Təhsil almaq üçün daha gecdir…

Bir çox insan təhsil almaq üçün gecikdiyini düşünər. Hətda bu səbəbdən qarşısına çıxan müxtəlif təhsil imkanlarından yararlanmaz.

Gəlin bir araşdıraq doğurdanmı insan təhsil almaq üçün “gecikir”?

Təhsil nədir? – Təhsil hər bir insanın həyatının müəyyən vaxtında yiyələnməli olduğu bir hüquqdur. Yəni hər bir insan təhsil almaq hüququna malikdir. 

Əgər insan təhsil almaq hüququna malikdirsə, o nədən təhsil almaq hüququndan yararlanmır? 

Bunun müxtəlif səbəbləri var. 

Bu səbəblər hansılardır?

İlkin olaraq təhsildən yayınmaq və yaxud təhsil almaq istəməməyin əsası ailədən və ailədəki tərbiyədən irəli gəlir. Bu ailədən gələn və daha sonra şəxsi istək kimi formalaşan təhsilsizlik problemi insanın gələcəkdə peşman olmaq səbəbinə gətirib çıxarır ki, bu da həmin şəxsdə müxtəlif köklü psixoloji travmaların yaranmasına səbəb olur.

Təhsildən yayınma probleminin çox hisəsinin kökü maddi problemlərdən qaynaqlansa da, bir gəncin ümumiyyətlə gələcəkdə təhsil almamaq istəyinin kökündə travmalardan formalaşan depressiya və ya tükənmişlik sindiromu dayanır.

Depressiyanın və tükənmişlik sindiromunun təhsilə təsirləri barədə növbəti bloqlarda danışacağıq.

Gəlin yaşın təhsil almağa maneə yaradıb – yaratmadığını bir təhlil edək…

Qeyd etdiyimiz kimi təhsil hər bir insanın doğal hüququ olub, həyatda yaşadığı müddətdə daim inkişafı və həyatını daha maraqlı etməsi üçün bir vasitədir. Bu o deməkdir ki, heç bir yaş dövrü bir insanın (qocalıq dövründə müxtəlif xəstəliklərdən əziyyət çəkənlər istisna olmaqla) təhsil almasına maneə deyildir. Maneə həmin insanın beynində formalaşdırdığı düşüncədir. Hansıki, bu düşüncə ona nəinki təhsildən yayınmağa, gələcəkdə müxtəlif uğurlu şanslardan yararlana bilməməsinə səbəb olur.

Çox təəsüf olsun ki, müasir dövürdə çox geniş təhsil imkanları olmasına baxmayaraq hələ də gənclərimiz təhsil almamağa meyillidirlər. 

Oxuyub guya nə olacam? Vaxtımı oxumaqla boşuna niyə keçirim ki? Kim oxuyub əli bala batıb məndə oxuyam? Əşi bu yaşda universitet oxuyacam? Bu yaşda oxusam mənə gülərlər axı… Elm kimə nə verib mənə də nə verə? Məndən oxuyan olmaz, kitab üzü açıram ürəyim bulanır… Yaddaşım yoxdur! və s bu kimi sualları, cümlələri yəqin çox eşitmisiniz. Hamı bu sadaladıqlarımı özünə görə bir səbəb görür və səbəblərlə özünü aldadır.

19,20,25,30 hətda 35 yaşında təhsil almayan şəxslər var ki, onlar təhsil almağa, böyük bir dünyaya daha aydın baxmaqdan qaçırlar. 

Düşünün… Bu gün Siz dünyanın istənilən ölkəsində istənilən universitetində təhsil ala və təhsilinizi bitirdikdən sonra dünyanın ən böyük şirkətlərində çox yüksək əmək haqqı alıb çalışa bilərsiniz.

Həyatınızda bir anlıq belə düşünmüsünüzmü ki, Sizin müxtəlif yeniliklər kəşf edən, yüksək biliklərə sahib olan, həyatında çox böyük uğurlara imza atan, Avropada, Amerikada oxuyan, işləyən insanlardan nə fərqiniz var? 

Gəlin Sizə biz deyək! Sizin onlardan bir fərqiniz var: 

O fərq – Sizin düşüncənizdir. O düşüncə ki, Sizdə uşaqlıqdan formalaşıb. Hansıki Siz elə bilirsiniz ki, onu dəyişə bilmərsiniz. O düşüncə ki, Sizi öz komfort zonada hiss etdirir, o düşüncə ki, Sizin özünüzü yox, digərlərinin Sizin haqda nə düşündüyünü daha çox düşünür, o düşüncə ki, Sizi hər yaşınızda digərlərindən daha da geri çəkir, o düşüncə ki, Sizi gələcəkdə övladlarınız qarşısında utandırmaq üçün çalışır və o düşüncə ki, gözəl rəngarəng olan dünyanı ancaq ağ-qara görməyinizə can atır.

Bu düşüncənizin nələr etdiyini və nələr edəcəyini çox sadalaya bilərik. Lakin biz Sizə bu düşüncənizdən vaz geçməyə və təhsil almağa dəvət edirik. Bu düşüncəni məhv etmək yalnız Sizin əlinizdədir. Əmin olun ki, bu düşüncədən vaz keçmək üçün yaşınız heç bir maneə deyil…

İnsan hər şeyə yalnız ölərkən gecikir. Bunu unutmayın! 

Odur ki, gecikmədən düşüncənizi dəyişib, təhsil alıb həyatınızı dəyişin!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.