Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Xüsusilə bakalavr təhsilini xaricdə ala bilməyən tələbələr, magistr təhsilini xarici universitetlərdə davam etdirmək istəyirlər. Bu ölkələr sırasında Türkiyədə təhsil almaq istəyənlər daha çox olur. Həm bizə yaxın olması, mədəniyyətlərin oxşarlığı və təhsilin yüksək səviyyədə olması tələbələr bu ölkəni seçməyə imkan verir.
Türkiyədə həm dövlət universitetlərində, həm də özəl universitetlərdə magistr təhsili ala bilərsiz.
Dövlət universitetlərində necə təhsil ala bilərəm?
Türkiyədə demək olar ki, bütün bölgələrində dövlət universitetləri var. Bunun ən çoxu İstanbul, Ankara və İzmir şəhərlərinin payına düşür. Təhsil haqqı az olduğu və keyfiyyətli təhsil olduğu üçün dünyanın bir çox ölkəsindən burda oxumaq üçün müraciət edən tələbələr var. Bu da onu göstərir ki, qəbul üçün rəqabət güclü olur.
Magistr təhsili tezli və tezsiz olaraq iki yerə ayrılır. Tezli proqram oxuyanlar sonrada doktorantura təhsili ala bilər, tezsiz proqram oxuyanlar doktoranturaya müraciət edə bilməz. Başqa heç bir fərqi yoxdur tezli ilə tezsiz proqramın. Türkiyədə dövlət universitetlərində oxumaq üçün baçlıca şərt təhsil almaq istədiyiniz ixtisas bakalavr pilləsində oxuduğunuz ixtisas ilə eyni olmalı və ya yaxın sahə olmalıdır. Növbəti şərt bakalavr pilləsində oxuduğunuz müddətdə GPA (ortalama bal) yaxşı olmalııdır. Ən az 80-dən aşağı olmasa qəbul şanısınız yüksək olar. Tezli proqramda oxumaq üçün hər bir universitetin fərqli şərtləri vardır. Bəzi universitetlər tək ortalama bal ilə qəbul edir, bəziləri ortalama ilə bərabər ingilis dili imtahanı olan TOEFL və ya YDS də istəyirlər. Bəziləri də ingilis dili imtahanı ilə bərabər ALES tələbi də var. ALES tələbi olan universitetlər azdır, təxminən 7-8 universitet. ALES tələbi olan universitetlərdə mütlət TOEFL və ya YDS imtahan nəticəniz də olmalıdır. Tək ALES imtahandan nəticənizin olması yetərli deyil. Hazırlıqlara başlayanda mütləq bunu nəzərə alın.
Tezsiz proqramlara qəbul daha rahatdır. Burda bir çox universitetlər tək ortalama ilə qəbul edir. Həmçinin fərqli ixtisasa da gedə bilərsiz tezsiz proqramlarda
Həm tezli, həm də tezsiz proqramlarda əgər türkcə oxumaq istəsəniz sizdən TÖMƏR imtahanı tələb edəcəklər. Bu imtahan türk dili imtahanıdır və türk dili biliyinizi təsdiq etmək üçün verilir. Bu imtahan öncədən də verə bilərsiz və ya universitetə başlayanda sizi test edəcəklər, əgər uğurlu olarsa birbaşa universitetə başlayırsız, uğursuz olarsa, hazırlıq keçirsiz.
Əgər ingiliscə proqram seçsəniz sizdən TOEFL imtahanı tələb edəcəklər. TOEFL imtahanı sizin ingilis dili biliklərinizi təsdiq etmək üçün verilir.
Təhsil haqqı nə qədərdir?
Dğvlət universitetlərində təhsil haqqı təxminən 500-2000 manat arasındadır. Amma bəzi tezsiz proqramlar var ki, bahadır. Məsələn Marmara universitetində tezsiz proqramlar 10.000 TL-dir.
