Təhsil Haqqından Azad Olan Ölkələr

Təhsil Haqqından Azad Olan Ölkələr

Hər kəs ödənişsiz təhsil arzusundadır. Bu həm tələbə üçün, həm də tələbələrin ailələri üçün çox yaxşıdır. Əlbətdə ki, bu cür avantaj hər kəs üçün faydalıdır. Xaricdə pulsuz təhsil almaq isə ikiqat avantajdır. Nəzərə alsaq ki, bura təyyarə, kirayə yaşayış pulu daxildir o zaman ailələr və tələbələr üçün bu lap yaxşıdır. Bəs gəlin görək siz hansı ölkədə təhsil haqqı ödəmədən təhsil ala bilərsiniz?

Neft ölkələrində təhsil xərcini dövlət ödəyir

Neft olan ölkələrin hamısında təhsil pulsuzdur. Üstəlik, ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüd alır və yataqxana ilə təmin edilir. Məsələn, Liviyada tələbə təqaüdü 700 dollardır.
Ölkədə pulsuz təhsilin olması ilə yanaşı xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir.
Səudiyyə Ərəbistanında ali təhsilin pulsuz olması ilə yanaşı tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən də yararlanmaq hüququ var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil olmaq istəyənlərə isə dövlət qrant ayırır. Bu ölkədə tələbə təqaüdü 700 dollar təşkil edir.
Birləşmiş Ərəb Əmirliklərində də ali məktəblər pulsuz təhsil verir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, Əmirliyin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir.
Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollardı.
Iran da təhsilin bütün pillələri pulsuzdur.

Avropada dövlət universitetləri pulsuzdur

Bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı hesab edilən tələbələr də təhsil haqqı ödəmir. 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrin uşaqları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azaddır. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar da təhsil haqqından azaddır. Həmçinin tələbələrə kreditlə təhsil almaq imkanı da verilir. Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər.

Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta prestijli Sarbonna universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.
Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir.
Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.
Ali təhsili pulsuz olan ölkələr arasında Isveç, Danimarka və Çexiyanı da göstərmək olar. Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil.

Beynəlxalq tələbələr üçün və ya Azərbaycan tələbələri üçün ən uyğun olan ölkə Almaniyadır. Bəzi əyalətləri tam ödənişsiz bəzi əyalətlər ildə min avroya kimi ödənişi olur.

Ama bu yaşamınızı ödəyəcək anlamına gəlməz. Almaniya tələbə vizası üçün Alman bankına 8040 avro yatırmanızı məcbur edir. Çünki o sizin bir illik xərcinizi öncədən göstərməlisiniz ki gedib orda çətin vəziyyətdə qalmayasınız.

Almaniyada DAAD təqaüdü var qalan xərclərinizi ödəmək üçün ama ordan tələbələr çox az keçir. İldə 5 tələbə gedər getməz. Yəni təhsil haqqı olmayan ölkələrə gedəndə yaşamı çox zaman siz ödəməli olursunuz. Bunu qəbul etmək lazımdı.

Norveç və digər skandinav ölkələri də eyni sistemlə işləyir. Məsələn Norveçdə təhsil haqqı yoxdur ama qəbul üçün əvvəl öz bankınızda 12 min avroya yaxın məbləğ göstərməlisiniz və qəbuldan sonra viza üçün pulu universitetin hesabına köüçürməlisiniz.

Viza üçün Hollandiyada eyni sistemdən istifadə edir.

ABŞ tələbələrinin təhsil xərcləri 80% azaldılır

ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əmək haqqı 4 min dollar olan bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilər. Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ əldə edir. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur.

222 thoughts on “Təhsil Haqqından Azad Olan Ölkələr”

  1. Salam. Mən 9 cu sinifdə oxuyuram və xaricdə təhsil almaq istəyirəm. Xəyalım Britaniya universitetlərində təhsil almaqdır. Pulsuz təhsil almaq haqqında öyrənmək istəyirəm. Çox vaxt internetdə qabağıma çıxır həddindən artıq yüksək dərəcədə təqaüd alan tələbələr. Realdırmı? Və necə yüksək təqaüd ala bilərəm

  2. Salam mən Azərbaycan Dillər Universitetinde oxuyuram. Ərəb ölkələri üzrə (Regionşünaslıq) magistr təhsilimi ərəb ölkələrində almaq üçün nə etməliyəm?

  3. Salam . Amerikada ödənişsiz tibb təhsili almaq olarmı ? Bunun üçün xüsusi imtahanlar vermek lazımdır ? Yoxsa sadece Azərbaycanda topladığımız bal kifayet edirmi? Ve ya her hansi başqa bir yol var mi ?

  4. Salam men universitetimi bitirib bir müddət çalışın sonra almaniyada universitet oxuya bilərəm ieltslə? Və əgər dediyiniz kimi hesabımda 10000euro olarsa əlavə işlərə ehtiyac qalmır? Və təqaüd verirmi ordakı universitetlər?