İxtisasını və ya universitetini dəyişmək istəyən tələbələr nə etməlidir? Son1 Gün!

Azərbaycan Respublikası Təhsil Nazirliyi ixtisasını və ya universitetini dəyişmək istəyən habelə xaricdə yerləşən ali təhsil müəssisələrindən köcürülmə prosesini sadələşdirmək üçün yeni portal yaradıb. Tələbələrin köçürülmə prosesi transfer.edu.az portalı vasitəsilə Fevralın 1-dən davam edir. Bu proses 7 fevral tarixinədək davam edəcəkdir.

Köçürülmə aşağıdakı bölmələr üzrə mümkündür.

  1. Azərbaycan Respublikası daxilində ali təhsil müəssisələrinin birindən digərinə
  2. Azərbaycan Respublikası daxilində fəaliyyət göstərən orta ixtisas müəssisələrinin birindən digərinə
  3. Magistraturada təhsil alanlar bir ixtisasdan digər ixtisasa (bir ali məktəbdən digər ali məktəbə)
  4. Hər hansı xarici ölkənin ali təhsil müəssisəsindən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisəsinə 

Qeydiyyatdan keçmək üçün yuxarıda qeyd edilən portala daxil olub, “Sistemdə qeydiyyat” bölümünə daxil olmaq lazımdır. Daha sonra qaydalarla tanış olub, “Köçürülmə qaydaları ilə tanış oldum, razıyam” bölümünü təsdiqləyərək qeydiyyat hissəsinə keçid edirik açılan pəncərədə köçürülmə etmək istədiyimiz bölməni seçirik.

       Daha sonra açılan pəncərədə ad, soyad ata adını və ali təshil müəssisəsinə daxil olduğumuz ili və tədris alacağımız bölümü seçirik. Bundan sonra irəli düyməsini vuraraq qeydiyyatın növbəti mərhələsinə keçirik. Burada bizdən mobil nömrə və həmçinin şifrə yazmağımız istənilir. Qeyd edilən məlumatları daxil etdikdən sonra mobil nömrəmizə aktivləşdirmə kodu gəlir. Bu kodu daxil edərək Şəxsi Kabinetimizə daxil oluruq. Bundan sonra şəxsi kabinetdə müvafiq xanalara məlumatları qeyd edib köçürülmə prosesini yekunlaşdırırıq.

 Məsələn Siz əgər hər hansı xarici universitetdən Azərbaycanda fəaliyyət göstərən universitetə köçürülmə etmək istəyirsinizsə  Xarici ölkənin ali təhsil müəssisəsində təhsil alıram” bölümünü seçməlisiniz. Xarici ölkədən köçürülmə edərkən aşağıdakı qaydalar nəzərə alınaraq həyata keçirilir. Əgər Siz qiyabi təhsil alırsınızsa bu zaman köçürülmə mümkün olmayacaqdır. Odur ki, xaricdə qiyabi təhsil alırsınızsa köçürülmə üçün müraciət edə bilməzsiniz.

Xarici ölkələrdə təhsil alan tələbələr köçürülərkən aşağıdakılar nəzərə alınır:

  1. Köçürülmə edən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetlər sırasında olması
  2. Tələbənin beynəlxalq imtahanlarda topladığı bal. ( SAT – min. 1000 bal, TOEFL – min. 75 bal, İELTS min. 6.0 bal) 
  3. Tələbə DİM tərəfindən keçirilən qəbul imtahanlarda iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri

Tələbələrin bir universitetdən digər universitetə köçürülməsi üçün tələbənin əsaslı səbəbi olmalıdır. Bu səbəblər hansılardır?

  1. Əgər tələbə müəyyən səbəblərdən yaşayış yerini dəyişirsə, məsələn Gəncədən Bakıya köçübsə o zaman o Gəncədə təhsil aldığı ali təhsil müəssisəsindən Bakıda yerləşən hər hansı ali məktəbə köçürülmə üçün müraciət edə bilər.
  2. Tələbə ailə qurduqda və bu səbəbdən yaşayış yerini dəyişdikdə
  3. Tələbənin sağılamlıqla bağlı hər hansı problemi yarandıqda.

Qeyd edək ki, bu qayda eynilə orta ixtisas təhsil müəssisələrində təhsil alanlara da şamil edilir. Yəni onlarda yuxarıda qeyd edilən səbəblər əsasında köçürülmə üçün müracət edə bilər.

Magistratura pilləsində təhsil alan tələbə digər dövlət ali təhsil müəssisəsinin magistratura pilləsinə və  yaxud bir ixtisasdan digərinə köçürülməsi o zaman həyata keçirilə bilər ki, tələbənin hal-hazırda qəbul olduğu ixtisas üzrə topladığı bal köçürülmə etmək istədiyi digər ixtisas üzrə keçid balı eyni olmalıdır. Magistratura üzrə köçürülmə 1-ci tədris ili müddətində aparıla bilər.