Özəl universitetlərdə magistr təhsili
Dünyanın bir çox yerlərində olduğu kimi Türkiyədə də bir sıra özəl universitetlər dövlət universitetlərindən üstündür. Təhsil haqqı yüksək olsa da, tələbəyə dəyər vermək, daha yaxşı təhsil sisteminin olması və s. görə özəl universitetlər seçilir. Özəl universitetlərə qəbul üçün ortalama balınız və TOEFL (ingiliscə proqramlar üçün), TÖMƏR (Türk dili proqramlar üçün) imtahanları tələb olunacaq. Əlavə olaraq bəzi universitetlərdə nəticələri yaxşı olan tələbələrə təqaüd verilir. Təhsil haqqı 2000 dollardan başlayır.
Qəbul üçün nə etməliyəm?
Türkiyə universitetlərinə yüzlərlə gənci qəbul içini görən CELT Colleges, sizin də Türkiyədə təhsil almaq xəyallarınızı reallığa çevirə bilər. Biz sizə universitet seçimi, yataqxana sifariş etmək, qəbul prosesi, ixtisas seçimi və s. işlərdə xidmət göstərməyə hazırıq. Əgər zəmanətli qəbul olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz
CELT Colleges
Fərid Kərimov
Türkiyədə təhsil üzrə koordinator
012 492 68 53, 055 503 59 39
Email: turkiye@celt.az
salam. Turkiyede magistir uzre qiyabi qaydada humanitar fənlərə aid hansı ixtisasla təhsil ala bilərəm?
Salam.Türkiyədə tezli Magistr təhsili almaq üçün şirkətə nə qədər ödəniş etməliyik?Ankara da məsələn.Birdə oturum və sığorta məsələləri şirkət tərəfindən qarşılanır?Qarşılanırsa əlavə ödəniş tələb edir?
SALAM MƏN BURDA MAGİSTR İMTAHANİ VERİB ORDA TƏHSİL ALA BİLEREMMİ
salam
Mən geologiya mühəndisliyi oxuyuram, magistraturaya dovlət universitetine qebul ola bilərəm? YDS və ales imtahanı tələb olunur?
Salam, Mən HÜQUQ fakultəsində oxuyuram Ortalamam 80+ olacaq çox güman, İmtahansız Magistr oxuya bilərəm? Və ya İELTS tələb olunurmu?
Salam. Mən Bakı Dövlət Universitetinin biologiya fakultəsini bitirmişəm. Ortalamam 76-dır. Bu sahə üzrə Türkiyədə tezsiz magistr təhsilini hansı şərtlər daxilində ala bilərəm?
Salam. Mən Tibb Universiteti məzunuyam. Ortalamam 90+. Türkiyədə klinik psixologiya üzrə ingilis dilində magistratura təhsili ala bilərəm?
Salam. Azərbaycan Dövlət Pedaqoji Universiteti texnologiya müəlliməliyi bitirmişəm. Türkiyədə magistr təhsili almaq istıyirəm. Hansı sahılərdə magostr təhsili ala bilərəm?
Salam
Su biologiyası oxuyuram, ortalamam təxmini 75di. Türkiyədə tezsiz dövlət üniversitetində imtahan vermədən oxuya bilərəm ?
Salam mən Naxcivan Dövlət Universitetində oxuyuram. Və nece imtahan verə bilərəm. Imtahan verməliyəm
Salam, tarix müəllimiliyi üzrə oxuyuram Bakı Dövlət Universitetində, ortalamam 96, magistr təhsili ala bilərəm Türkiyədə?
bəli
Bunun üçün nə etməliyəm?
Salam,mən bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisası üzrə oxuyuram, idmanda reabilitasiya yaxud tibbi reabilitasiya üzrə magistr Türkiyənin hansı dövlət universitetlərində oxuya bilərəm?
Bunun üçün dil sertifikatı lazımdır və ales çox güman ki.
Salam men tarix muellimliyini oxuyuram tezsiz proqramla turkiyede huquq magistri ede bilerem?
Bəli
Salam, mən jurnalistikanı bitirmişəm magistr təhsilini Ankara özəl universitetində almaq istəyirəm hansı imtahanlar lazımdı mənə birdə ödəniş nə olur? Pulsuz burslu oxumaq üçün nə etməliyəm?
Salam. Pulsuz olmur. 3 min dollardan başlayır. Dil biliyi lazımdır