilərsiniz.
Məqaləni oxuduğunuz üçün təşəkkür edirəm. Əgər Xaricdə Təhsil haqqında mütəmadi olaraq məlumat almaq istəyirsinizsə, bu linkə daxil olaraq abunə ola bilərsiniz. http://bit.ly/celtabroad
CELT Colleges İçərişəhər
Fərid Kərimov
Türkiyədə Təhsil üzrə Koordinator
+99412 492 68 53, +994 55 503 59 39, turkiye@celt.az
Turkiyenin ozel universitetlerinde endirimli ve ya guzestli tehsil almaq mumkundur? Bunu ucun SAT uzre ne qeder bal yighmaq lazimdir?
Salam YÖS(90-100) ilə Medipol və ya Cerrahpaşa (tibb ixtisası üçün)universitetlərinə müraciət etmək mümkündür?
Bu universitetlərdə təqaüd proqramı almaq olur(yös imtahan nəticəsi ilə)? Və illik nə qədər ödəniş olunur bu universitetlərə?
Salam tək SAT imtahanını verməklə türkiyədə tibb təhsilini almaq olar?
Salam Dimden 650+ bal toplasam ODTÜ yə qəbul ola bilərəm Kompüter mühəndisliyi üzrə? Birdə ODTÜ də təqaüdlə təhsil almaq yataqxanalardan istifadə etmək üçün pul lazımdır yoxsa dövlət özü verir? əgər elə deyilsə yavaş yavaş ümidimi itirməyə başlayıram ????
Salam ODTÜ-nün hazırladığı URAP ranking doğrudur?Bir də Uludağ, Karadeniz Texniki,Erciyes,Anadolu, Yıldız Texniki və Kocaeli Universitetləri yaxşıdır yoxsa BDU,ADNSU,BMU,ADA?
Daha yenidir. Dünyaca tanınmasına zaman var. Doğruluğunu zaman göstərəcək. Ama sizə xoş gələn ən yaxşı uni hansıdırsa ona gedin. Ranking sadəcə rəqəmlərdir. Belə müqayisə aparmaq çox doğru deyil. Yıldız texnik təbii ki daha yaxşıdır ama qalanları haqqında net məlumatım yoxdur.
Cavablandırdığınız üçün çox sağ olun müəllim.Bir sualım da var idi bu universitetlərdən Kocaeli universitetindən başqa digəri top 20,Dünyada top 1000 universitetlərindən biridirlər Həmçinin mavi diplom(Diploma Supplement) verirlər.Bu universitetlərin diplomu ilə Azərbaycan və Türkiyədən başqa Avstriya,Latviya,Belçika,, Estoniya,Fransa, İspaniya,Koreya kimi ölkələrdə işləmək mümkündür?
Salam.Xahiş edirem deye bilersinizmi Türkiyede hansı tibb fakülteleri SAT imtahanı qebul edir?Teşekkurler
Bəli edir.
SAT balı ile hansı tibb fakultelerine baş vura bilerem deye bilersiniz zehmet olmasa?
Demək olar ki çoxuna. hacettepe, cerrahpaşa və digərləri.
Salam.
Əczaçılıq oxuyuram. 3cü kursa keçdim. Türkiyədə təhsil almaq istəyirəm. Amma hələ dəqiqləşdirməmişəm ki hansı sahə üzrə olsun. Nə önərərdiniz? Attestat balım 139 baldır.
Öncədən təşəkkürlər, Allah razı olsun.
Salam. Sıfırdan başlayacaqsınızsa texnologiya, mühəndislik, işletme və dizayn daha lazımlıdır. Ama burdakı proqramı bitirəndən sonra getsəniz məsləhətdir tibbə aid sahə oxuyun. Yəni molekulyar biologiya kimi.
Salam.Yalnız SAT math skoru ile qebul eden univeristetler hansılardır?Teşekkurler
Beli bir şey yoxdur. Yəni hamı yalnız SAT ilə qəbul edir. Sadəcə hansı dildə oxuyacaqsınızsa (istər türk istər ingilis dili) o dildən ya sertifikatınız olmalıdır yada uninin öz imtahanını verməlisiniz.
Salam.SAT balı ile hansı ölkelerde ingilisce tibb tehsili ala bilerem?Teşkkürler önceden
Türkiyə, Macarıstan, Çexiya, Latvia, Polşa, UK, Amerika, kanada
Salam.Men ATUda 1ci kursam.GPA 95 olsa,Ankara ve ya Istanbulda tibbe qebul olub yeniden 1ci kurs olaraq başlaya bilerem oxumağa?
Salam. Yenidən qəbul üçün tələb edilən imtahanlardan birindən keçməlisiniz. Transfer üçün isə Ankara və İstanbul universitetləri ilə əlaqə saxlamalısınız.
Oraya hansı imtahanlar teleb edilir zehmet olmasa deye bilersiniz?
SAT və TOEFL
Salam.SAT 1400+ DİM 650+.Türkiyede hansı tibb fakültelerine qebul ola bilerem?
Salam. Mərkəzlər çətin. Kənar şəhərlər ola bilər. Muğla kimi
Salam.Türkiye bursları kimlere verilir?Burs nece almaq olar?Teşekkürler
Hər kəsə. sadəcə öncədən SAT balını alıb son müracət tarixində hazır olmaq lazımdır. hardasa fevral-apreldə bitir
Salam.Türkiyənin prestijli universitetlerinin tibb fakültəsi üçün həm SAT həm də TQDK ballarını deyə bilərsiniz zəhmət olmasa?İndiden təşəkkürlər
Salam,
SAT 1500+, DİM 650+
Salam.Gazi universitesi tibb fakultesi TQDK qebul edirmi?Hemin fakülte üçün SAT balı ne qederdir?Teşekkürler
Salam,
Bəli edir
Salam yalnız TOEFL qəbul edən türk universitetləri var?
Özəllər bəli
Salam.Turkiyede tibb tehsili üçün SAT2 balı ne qederdir?Hansı tibb fakülteleri SAT2 qebul edir?Bir de SAT2 de hansı subjectleri vermeliyem?Teşekkürler
Salam,
SAT 2 gərəkli deyil tibb üçün