Övladınızın Təhsil Yolunun Planlaşdırılması
Övladınızın təhsil yolunun planlaşdırılması mürəkkəb bir proses kimi görsənə bilər! Əslində isə bu düşündüyünüzdən daha rahatdır — düzgün planla!
Addım 1
Ölkə və Universitet Tələblərinin Öyrənilməsi
İlk öncə övladınızın hansı ölkədə təhsil almaq istədiyini müəyyənləşdirmək vacibdir.
Daha sonra həmin ölkənin universitetlərinin qəbul şərtləri və tələb etdiyi akademik göstəricilər araşdırılmalıdır. Hər ölkənin fərqli qəbul qaydaları və standartları ola bilər, bu səbəbdən erkən mərhələdə bu araşdırmanı aparmaq mütləqdir.


Addım 2
İngilis Dili Hazırlığı
Əksər ölkələr üçün əsas tələb olunan dil İngilis dilidir. Buna görə də prosesə General English proqramı ilə başlamaq məsləhətdir.
Bu proqramda B2 səviyyəsinə çatdıqdan sonra övladınız artıq beynəlxalq sertifikat imtahanlarına hazırlaşa bilər.
Addım 3
IELTS / TOEFL / SAT Hazırlığı
Övladınızın ingilis dili səviyyəsi B2 və daha yüksək olduqda, IELTS, TOEFL və SAT imtahanlarına hazırlaşması məqsədəuyğundur.


Addım 4
Foundation / OSSD / A-Level İmkanları
Övladınızın 11 illik təhsil bazasında təhsilini davam etdirməsi üçün əlavə akademik hazırlıq proqramları da mövcuddur:
Addım 5
Xaricdə Təhsil və Universitetlərə Qəbul Prosesi
Akademik hazırlıqla yanaşı, universitetlərin seçimi, lazımi sənədlərin toplanması, təqdim edilməsi və sonda yerləşdirilməsi kimi məsələlər də diqqət tələb edir. Bu mərhələdə peşəkar Xaricdə Təhsil Konsultasiya Xidməti sizin üçün böyük kömək ola bilər.
Unutmayın ki, düzgün planlaşdırma ilə övladınızın xaricdə təhsil arzusu gerçəyə çevrilə bilər!
Yolunuzu asanlaşdıran xidmətlərimiz haqqında ətraflı məlumatı *6000 nömrəsi ilə əldə edə bilərsiniz.
