Təhsil Haqqından Azad Olan Ölkələr

Təhsil Haqqından Azad Olan Ölkələr

Hər kəs ödənişsiz təhsil arzusundadır. Bu həm tələbə üçün, həm də tələbələrin ailələri üçün çox yaxşıdır. Əlbətdə ki, bu cür avantaj hər kəs üçün faydalıdır. Xaricdə pulsuz təhsil almaq isə ikiqat avantajdır. Nəzərə alsaq ki, bura təyyarə, kirayə yaşayış pulu daxildir o zaman ailələr və tələbələr üçün bu lap yaxşıdır. Bəs gəlin görək siz hansı ölkədə təhsil haqqı ödəmədən təhsil ala bilərsiniz?

Neft ölkələrində təhsil xərcini dövlət ödəyir

Neft olan ölkələrin hamısında təhsil pulsuzdur. Üstəlik, ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüd alır və yataqxana ilə təmin edilir. Məsələn, Liviyada tələbə təqaüdü 700 dollardır.
Ölkədə pulsuz təhsilin olması ilə yanaşı xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir.
Səudiyyə Ərəbistanında ali təhsilin pulsuz olması ilə yanaşı tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən də yararlanmaq hüququ var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil olmaq istəyənlərə isə dövlət qrant ayırır. Bu ölkədə tələbə təqaüdü 700 dollar təşkil edir.
Birləşmiş Ərəb Əmirliklərində də ali məktəblər pulsuz təhsil verir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, Əmirliyin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir.
Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollardı.
Iran da təhsilin bütün pillələri pulsuzdur.

Avropada dövlət universitetləri pulsuzdur

Bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı hesab edilən tələbələr də təhsil haqqı ödəmir. 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrin uşaqları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azaddır. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar da təhsil haqqından azaddır. Həmçinin tələbələrə kreditlə təhsil almaq imkanı da verilir. Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər.

Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta prestijli Sarbonna universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.
Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir.
Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.
Ali təhsili pulsuz olan ölkələr arasında Isveç, Danimarka və Çexiyanı da göstərmək olar. Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil.

Beynəlxalq tələbələr üçün və ya Azərbaycan tələbələri üçün ən uyğun olan ölkə Almaniyadır. Bəzi əyalətləri tam ödənişsiz bəzi əyalətlər ildə min avroya kimi ödənişi olur.

Ama bu yaşamınızı ödəyəcək anlamına gəlməz. Almaniya tələbə vizası üçün Alman bankına 8040 avro yatırmanızı məcbur edir. Çünki o sizin bir illik xərcinizi öncədən göstərməlisiniz ki gedib orda çətin vəziyyətdə qalmayasınız.

Almaniyada DAAD təqaüdü var qalan xərclərinizi ödəmək üçün ama ordan tələbələr çox az keçir. İldə 5 tələbə gedər getməz. Yəni təhsil haqqı olmayan ölkələrə gedəndə yaşamı çox zaman siz ödəməli olursunuz. Bunu qəbul etmək lazımdı.

Norveç və digər skandinav ölkələri də eyni sistemlə işləyir. Məsələn Norveçdə təhsil haqqı yoxdur ama qəbul üçün əvvəl öz bankınızda 12 min avroya yaxın məbləğ göstərməlisiniz və qəbuldan sonra viza üçün pulu universitetin hesabına köüçürməlisiniz.

Viza üçün Hollandiyada eyni sistemdən istifadə edir.

ABŞ tələbələrinin təhsil xərcləri 80% azaldılır

ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əmək haqqı 4 min dollar olan bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilər. Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ əldə edir. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur.

222 thoughts on “Təhsil Haqqından Azad Olan Ölkələr”

  1. salam men cenubi koreyada hekimlik uzre tehsil almaq isteyirem yeni 1 il bakalavr oxuyub qalan illeri ise transfer edib orada oxumaq isteyirem. Men nece ede bileremki orada pulsuz sekilde oxuyum ve ya bu mumkundur mu ve nece sekilde. cavablandirsaniz cox sevinerem tesekkurler

    1. Salam. Transfer çox zaman mümkün olmur. Orda yenə sıfırdan başlamalı olacaqsınız. Təqaüd səfirlikdə verilir. İmtahan olunursunuz. Əsas IELTS sertifikatınız olsun.

      1. Salam. Mən hal hazırda UNİ-də pulsuz təhsil alıram. Atam yoxdu və anam 2ci qrup əlildir. Bəs Amerikada pulsuz magistr oxumaq üçün nə edə bilərəm?.

      2. Çox yaxşı hazırlaşmalısınız. 1. GPA çox yüksək olmalı. 90+. 2. GRE imtahanından yüksəl bal. 3. TOEFL-dan yüksək bal.

