Türkiyədə təhsil

Türkiyədə təhsil almağın üstünlükləri və TOP 10 Universitet

Bir çox Azərbaycanlı tələbələr xaricdə təhsil almaq istədikdə, çox uzağa yox elə məhz qonşu Türkiyə Universitetlərinə müraciət edirlər. Azərbaycanlı tələbələrin Tükiyəyə üz tutmasının bir neçə səbəbi var:

  • belə ki, Türkiyə təhsil sistemi son illərdə çox sürətlə inkişaf edir, hər kəs keyfiyyətli təhsildən yararlanmaq istəyir. Buna əyani misal olaraq, 2013-cü ildə Dünyanın 100 ən yaxşı reputasiyalı Universiteti siyahısında ilk TOP 50- də Türkiyənin OTDÜ təhsil ocağıda yer almışdır
  • Dövlət Universitetlərində illik təhsil haqqı bizim və digər Avropa Universitetlərindəki təhsil haqqıyla müqayisədə kifayət qədər aşağıdır
  • Gediş-gəliş, yaşayış xərcləri, məsafəsi yaxındır. Azərbaycan vətəndaşları üçün viza yoxdur.

Türkiyədə təhsil almağın üstünlükləri və TOP 10 UniversitetBu meyarları nəzərə alaraq, bir çox Azərbaycan gənci Türkiyə Universitetlərində təhsil almağa üz tuturlar. Türkiyədə Universitetlərinə qəbul olmaq üçün bir sıra imtahanlardan keçməlisiz.

Əvvəla qeyd edək ki, Türkiyə Universitetləri Dövlət və Özəl olaraq 2 yerə bölünür. Türkiyə Universitetlərində təhsil almaq üçün hər Universitetin demək olar ki, öz şərtləri olur. Bakalavr təhsili almaq üçün SAT I, TQDK və YÖS imtahanı verməlisiz. Magistr təhsili hər bir universitet üzrə fərqlidir. Bəzi universitetlər sadəcə ortalama bal ilə, bəzilər isə TOEFL, GRE kimi imtahanlar tələb edirlər.

Top 10luq siyahıya gəldikdə isə hər Universitet öz ixtisaslaşması ilə məşhurdur, bəziləri tibb üzrə, bəzisi mühəndislik üzrə öz sözünü demiş Universitetlərdir. Ümumilikdə isə TOP 10-luğu belə təqdim etmək olar:

  • Orta Doğu Texnik Universiteti
  • Koç universiteti
  • İstanbul Texnik Universiteti
  • Sabancı Universiteti
  • Boğaziçi Universiteti
  • Haccetepe Universiteti
  • Bilkent Universiteti
  • İzmir yüksək texnologiyalar institu
  • İstanbul bilgi universiteti
  • Özyeğin Universiteti

Bununla belə, siz digər Universitetlərdədə keyfiyyətli təhsil ala bilərsiz.

Qəbul üçün bizimlə əlaqə saxlaya bilərsiz:

012 492 68 53, 055 503 59 39 Fərid müəllim

449 thoughts on “Türkiyədə təhsil almağın üstünlükləri və TOP 10 Universitet”

  1. Salam .hal hazirda Azərbaycan Dillər universitetinin ingilis dili müəllimliyi ixtisasinin 3 cu kursunu bitirmişəm. Magistr təhsilini Türkiyədə almaq istiyrem . Bilmək istiyremki heç bir ödəniş olmadan Türkiyədə dövlət unilerinden birində təhsil ala bilərəmmi? .Yoxsa dövlət unilerinin hamısında illik ödəniş var.

  2. Salam.Tqdk bali 650+olarsa men hansi turkiye universitetlerinde tibb uzre bakalavr tehsilini burs qazanarag ala bilerem?Toefl da mutleqdirmi ve ne qeder olmalidir?

    1. Salam. Qəbul olmaq rəqabətdən asılıdır. Mərkəzlər olmasa da kənarlar qəbul edir. Burs üçün çox gecdir. TOEFL olmasa öz imtahanlarını verəcəksiniz. Keçməsəniz hazırlığ oxuyacaqsınız.

  3. Salam.Ankara universitetinin tibb fakültəsinə qəbul olmaq üçün minimum neçə SAT balı olmalıdır və tibb fakültəsinin illik təhsil haqqı nə qədərdir?
    Məlumatlandırdığınız üçün təşəkkür edirik. Allah Sizdən razı olsun.

  4. Tibb üçün minimum Türkiyədəki unilərin SAT puanları nə qədərdir?Bir də orada hansı unilər SAT-nin yalnız riyaziyyat balına baxır?Təşəkkürlər

  5. Salam Endüstri ,makine , bilgisayar mühendisliyindən birini Türkiyədə təhsil almaq olarmı atestatla və ya 2 ci qrub balı ilə (550+ ) amma zəif universitetlər olmasın belə bir imkan varmı ? İndidə təşəkkürlər

  6. Salam.Mən Türkiyədə təhsilimi bitirdikdən sonra Avropada yaşamaq istəyirdim.Oradan aldığim diplom Avropada keçərlidir mi? Yoxsa,əlavə imtahanlar verməliyəm?Öncədən təşəkkürlər