Tallin Texnoloji Universiteti

Estoniyanın ən güclü və nüfuzlu universitetlərindən biri Tallin Texnoloji Universitetidir (Tallinn Technical University). Universitet 1918-ci ildə qurulub və Estoniyanın texniki sahədə təhsil verən yeganə universitetidir. Universitetin yarandığı vaxt Estoniyanın alman işğalından azad olunduğu tarixlərə təsadüf edir. Həmin dövrdə dirçəliş ərəfəsində olan estonlara güclü texnik və mühəndislər lazım idi, bu səbəbdən də, ölkənin texnik və mühəndislərinin köməyi ilə Tallin Mühəndislik Kolleci adı ilə özəl müəssisə fəaliyyətə başlayır. Daha sonra universitet dövlət statusu qazanır. Paytaxt Tallində yerləşən bu müəssisəyə hər il dünyanın müxtəlif ölkələrindən bakalavr, magistratura və doktorantura təhsili almaq üçün yüzlərlə tələbə axın edir.
Tallin Texnologiya universitetinin azərbaycanlı tələbələri cəlb edən xüsusiyyətlərindən biri bizim tələbələrin 11-ci sinfi bitirdikdən sonra burada birbaşa bakalavr təhsilinə başlaya bilmələridir. Texnologiya sahəsində ad qazansa da burada texnologiya, təbiət elmləri, iqtisadiyyat, idarəetmə və səhiyyə sahəsi ilə əlaqədar ixtisasların harmoniyasını müşahidə etmək mümkündür. Beynəlxalq keyfiyyətli ali təhsil təqdim edən univeersitetin indiyə kimi 70.000-dən artıq məzunu dünyanın müxtəlif yerlərində iş imkanları qazanıblar. Universitetin bir üstünlüyü də özünəməxsus kampüsünün olmasıdır.

Taltech tələbələrinə 4 bakalavr və 16 magistr ixtisası təklif edir. Bakalavr ixtisasları Kiber təhlükəsizlik mühəndisliyi, Beynəlxalq biznes idarəetməsi, Hüquq və İnteqrativ mühəndislik ixtisaslarından ibarətdir.

Magistratura ixtisasları sırasında Kiber təhlükəsizlik, Kommunikativ elektronika, Kompüter və sistem mühəndisliyi, E-hökumət texnologiyası və servisləri, Səhiyyə texnologiyası, Proqramlaşdırma mühəndisliyi, Beynəlxalq biznes idarəetməsi, Təşəbbüskar idarəetmə, Hüquq, Tətbiqi fizika, Mexatronika, Taxta, plastik və tekstil texnologiyası, Dizayn və texnoloji gələcək kimi müxtəlif ixtisasların adlarını sadalamaq olar.

IELTS imtahan nəticəsini təqdim etmək və universitetin daxili imtahanından keçməklə Taltechdə tələbə adını qazanmaq mümkündür. Universitetdə illik təhsil haqqı 3000 avrodan başlayır.

Xanım Xəlilova

CELT Colleges Xətai

xanim@celt.az

012-496-45-76

050-588-15-18

1 thought on “Tallin Texnoloji Universiteti”

  1. Salam. Mən Tallin Texnologiya Universitetinə daxil olmaq istəyirəm. İELTS keçid balinin nə qədər olduğu və daxili imtahan prosedurlarinin necə oldugunu bilmək istəyirəm. Özüm hal-hazirda ADNSU – nun İnformasiya Təhlükəsizliyi ixtisasinda təhsilimi davam etdirirəm və həmin ixtisasa uyğun olaraq təhsilimi Estoniyada davam etdirə bilərəmmi ?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next