TƏQAÜDLÜ TƏHSİL İMKANLARI

Bildiyimiz kimi son dövrlərdə Azərbaycanda xaricdə təhsil almaq üçün müraciət edən tələbələrin sayı kifayət qədər artmaqdadır. Bunun isə bir sıra səbəbləri var. Elə ən bəsit misal kimi, daha yüksək reytinqli universitetləri göstərmək mümkündür ki, tələbələrin gələcək kariyerasını müvəffəqiyyətlə qurmalarında bilavasitə rol oynayır. Lakin tələbələrin bu istəklərini yerinə yetirməsi bir sıra problemlərə görə gözlənilən qədər asan baş tutmur. Başlıca problem olaraq da maddi sıxıntını göstərmək olar. Dünyanın bir çox ölkəsində beynəlxalq tələbələr üçün təhsil haqqı kifayət qədər yüksək olmaqla yanaşı, yaşayış xərcləri də Azərbaycanla müqayisədə daha bahalıdır. Xaricdə təhsil alan bir tələbə təbii hal olaraq əlavə yaşayış xərcləri də ödəməli olur. Bunu qarşılamaq isə bir çox ailə üçün xalq dili ilə desək “qəliz məsələdir”

Belə olan halda ne etməli? Xaricdə təhsil alma planlarımızı kənara atıb, əlimizi açıb bir gün bizim kariyeranı yox, kariyeranın bizi tapmasına dua etməliyik. – Gülməli səslənsədə, bucür düşünən və xırda bir çətinlikdə öz məqsədlərini asanlıqla kənara qoyan adam sayısı da az deyil. Elə isə düzügün çıxış yolu nədir? Bucür hallarda təklif edilən 2 çıxış yolu göstərmək olar. Bugünkü yazımda bunlardan biri ilə bağlı azda olsa məlumat verməyə çalışacam.

1. TƏQAÜDLÜ TƏHSİL İMKANLARI

Hal-hazırda bir çox gəncin arzusudur ki, öz təhsilini sərfəli yollarla davam etdirmək üçün müxtəlif  təqaüd proqramlarından qəbul alsın. Təqaüd proqramları bütün ölkələr və bütün universitetlər üçün şamil edilmədiyi üçün ən optimal variantlardan biri olan və ilk universitetlərin yarandığı, təhsil sisteminin bir çox ölkələrlə müqayisədə ən yüksək səviyyədə olduğu İtaliyanı optimal bir seçim olaraq göstərmək olar.

İtaliyada 100 ə yaxın təhsil müəssisəsi üçün dövlət tərəfindən təqaüd təklif edilir və tələbələrə çox ideal şanslar təklif edilir. Burada tanınmış universitetlərlə yanaşı ixtisaslaşmış Postgraduate mərkəzləri, Politekniklər və bir sıra akademiyalar mövcuddur ki müxtəlif ixtisasların tədrisində peşəkar fəaliyyət göstərirlər. Bunlardan ən yüksək reytinqlilərini sadalasaq

  • Universita di Bologna
  • Sapienza Universita di Roma
  • Politecnico di Milano
  • Universita Degli Studi di Padova
  • Politecnico di Torino

kimi tədris müəssisələri başlıca sıralarda göstərmək olar.

Magistratura və Bakalavr dərəcəsində təhsil alan tələbələrə müxtəlif təqaüd proqramları təklif edilir. Bakalavr dərəcəsində illik 5000 avro məbləğində maddi dəstək verən proqramlarla yanaşı , 10000 avro dəyərində magistratura dərəcəsi üçün yüksək məbləğli təqaüd proqramları da vardır. Bir çox hallarda təqaüd alan tələbə universitetlərin illik təhsil haqqından azad olur və bütün bu məbləğlə aylıq dolanma xərclərini ödəyir. Lakin universitet təhsil haqqından azad olunmadığınız halda belə bu təkliflər əksər tələbə üçün kifayət qədər sərfəlidir. Nəzərə alsaq ki, İtaliyada dövlət universitetlərinin təhsil haqqı ortalama 2000-2500 avro arası dəyişir, əvvəl dediyimiz fikirdə heç də yanılmarıq. Bunlarla yanaşı bəzi özəl universitetlərin də 11-13 min avro məbləğində böyük məbləğdə təqaüd təklifləri də vardır.

Gəlin görək bu təqaüdlər hər zaman istənilən tələbəyə verilirmi? Təbii ki, burada bəzi seçim mərhələləri mövcuddur. Təqaüdün növündən asılı olaraq, ya ailələrin ümumi illik gəlirləri nəzərə alınır ya da tələbələrin fərdi bacarıqlarına görə veriləcək təqaüd müəyyənləşdilir. Tələbələrin şəxsi keyfiyyətlərini başlıca nəzərə alan proqramlara “INVEST YOUR TALENT IN ITALY” proqramını nümunə olaraq göstərə bilərik. Bu proqram İtaliya Xarici İşlər və İqtisadi İnkişaf nazirlikləri tərəfindən dəstəklənir, Azərbaycan , Misir , İran , Turkiyə , Hindistan və Qazaxıstan kimi ölkələrdən magistratura və postgraduate dərəcələrində təhsil almaq istəyib, Mühəndislik, Arxitektura, Dizayn , İqtisadiyyat və İdarəetmə kimi sahələrdə yüksək bilikləri və fərdi keyfiyyətləri olan tələbələrə təklif edilir.

Yuxarıdada qeyd edilən kimi təqaüd proqramı xaricdə təhsil almaq arzusunda olan tələbələr üçün əvəzolunmaz şans yaradan əsas 2 amildən biridir. Növbəti yazımda təqaüdsüz şəkildə və cibimizə uyğun məbləği xərcləməklə necə xaricdə təhsil ala bilərik kimi suallara cavab verən məlumatları paylaşacam.

Əgər bu haqda əlavə məlumatlar almaq istəyirsinizsə CELT Colleges ofislərinə yaxınlaşıb , öz gələcəyiniz üçün faydalı məsləhətlər ala bilərsiniz.

104 thoughts on “TƏQAÜDLÜ TƏHSİL İMKANLARI”

    1. Balı aşağı olana Azərbaycanda təqaüd vermilərsə (balınız aşağı olanda ödənişli əsaslarla oxumalı olursunuz) xarici universitet niyə belə bir şey etsin.

    1. Başlamağa hazırsınızsa 6 ay. matematikanız və ingilis diliniz çox yaxşıdırsa 3 ayda ola bilər. Təbii alacağınız balda zaman ala bilər. 1500 toplamaq zaman alır.

  1. Men tibb universitetine qebul olmusam.Tehsilimi 1 ve ya 2 kursdan sonra Xaricde ( Avropa olkelerinde) davam etdirmek isteyirem.Tibb ucun teqaud mumkundur mu ? Eger mumkundurse bunu hansi proqramla ve imtahanla ede bilerem? Ingilis dilinde

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next