TOEFL imtahanına necə hazırlaşa bilərəm?

Müasir zamanda insanların xarici universitetlərdə təhsil almaq  istəkləri günü – günüdən artır. Belə ki, artıq Azərbaycanda bir çox insanlar orta məktəbi bakalavr dərəcəsini, magistr dərəcəsini xaricdə oxumağa üstünlük verirlər. Xarici universitetlərdə təhsil almaq üçün  əsas və vacib şərtlərdən biri TOEFL imtahanıdır.

Dünyanın istənilən universiteti xaricdən tələbə qəbul edərkən bu imtahanları tələbə edir. Amma bir neçə universitet var ki, istisna hal kimi ilk öncə bu imtahanlar olmadan da tələbə qəbul  edirlər. Lakin tələbə həmin universitetdə oxuyarkən bu imtahanı verməlidir.

TOEFL nədir?

TOEFL (Test of English as a Foreign Language) İngilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahandır. TOEFL imtahanını dünyanın 100 – dən artıq ölkəsində vermək mümkündür.  Mənbələrdə qeyd edilir ki, hər il  təxminən bir milyondan artıq insan TOEFL imtahanı verir.

Bu imtahan dünyanın demək olar ki, bütün universitetləri tərəfindən qəbul olunur. TOEFL – un özünəməxsus xüsusiyyətlərindən biri onun internet vasitəsilə verilməsidir. Belə imtahan forması   IBT (İnternet based  TOEFL) adlanır. Amma TOEFL imtahanını  yazılı şəkildə də vermək olar. Bu internetin olmadığı yerlərdə təşkil olunur. Bu imtahan forması isə  PBT (Paper based TOEFL) adlanır.

TOEFL IBT imtahanı dörd hissədən ibarətdir: Reading (oxumaq), Listening (qulaq asmaq), Speaking (danışıq), Writing (yazı).

Reading hissəsində mətnlər verilir  və mətnə aid suallara cavab vermək lazımdır. Listening hissədə isə müxtəlif dialoqlar, şəkillər verilir . Speaking və Writing hissələrində isə müvafiq olaraq danışıq yazı səviyyələri yoxlanılır.

Kimlər bu imtahanı verə bilər?

Bu imtahanda istənilən İngilis dili biliyinə güvənən şəxslər iştirak edə bilər. Belə ki, imtahanda uğur qazanmaq üçün ən azı İngilis dilindən intermediate səviyyədə bilmək  lazımdır. Lakin ümumilikdə bu imtahana girmək üçün yaş məhdudiyyəti yoxdur.

Necə əldə etmək olar?

Bu imtahana artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərən CELT şirkətində (TOEFL in Azerbaijan) hazırlaşa bilərsiniz. Belə ki, bu imtahana hazırlaşmaq üçün xaricdən dəvət olunmuş professional müəllimlərlə birlikdə dərslər alacaqsınız. Qısa vaxt ərzində istədiyiniz TOEFL balını toplayacaqsınız.

CELT 28 May

Rəşid Behbudov küç. 56

Xarici Dillər Universitetinin yanı

Tel: (012) 441  36 65, (055) 760 76 76, Blackberry BBM: 2A9C620A

Xaricdə Təhsil ilə bağlı müraciət edə bilərsiniz

47 thoughts on “TOEFL imtahanına necə hazırlaşa bilərəm?”

  1. Salam. Men Azerbaycanda Tarix fakültesini bitirmişem bakalavr pillesini. Xaricde buna yaxin hansi tehsili ala bilerem ? Bildiyime göre Oxudugun ixtisasa uyğun , yaxin ixtisas seçmelisen . Bu zaman Heöin ölke tarixini oxuyacagam ??

    1. TOEFL kompüter üzərindəndir. IELTS daha çox kağız üzərində. TOEFL üçün kompda yaxşı yaza bilməlisiniz danışıq da record olur.

  2. TOEFL imtahanını verdikdən sonra SAT imtahanını vermədiyim halda yalnız Almaniya və Norveçdə pulsuz oxuya bilərəm?Və əgər elədirsə oxumaq üçün yalnız ingilis dili bilmək yetərlidir?

  3. Salam men iyulun 6 na olan tofel imtahanina bilet almisam 317 manat kartdan cixib ama biletin cixdisini ala bilmirem bu necr olur?

  4. Salam, ielts im 5,5 di bu ay elde etmisem universitet her section en azi 5,5 olmaqla overall 6 teleb edir yada toefl ı 75 hansı meslehetlidi yeniden ielts e hazırlaşmaq yoxsa toefl imtahanına ?

    1. Pulsuz imtahan yoxdur. Qiymətlər üçün ofisimizə zəng edin. Amerikan imtahanları olduğu üçün qiymətləri dollarladır.

  5. Mən iqtisadiyyat universitetinə qəbul olmaq istəyirəm.(Dövlət Universiteti pulsuz)Mən pulsuza düşmək üçün toefl da və sat imtahanında nə qədər bal toplamalıyam?

  6. Salam.TOEFL imtahani turkiyede kecerlidir? Ve o imtahamla tibb universitetlerine daxil olma şansi mumkundurmu?Birde odenisli yoxsa odenissiz olacaq ve attestat lazimdir?

    1. TOEFL hardasa hər ay iki üç dəfə olur. Bu da yetəlidir hər kəs üçün. Hazırlaşmadan 100 imtahana da girsəniz fərq etməyəcək. Çətinlik dərəcəsi eynidir. Ona görə bir iki ay ara verməklə götürmək məsləhətdir.