TƏQAÜDLÜ TƏHSİL İMKANLARI

Bildiyimiz kimi son dövrlərdə Azərbaycanda xaricdə təhsil almaq üçün müraciət edən tələbələrin sayı kifayət qədər artmaqdadır. Bunun isə bir sıra səbəbləri var. Elə ən bəsit misal kimi, daha yüksək reytinqli universitetləri göstərmək mümkündür ki, tələbələrin gələcək kariyerasını müvəffəqiyyətlə qurmalarında bilavasitə rol oynayır. Lakin tələbələrin bu istəklərini yerinə yetirməsi bir sıra problemlərə görə gözlənilən qədər asan baş tutmur. Başlıca problem olaraq da maddi sıxıntını göstərmək olar. Dünyanın bir çox ölkəsində beynəlxalq tələbələr üçün təhsil haqqı kifayət qədər yüksək olmaqla yanaşı, yaşayış xərcləri də Azərbaycanla müqayisədə daha bahalıdır. Xaricdə təhsil alan bir tələbə təbii hal olaraq əlavə yaşayış xərcləri də ödəməli olur. Bunu qarşılamaq isə bir çox ailə üçün xalq dili ilə desək “qəliz məsələdir”

Belə olan halda ne etməli? Xaricdə təhsil alma planlarımızı kənara atıb, əlimizi açıb bir gün bizim kariyeranı yox, kariyeranın bizi tapmasına dua etməliyik. – Gülməli səslənsədə, bucür düşünən və xırda bir çətinlikdə öz məqsədlərini asanlıqla kənara qoyan adam sayısı da az deyil. Elə isə düzügün çıxış yolu nədir? Bucür hallarda təklif edilən 2 çıxış yolu göstərmək olar. Bugünkü yazımda bunlardan biri ilə bağlı azda olsa məlumat verməyə çalışacam.

1. TƏQAÜDLÜ TƏHSİL İMKANLARI

Hal-hazırda bir çox gəncin arzusudur ki, öz təhsilini sərfəli yollarla davam etdirmək üçün müxtəlif  təqaüd proqramlarından qəbul alsın. Təqaüd proqramları bütün ölkələr və bütün universitetlər üçün şamil edilmədiyi üçün ən optimal variantlardan biri olan və ilk universitetlərin yarandığı, təhsil sisteminin bir çox ölkələrlə müqayisədə ən yüksək səviyyədə olduğu İtaliyanı optimal bir seçim olaraq göstərmək olar.

İtaliyada 100 ə yaxın təhsil müəssisəsi üçün dövlət tərəfindən təqaüd təklif edilir və tələbələrə çox ideal şanslar təklif edilir. Burada tanınmış universitetlərlə yanaşı ixtisaslaşmış Postgraduate mərkəzləri, Politekniklər və bir sıra akademiyalar mövcuddur ki müxtəlif ixtisasların tədrisində peşəkar fəaliyyət göstərirlər. Bunlardan ən yüksək reytinqlilərini sadalasaq

  • Universita di Bologna
  • Sapienza Universita di Roma
  • Politecnico di Milano
  • Universita Degli Studi di Padova
  • Politecnico di Torino

kimi tədris müəssisələri başlıca sıralarda göstərmək olar.

Magistratura və Bakalavr dərəcəsində təhsil alan tələbələrə müxtəlif təqaüd proqramları təklif edilir. Bakalavr dərəcəsində illik 5000 avro məbləğində maddi dəstək verən proqramlarla yanaşı , 10000 avro dəyərində magistratura dərəcəsi üçün yüksək məbləğli təqaüd proqramları da vardır. Bir çox hallarda təqaüd alan tələbə universitetlərin illik təhsil haqqından azad olur və bütün bu məbləğlə aylıq dolanma xərclərini ödəyir. Lakin universitet təhsil haqqından azad olunmadığınız halda belə bu təkliflər əksər tələbə üçün kifayət qədər sərfəlidir. Nəzərə alsaq ki, İtaliyada dövlət universitetlərinin təhsil haqqı ortalama 2000-2500 avro arası dəyişir, əvvəl dediyimiz fikirdə heç də yanılmarıq. Bunlarla yanaşı bəzi özəl universitetlərin də 11-13 min avro məbləğində böyük məbləğdə təqaüd təklifləri də vardır.

Gəlin görək bu təqaüdlər hər zaman istənilən tələbəyə verilirmi? Təbii ki, burada bəzi seçim mərhələləri mövcuddur. Təqaüdün növündən asılı olaraq, ya ailələrin ümumi illik gəlirləri nəzərə alınır ya da tələbələrin fərdi bacarıqlarına görə veriləcək təqaüd müəyyənləşdilir. Tələbələrin şəxsi keyfiyyətlərini başlıca nəzərə alan proqramlara “INVEST YOUR TALENT IN ITALY” proqramını nümunə olaraq göstərə bilərik. Bu proqram İtaliya Xarici İşlər və İqtisadi İnkişaf nazirlikləri tərəfindən dəstəklənir, Azərbaycan , Misir , İran , Turkiyə , Hindistan və Qazaxıstan kimi ölkələrdən magistratura və postgraduate dərəcələrində təhsil almaq istəyib, Mühəndislik, Arxitektura, Dizayn , İqtisadiyyat və İdarəetmə kimi sahələrdə yüksək bilikləri və fərdi keyfiyyətləri olan tələbələrə təklif edilir.

