Türkiyədə türk dilində oxumaq, yoxsa ingilis dilində?

Bu bloq yazımızda Türkiyədə təhsil almaq istəyən gəncləri və onları maraqlandıran əsas məsələyə toxunmaq istərdim. Beləki birçox gənclər Türkiyədə təhsil alarkən türk dilində yoxsa ingilis dilində təhsil alacaqları sualı meydana çıxır və bu seçimdə doğru qərar vermələri olduqca əhəmiyyətlidir. Şəxsi fikrimcə tələbələrin ingilis dilində təhsil almaları daha yaxşı olardı. Lakin bəzi tələbələrdə dil öyrənmək problemi varsa o zaman türk dilində təhsil alsalar daha yaxşı olar.

İngilis dilində təhsil almağın hansı üstünlükləri var onları qısa da olsa qeyd edəcəm.

  1. İngilis dilində istənilən dərs vəsaitini tapmaq olur, türk dilində isə ya türk müəlliflərin kitabları ilə yetinmək lazımdır və ya türk dilinə tərcümə olunmuş kitabları oxumaq məcburiyyətində qalırsınız. Türk dilində kitablar isə azdır həmdə yeni çıxan kitablar türk dilinə tərcüməsi uzun vaxt tələb edir.
  2. İnternet araşdırması üçün. Türkiyədə təhsil alarkən sizə dərslər zamanı müxtəlif mövzuları araşdırmaq və təqdimat hazırlamaq lazım olacaq. Bu halda isə təbiiki ingilis dilində sonsuz sayda internetdən məlumatlar tapa bilərsiniz.
  3. Xaricə çıxış imkanı. Əgər siz ingilis dilində təhsil alırsınızsa universitetin tərkibində olan müxtəlif layihələrdə xüsusəndə erasmus kimi beynəlxalq mübadilə proqramlarına rahat bir şəkildə gedə bilər və tələbəliyinizin bir dönəmini xaricdə oxuya bilərsiniz. Tək türk dili bilməklə bu imkanı əldə etməniz mümkünsüzdür.
  4. Magistratura imkanı. Əgər ingilis dilində bakalavr təhsili almısınızsa Türkiyədə daha sonra magistraturanızı Avropa və Amerikanın güclü universitetlərində davam etdimək imkanınız var çünki bu ölkələrdə tədris ingiliscə olur.
  5. WAT. İngilis dilini bilən tələbələr Work and Travel proqramı ilə 1-2-3 cü kursda oxuyarkən yay tətilində Amerikaya getmək və işləmək imkanı daha çoxdur.
  6. İş imkanları: İngilis dilində təhsil alan tələbələr geniş iş imkanına malikdir. Açığı desək Türk dilini Azərbaycanda hərkəs anadili kimi bilir sizin ingilis diliniz yüksəkdirsə bu digər namizədlərdən bir üstünüyünüz olacaq deməkdir. Həmçinin siz ingilis dilində təhsil almısınızsa dünyanın demək olarki istənilən ölkəsində işləyə bilərsiniz amma türk dilində təhsil alanlar isə Türkiyədə və türk dili ölkələrdə işləməyə məcbur olacaqlar.

Əgər sizdə Türkiyədə ingilis dilində təhsil almaq istəyirsinizsə o zaman beynəlxalq imtahanlardan birini verməlisiniz Məsələn Toefl, FCE və s. Bu universitetin tələbi olaraq dəyişir. İngilis dilində təhsil verən universitetlərin böyük əksəriyyəti özəl universitetlərdir çünki onların xarici əlaqələri çox genişdir. Əgər ingilis dilini bilmirsinizsə o zaman Türkiyədə universitetdə 1 illik hazırlıq oxumaqla keçə bilərsiniz. Şəxsi fikrimi soruşsanız Türkiyədə hazırlıq oxumağınızı məsləhət görmürəm çalışın Bakıda olarkən kurslarda ingilis dilini öyrənib sertifikat aldıdan sonra gedəsiniz. Çünki Türkiyədə gündəlik danışıq dili ingiliscə deyil türkcədir və Avropadan fərqli olaraq Türkiyədə siz sadəcə ingilis dilini universitetdə öyrənəcəksiniz gündəlik həyatda istifadə etmədiyiniz üçün dil öyrənməniz çətin olacaq. İkinci bir səbəb isə sizin 1 il əlavə vaxt itirməniz və əlavə xərc çəkməniz olacaqdır.

Universitetlərə qəbul və qeydiyyat prosesi haqqında əlavə suallarınız varsa mənə şəxsən yaza bilərsiniz. Türkiyənin demək olarki bütün universitetləri ilə əməkdaşlıq edirik.

Əlaqə saxlamaq üçün (012) 492 68 53 (050) 503 59 39

Məqaləni oxuduğunuz üçün təşəkkür edirəm

19 thoughts on “Türkiyədə türk dilində oxumaq, yoxsa ingilis dilində?”

  1. Salam Men Yosle tibbe verirem ve Ingilis bolumunde oxumaq istirem B2 seviyesindeyem Bunun ucun Yalnizca Yos Ve Toefl versem yeterli olar? Toefl ucun ortalama ne qeder bal lazimdir Ve ne qeder muddet hazirlasmaq kifayet olar?

  2. Salam Türkiyədə ingilis dilində təhsil almaq üçün SAT və TOEFL imtahanlarının keçid balı nə qədərdir?əgər keçid balını keçsəm ödənişsiz təhsil ala bilərəm?
    Əvvəlcədən təşəkkürlər