Təhsil Nazirliyi hansı ixtisasları maliyyələşdirir?

Gənclərin xaricdə təhsil alması dövlətin də maraq dairəsindədir. Bu səbəblə də gənclərin xaricdə təhsil almasına kömək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” layihəsi həyata keçirilir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır. Həmin sərəncama uyğun olaraq hazırlanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub.

Artıq 4 il ərzində 500-dən çox gənc bu proqram vasitəsilə xaricdə təhsil alır.4 il ərzində bu qədər gəncin xaricdə təhsil alması sevindirici hallardan biridir. 500 gənc arasında artıq xaricdə təhsillərini bitirib Azərbaycana geri dönənələr də var, hal-hazırda təhsillərini davam etdirən tələbələr vardır.Təbii ki, Təhsil Nazirliyi vasitəsilə xaricdə təhsil almaq istəyən gənclər proritet ixtisas seçməlidirlər ki, təqaüd ala bilsinlər dövlətdən. Bunun üçün Təhsil Nazirliyinin təqdim etdiyi proritet ixtisasları bilmək vacibdir. Bu yazıda bu ixtisaslar haqqında məlumat verəcəyik.

2011-2012 tədris ili üçün Təhsil Nazirliyi 12 müxtəlif ixtisası proritet sahə kimi təqdim edib. Yəni yalnız bu ixtisasalar üzrə gedən gənclər nazirlikdən təqaüd almaq imkanına malikdirlər.Bu 12 ixtisasdan demək olar bir çoxu dəqiq fənlərdir.Humanitar sahəyə demək olar ki, yer verilməyib.Bu da normaldı humanitar sahə üzrə Azərbaycanda təhsil alan tələbə çoxdur və yaxud da bu sahəyə elə də ehtiyac duyulmur. İndi ixtisaslara nəzər salaq.

İnformasiya texnologiyaları

2007-ci ildən Təhsil Nazirliyinin proritet ixtisasları sırasında yer alır. Təbii ki, müasir dövrdə bu sahəyə ehtiyacı nəzərə alaraq əsas ixtisas kimi götürülüb. Bu sahə üzrə Azərbaycanda təhsil alana tələbələr var, amma xaricə getmələri onun üçün vacibdir daha da dərin bilikləri əldə etsinlər və Avropa standartlarına uyğun olan metodları Azərbaycan informasiya texnologiyaları sahəsində tətbiq etsinlər. Hansı rakursdan baxsaq bu sahənin vacibliyi mühüm şərtlərdən biridir.

Mühəndislik

Bu sahədə dövlətin həmişə diqqət mərkəzində olmuş və bu səbəbdən proritet ixtisas kimi götürülmüşdür.Bu sahəyə də Azərbaycan ehtiyac çoxdur.

Neft sənayesi

Azərbaycan neft ölkəsi olduğundan bu sahə həmişə diqqət mərkəzindədir. Təkcə Azərbaycanda deyil, bir çox dünya ölkələrində bu sahənin əhəmiyyəti vardır. Əsasən də nefti olan ölkələr. Bu baxımdan bu sahəni seçənlər Təhsil Nazirliyindən təqaüd almaq şansları çoxdur.

Tibb

Digər sahələr kimi bu sahənin proritet ixtisas kimi götürmələri heç də təsadüfi deyil. Tibbi sahəsi həmişə irəlidə gedən istisaslardan biri olub. Azərbaycana bu sahədə yeni,bilikli,ən müasir yeni texnologiyaları işltmə gücünə malik və  dünya təcrübəsindən istifadə edə biləcək kadrlara ehtiyac vardır. Bu baxımdan bu sahənin proritet ixtisas kimi götürülməsi təqdirəlayiqdir.

