Turizm sahəsində təhsil

Turizm sahəsi hazırda ən çox inkişaf edən sahələrindən biri sayılır. Gündən-günə turizm sektorunda yaxşı ixtisaslandırılmış kadrlara daha çox tələb yaranır və bu səbəbdən bir çox tələbələr sırf bu sahədə təhsil almağı düşünürlər. Turizm özünəməsus marağı ilə digər sahələri geridə qoyur. Hər zaman yeni insanlarnan tanış olub, həm dünyagörüşünüzü, həm də dil biliklərinizi inkişaf etdirə bilərsiniz. Turizm sahəsində işləmək sadəcə iş yox, eyni zamanda bir həyat tərzidir.

Hazırki pandemiya vəziyyəti ilə əlaqədar turizm sahəsinə marağı olub da bu sahədə oxumaqdan fikrini dəyişdirən bir çox tələbə var. ”Ya oxuyub daha sonra iş tapa bilməsəm və ya turizm bizim ölkəmizdə artıq inkişaf etməyəcək” deyə əssasız cümlələrə aldanmaq olmaz. Unutmayaq ki, son illərdə turizm Azərbaycanın ən öndə gedən sahələrindən idi və pandemiya dövründən sonra əlbəttə ki, yenidən turistlər əsrarəngiz gözəlliyə malik olan Azərbaycana səyahət etmə arzusunda olacaq.

İndi isə “Turizm sahəsini harda oxusam Azərbaycana qayıtdıqdan sonra yaxşı iş imkanlarım ola bilər?” sualına cavab verəcəyik. Turizm ixtisasını seçən şəxslər öz üzərilərində çalışaraq təcrübə və əlavə biliklər qazanmalıdır ki, məqsədlərinə daha tez çata bilsinlər. Turizm sahəsini oxumaq üçün turizmin ən çox hansı ölkələrdə inkişaf etdiyini düşünsək ağlımıza ilk Türkiyə və Avropa ölkələri gələcək.

Turizmin ən əsas amillərindən biri də odur ki, turizm işçisinin mütləq qaydada xarici dil biliyi, ölkə haqqında müəyyən qədər biliyi olmalıdır çünki dünyanın hər bir yerindən turistlər gəlir və onlar ilə ünsiyyət qurub ölkəmizi təmsil etmək rahat olsun. Turizm sahəsi çox böyük sahə olguğuna görə turizm ixtisasını bitirib müxtəlif mehmanxana şəbəkələrində, turizm şirkətlərində, beynəlxalq turizm təşkilatlarda, Dövlət Turizm Agentliyində və digər yerlərdə rahatlıqla iş tapmaq imkanları var.

Turizm ixtisasında təhsil almaq üçün öz təhsili ilə dünyada tanınan İsveçrəni də seçməniz sizi kadr bazarında daha prespektivli edəcək. Dünyanın turizm sahəsi üzrə ən qabaqcıl universitetlər elə sırf İsveçrədə yerləşir. Daha sonra Macarıstan, İspaniya, İtaliya kimi ölkələrdə sırf turizm və otelçilik ixtisasında təhsil ala bilərsiniz.

Müxtəlif universitetlər, fakültələr və proqramları haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, aşağıdaki nömrələrdən biri ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərsiniz. Əgər siz qəbul şərtləri , qəbul prosesi və ya ümumiyyətlə xaricdə təhsil planlarınız varsa, CELT Colleges Nərimanov şöbəsinə müraciət etməklə, keyfiyyətli xidmət əldə edəcəyinizə əmin ola bilərsiniz.

Ayla Sultanova

CELT Colleges Nərimanov

narimanov@celt.az

(+994 12) 566-48 -23

(+994 50) 210-91-54

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next