  2. Salam.Finlandiyada pulsuz bakalavr təhsili almaq istəyirəm .Bunun üçün ielts lazımdır ? Yəni tələb edən universtetlər olur ,olursada neçə tələb edirlər ? Birdə Xarici tələbələr ödənişli təhsilə cəlb olunur bu maksimum neçəyə başa gəlir ?

      1. Bakalavr pilləsi üçün ödənişsiz seçim çox azdır. Magistratura üçün Almaniya, Norveç kimi ölkələri seçə bilərsiniz.

  3. Salam men Almaniyada psixologiya oxumaq isteyirem. Hal hazirda 1 ci kurs telebesiyem. Komputer elmleri oxuyuram. Almaniyanin da italiya kimi 12 il prinsipi var? Yeni mutleq 1 il uni oxumaliyam? Bir de ki ielts ile almaniyada bakalavr psixologiya pulduz oxuya bilerem?

    1. Salam. 1-ci kursu bitirdikdən sonra Almaniyaya müraciət edə bilərsiniz. Almaniyada ingilis dilində bakalavr təhsili ödənişlidir.

  4. salam, məlumatınız üçün təşəkkürlər. Norveç və ya Almaniyanin qeydiyyat vaxtlari ne zamandir? ve muhendisler ucun en yaxsi, amma odeniwsiz olan universitetleri hansilardir?

    1. Salam. Norveç üçün qış aylarında, Almaniya üçün isə may ayında müraciətlər həyata keçirilir. Buradaki əksər univeristetlər yaxşı təhsil verir.

    1. Salam. Bunun bir neçə səbəbi var. 1. Yüksək nəticələr. 2. Əlavə könüllülük proqramlarinda iştirak. 3. Dünya elm olimpiyadasında birinci ikinci yerləri tutmaq.

      1. Yəni bir ehtimal çox yüksek nəticə göstərsəm bunun mümkün olma şansı var? Sizcə hər hansı yazılmış elmi məqalənin buna təsiri olar? (İnternetdən toplanmış məlumatlarla deyil, özümün yazdığı hər hansı bir movzuda əsaslı yenlik gətirə biləcəy bir məqalə)
        Bir də əlavə könüluluk programı haqqda məlumat verə bilərsiz?

      2. Onu kimsə 100% faiz deyə bilməz ama hər əlavə uğur və bacarıq bəli sizin üçün yaxşıdır ama bütün ımtahan nəticlərəiniz yaxşı olduqdan sonra.

    2. Salam.2 sualim olacaq.1)Mən Azerbaycan tibb universiteti 2 ci kurs telebesiyem.Fakultem Public health dir.Amma isveçrə,norveç,polşa ve bu kimi olkelerde tibb uzre bakalavr oxumaq isteyirem.Mumkun olsa pulsuz olmagi ela olardi.Bunun ucun hansi imtahanlar və gostericiler lazimdi?Birde zehmet olmazsa unilerin odenislerini de yazardiz.

  5. Salam, mən 11ci sinifəm xaricdə kompüter elmləri üzrə pulsuz bakalavr təhsili ala bilərəm? Və bunun üçün nə etməliyəm?

    1. Salam. Norveç və Almaniyada təhsil haqqı yoxdur ama eyni zamanda əlavə təqaüd də yoxdur. Macarıstan full təqaüd verir

  6. Salam.Men Beden terbiyyesi ve idman akademiyasında,beden terbiyyesi ve idman(futbol idman növü üzre) ixtisası üzre tehsil alıram.Ortalamam 85+ dur ve İelts derecesinden sonra xaricde magistr tehsili almaq isteyirem.Pulsuz tehsil ve teqaüd veren hansı ölkede tehsil ala bilerem ve yaxud en yaxşı şertlerle hansı ölkeni meslehet görerdiniz?

  7. Salam✨ Mən bakalavr 2ci kursam. Əgər Daad təqaüdü ilə Almaniyada magistr təhsili ala bilsəm, o zaman yenə də bank hesabında pul olmalıdır?

  8. Azii de IT üzrə 4cu kurs tələbəsiyəm, ingilis sektoru .Ortalamam 83+ , İtaliyada pulsuz magistr təhsili almaq şansım var? Başka hansı ölkədə pulsuz magistr təhsili ala bilərəm ?

    1. Salam. IELTS 6.5 lazımdır. İngilis sektoru dünyada keçmir. Norveç və Almaniya da pulsuzdur.GPA yaxşıdır. Sadəcə IELTS alın.

    1. Heçbir ölkədə pulsuz oilot programı ola bilməz. Tükiye hava yolları 200 min avroya yaxın. Macarıstan 120 min dollar. bunlar toplam qiymətidir

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next