Riyaziyyat

Dünyanın bütün təhsil sistemlərində ehtiyac duyulan sahələrdən biridir. Bu ixtisasi dəqiq fənlərin şahı adlandırırlar. Bu heç də təsadüfi deyil. Riyaziyyatı bilmədən digər dəqiq fənləri bilmək problemdir. Deməli dəqiq fənləri eləcədə digər fənləri yaxşı öyrənmək üçün ilk öncə riyaziyyatı bilmək vacibdir.Bu baxımdan bu ixtisasın Azərbaycan üçün xüsusi əhəmiyyəti vardır.

Turizm

Azərbaycan neft ölkəsi olmaqla yanaşı, turizm sahəsində geniş imkanlara malikdir. Yeni sahə olmasına baxmayaraq artıq ən önəmli sahələrdən birinə çevrilib. Bu sahəyə olan maraq,yeni kadrların yetişməsini tələb edir. Azərbaycan bu sahədə kadr azlığının nəzərə alaraq əsas proritet ixtisas kimi götürülüb.

Bütün bunlarla yanaşı, digər proritet ixtisaslar aşağıdakılardır:

1) Mühasibat uçotu    2) Fizika   3) Biologiya   4) Kimya   5) Ekologiya    6)Kənd təsərrüfatı

İxtisasların adından göründüyü kimi demək olar ki, dəqiq fənlər,tibb sahəsi əsas götürülüb. İqtisadiyyat sahəsindən yalnız mühasibat uçotu ixtisası proritet ixtisası kimi yer alıb. Lakin əvvəlki illərdə iqtisadiyyatın digər sahələri də proritet ixtisas kimi götürülmüşdür. Bu 12 ixtiasa üzrə xaricdə təhsil almaq istəyən gənclər öz arzularını həyata keçirə bilərlər. Belə ki, universitetə qəbul olduqdan sonra Təhsil Nazirliyinin təqaüdü hesabına xaricdə təhsil ala bilərlər.

Artıq neçə ildir ki, xaricdə təhsil sahəsində uğurlar qazanan CELT Colleges bu sahədə sizə köməklik etməyə hazırdır. CELT vasitəsilə yüzlərlə tələbə xaricdə təhsil alır. Siz də xaricdə təhsil almaq istəyirsinizsə, o zaman CELT sizin arzularınızı reallaşdırmağa hazırdır.

CELT  İçəri Şəhər(Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

73 thoughts on “Təhsil Nazirliyi hansı ixtisasları maliyyələşdirir?”

  1. Salam menim ixtisasim fizikadir.Bu ixtisas uzre xaricde tehsil almaq isteyirem (Dovlet Sifarisi Uzre). Eger mumkunse nece olur? Bu haqqda fikirlernizi bildirerdiz. Evvelceden teselkurler

  2. salam. men universeti bu il bitirirem. eger hazirlawsam magistr veya 2ci tehsil kimi gede bilerm? isteyime uygun olaraq? ve riyaziyyat uzre hansi olkeler olur?

      1. Salam, mən hazırda 3-cü kurs tələbəsiyəm. Magistrda Biokimya üzrə xaricdə təhsil almaq istəyirəm. Biokimya da proritet sahələrə aiddir elə deyilmi? Və təqaüdə düşmək üçün hansı tələblər var, kömək edə bilərsiniz zəhmət olmasa? Hansı ölkəni məsləhət görürsünüz?

  3. tarixi niye gondermir xarice qorxur ki telebenin beyni inkishaf eder gelib chevrilish edere ah bu nazirler Allah belanizi versin 🙁

  4. men tibb universitetini bu il bitrirem,6ci kursda oxuyuram,inglis ve alman dillerini upper seviyyede bilrem.avropaolkelerinin birine nece gedib rezidentura oxuya bilerem??

      1. Don`t do it-really-no matter how dpraesetely you need the cash-it`s not worth it-I went down this road a few years ago-and it spiralled out of control-I am going to be paying off these type of debts for years-and went through LOADS of stress-the interest they charge is shocking.Do anything else to raise cash-sell stuff on ebay,ask friends/family for a loan-but don`t fall for these dodgy loan online scams-they will only make your financial difficulties 100% worse.Sorry if thats not what you want to hear-but im` being honest to try and prevent you going through the same nightmare I did.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next