Yuxarıdada qeyd edilən kimi təqaüd proqramı xaricdə təhsil almaq arzusunda olan tələbələr üçün əvəzolunmaz şans yaradan əsas 2 amildən biridir. Növbəti yazımda təqaüdsüz şəkildə və cibimizə uyğun məbləği xərcləməklə necə xaricdə təhsil ala bilərik kimi suallara cavab verən məlumatları paylaşacam.

Əgər bu haqda əlavə məlumatlar almaq istəyirsinizsə CELT Colleges ofislərinə yaxınlaşıb , öz gələcəyiniz üçün faydalı məsləhətlər ala bilərsiniz.

104 thoughts on “TƏQAÜDLÜ TƏHSİL İMKANLARI”

  1. salam men 11 ci sinifde oxuyuram.ama tehsilim turk liseyi oldugundan 12 illikdir. ielts 6.5 sertifikatim var.12 illik tehsille birbasa avropa olkelerine yeni hollandiya isvecre kimi olkeler gede bilerem yoxsa gerek 1 ilde bakalavr oxuyum ?

  2. Salam, men hal-hazirda 3 -cu kurs telebesiyem. Ixtisasim Ingilis dili muellimliyidi. Avropada hansi olkede eyni ixtisas uzre magistratura tehsili ala bilerem?

  3. salam.SAT 1 və SAT 2 hazırlığı nə qədər davam edir? İtaliyada və yaxud hər hansı Qərbi Avropa ölkəsində tam təqaüdlü bakalavr təhsili almaq üçün nə qədər bal olmalıdır?çox sağolun.

  4. ieltsdə generalla academic arasında nə fərq var? Məsələn, mən Kanadada təhsil almaq,yaşamaq istəyirəm. Mən hansı üzrə imtahan verməliyəm? Çox sağolun!

  5. Salam men 11ci sinifi bitirib İELTS imtahani verdiyden sonra italiyada bakalavr tehsili almaq istiyir bu cür tehsil veren univeristetler var italiyada?

    1. Mənim Ixtisasim hal hazırda Fransız dili muellimliyidir , ielts certificate alib İtaliyada və ya Fransız Tcf alıb hüquq təhsili ala bilərəm tam pulsuz tegaudle ümumiyyətlə xaricdə dövlət tərəfindən ödənilir bu sertifikat aldigdan sonra illikler və tələbəyə də tegaud 100% düşür ?plse

  6. Salam. Mən ADİU Marketinq ixtisasını bitirmişəm. Ancaq xaricdə dizayn üzrə təkrar bakalavr təhsili almaq istəyirəm. Təqaüd mümkündürmü və daha çox hansı universitetlərdə qəbul imkanı var?

  7. GPA 72, IELTS 7.0 ilə İtaliyada tam təqaüdlə təhsil almaq mümkündür? GPA yaxşıdır yoxsa təqaüdə düşmək üçün aşağıdır?

  8. Salam. Mən kollec təhsilliyəm. İxtisasım AİSdi (avtomatik idarəetmə sistemləri). Bu ixtisas üzrə italiyada bakalavr təhsili ala bilərəmmi təqaüdlü? Bunun üçün nə tələb olunur?

  9. salam mən dəniz akademiyasinda oxuyuram magistr ucun xaricde tehsil almaq isdeyirem ortaq balim yuksekdi tam teqaudlu tehsil mumkundumu?

  10. Salam men memarliq insaat universetinin 3cu kursunda memarliq fakultesinde oxuyuram memarliq fakultesinde magistr tehsili almaq istirem italyada neylemeliyem ? Hansi dili bilməyim tələb olunur? Və ya nə tələb olunur? Təqaüdlü tehsil almaq istəyirəm

  11. Salam. Mən 4cü kursda oxuyuram. Gələn il İtaliyada təqaüdlü bakalavr üzrə oxumaq istəyirəm. Qəbul zamanı bakalavr ortalamam nəzərə alınırmı? İeltsdən əlavə italyan dilində təhsil almaq mümkündürmü? Təqaüd programına müraciət edəndə təhsil haqqı ödənilirmi?

    1. Salam. Bəli ala bilərsiniz. İtalyan dili üçün sertifikatınız olmalıdır.İELTS kimi. Səfirlikdə mümkündür. Təqaüdün növünə bağlı. Bunun üçün Nərimanov ofisində Baba müəllimlə danışın zəhmət olmasa.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next