Nəzərə almaq lazımdır ki, əgər tələbə hal-hazırda dövlət hesabına ödənişsiz əsaslarla təhsil alırsa o köçürülmə edərkən bu imtiyazdan məhrum olur. O köçürüləcəyi ali təhsil müəssisəində və ya dəyişdiyi yeni ixtisasda yalnız ödənişli əsaslarla təhsil ala bilər. 

Bundan əlavə əgər tələbənin köçürülmə üçün əsası olmadıqda,hər hansı məlumatın və ya sənədin düzgün daxil olunmadığı aşkar olunduğu təqdirdə Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir.

49 thoughts on “İxtisasını və ya universitetini dəyişmək istəyən tələbələr nə etməlidir? Son1 Gün!”

  1. Salam men Adau baliqciliq təsərrüfatı isini bitirmiwem onu Qazaxda bağça müəlliməsi ve ya ibtidai sinif müəlliməsi nə dəyişdirə bilərəm???

  2. Salam.Mən hal hazırda Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisasında təhsil alıram.Başqa bir universitetin qeyri-tibb ixtisasına transfer ola bilərəmmi?

  3. Salam!
    Oğlum Çexiyada Karlov universitetin ərəbşünaslıq fakultəsinin 1-ci kurs tələbəsi idi. 2020-ci ilin fevralında Bakıya gəlmiş və sonradan pandemiya ilə əlaqədar Praqaya qayıtmamışdır. Oğlumu BDU-ya transfer etmək olarmı?

  4. Salam. Mən halhazırda Bdu nun hüquq fakültəsində təhsil alıram. Adu nun tərcümə ixtisasına transfer ola bilərəm?

  5. Salam .Mən Xaricdə təhsil almışam
    . Bitirmişəm. Azerbaycan da ixtisasını deyişmək istəyirəm. Bunu necə edə bilərəm?

  6. Salam. Mən 2015 ci ildə AzTU da Maşınqayırma fakultəsinə qəbul olmuşam və indi Avtomatlaşdırma fakultəsinə transfer olmaq istəyirəm.
    2020 ci ilin iyul ayında universitetdən təxris olduğuma görə yanvar ayında Maşınqayırma fakultəsinə yenidən bərpa olacam. Bunun ucun hansı sənədlər toplanmalı və nə etməli?
    Öncədən təşəkkürlər

  7. Salam .Men BDU nun geologiya fakultesi,hidrogeologiya itisasi uzre bakalavr tehsili almisam.2015 ci ilde bitirmisem BDU nu.hansi fenn uzre muellimliye itisasimi deyise bilerem?zehmet olmsa melumatlandirardiniz

  8. Salam. Mən təhsil haqqının ödənilməsindən azad olmuş tələbələrdənəm. Mən hal hazırda olduğum təhsil aldığım universitetdə illik ödəniş etmirəş. Perovod olacağım unuversitetdə bu güzəştdən istifadə edə biləcəyəmmi?

    1. Salam. Azərbaycan unilərini nəzərdə tutursunuzsa o zaman Təhsil Nazirliyi ilə danışmaq lazımdır. Xaricdə isə belə bir şey mümkün deyil.

  9. Salam, men rus vetandasiyam hal hazirda aztuda tehsil aliram. Yasayis yerimi deyisdirdiyime gore Rusiyaya transfer olmaq isteyirem . dim ile qebul olmusam. xarici vetandas olduguma gore bir problem cixmiyacaqmi? Nece dene universitet secmek olur ve dim balini nece muqaise edilir?

      1. Salam. Mən 1 ci kurs tələbəsiyəm. Universitetimi dəyişmək istəyirəm. İlliyimi tam ödəmişəm. Bilmək istəyirəm ki ilin yarısında Universiteti dəyişmək olurmu? Bir də keçəçəyim Universite bir daha pul ödəməliyəm yoxsa oxuduğum universitet pulu ora ödəməlidir?Çox xahiş edirəm bu barədə məni məlumatlandırasınız.

  10. Salam. Mən Bakıda yaşayıram lakin, Naxçıvanda təhsil alıram. Səhhətimlə bağlı problem yaranıb. Bakıya çevirmək istəyirəm. Lakin, qəbul olduğum ildə ixtisasım üzrə yığıdığım bal, Bakıda eyni ixtisasa yetmir. Yenə də, çevirə bilərəmmi? Çox sağolun

  11. Salam. Ixtisası dəyişmək istəyirəm. Dövlət sifarişi əsasında təhsil alıram və transfer olmaq istədiyim ixtisasın dövlət sifarişində təhsil almaq üçün balım çatır. Transfer olandan sonra dövlət sifarişi əsasında təhsil ala biləcəm? Yoxsa ödənişli olacaq?

  12. Salam men perevod etmek isteyirem..oz ixtisasimin ingilis bolmesinden azerbaycan bolmesine kecmek isteyirem.. lakin odenisli oxuya bilmeyecem..men ne etmeliyem?? Yeni onu pulsuz etmeyin bir yolu yoxdur?