Tələbələrin təqaüdləri necə hesablanır? Kimlər təqaüd ala bilər?

Tələbələri  maraqlandıran  əsas  məsələlərdən  biri  də  təqaüdlərin verilməsidir.

Bəs  hansı  tələbələr  təqaüd  imkanından  yararlana  bilər? Ödənişli  əsaslarla  oxuyan  tələbə  də  təqaüd  ala  bilərmi?

Dövlət  hesabına  və  ödənişli  əsaslarla  təhsil almasından  asılı  olmayaraq, ali  və  orta  ixtisas  təhsili  müəssisələrinin  əyani formada  təhsil  alan  tələbələrinə  təqaüd  onların  ümumi  orta  müvəffəqiyyət göstəricisinə  (ÜOMG)  görə  verilir.

Hər  növbəti  semestrdə  tələbənin  təqaüd  alması, yaxud  alacağı  təqaüdün miqdarı  onun  əvvəlki  semestr  imtahanlarının  nəticələrinə  əsaslanır. Ödənişsiz  əsaslarla  təhsil  alan  tələbə  kimi  ödənişli  təhsil  alan  tələbə  də  təqaüd  ala  bilər, ancaq  bu  o  tələbənin   imtahan  nəticələrinə  bağlıdır.

Verilən  təqaüd  sayı  dövlət  sifarişi  ilə (ödənişsiz)  təhsil  alan  tələbələrin  sayına  əsasən  müəyyənləşir. Məsələn, bir  kurs  üzrə  qəbul  olunan  75  tələbənin  54-ü  ödənişsiz  əsaslarla  təhsil  alır. Bu  o  deməkdir  ki, ümumi  olaraq  54  tələbənin  təqaüd  alma  şansı  var. Hər  semestr  imtahanlarına  həmin  75  tələbə  arasında  ÜOMG  balı  ən  yüksək  olan  54  tələbə  təqaüd  almaq  imkanı  əldə  edir. Nəticəsi  digərlərindən  yüksək  olacağı  təqdirdə  ödənişli  əsaslarla  təhsil  alan  tələbə  də  təqaüdə  düşə  bilər.

ÜOMG – bir  semestr  ərzində  keçirilən  bütün  fənlər  üzrə  tələbənin  topladığı  balların  ümumi  ortalamsıdır.

ÜOMG aşağıdakı düsturla hesablanır: 

                            b1k1*+b2k2*+b3k3*+… +bnkn* 

ÜOMG =   ———————————————

                                     k1+k2+k3+… +kn

b1,b2,…,bn = tələbənin fənlər üzrə topladığı ballar; 

k1,k2,…,kn= həmin semestrdə keçirilən fənlərə görə nəzərdə tutulan müvafiq kreditlər; 

k1*, k2*,…, k3* = fənlər üzrə qazanılan kreditlər. 

Əgər  tələbə  imtahandan  kəsilərsə, o, krediti qazanmamış  hesab  edilir  və bu əmsal  sıfır  olur. 

İmtahan  nəticələrinə  əsasən, tələbələr  “Əlaçı”, “Zərbəçi və “Adi”  təqaüd  əldə  edir. Bəs bu  necə  tənzimlənir?

-fənlər  üzrə  göstəriciləri  91- 100  bal  olan  tələbələrə  “əlaçı”  təqaüdü;

– fənlər  üzrə  göstəriciləri  71-100  bal  olan  tələbələrə  “həvəsləndirici” təqaüdü  (bu  halda  ən  azı  bir  fəndən  akademik  göstəricisi  91-100 olmalıdır.);

– fənlər  üzrə  göstəriciləri  51-100  bal  olan  tələbələrə  “adi”  təqaüd.

Yəni, kəsiri  olmayan  və  göstəriciləri  51-dən  yuxarı  olan  tələbələrə  adi təqaüd  verilir. 

Əsasən, bir  fənn üzrə  imtahandan  91-100 arası  bal  toplayan  tələbə  A, 81-91  arası  bal  toplayan  tələbə  B, 71 81  arası  bal  toplayan  tələbə  C, 61- 71  arası  bal  toplayan  tələbə  D, 51 – 61  arası  bal  toplayan  tələbə  isə  E  ilə  qiymətləndirilir.

Bəzi  universitetlərdə  təqaüdlərin  verilməsi  fərqli  formada  tənzimlənir, bu  universitetin  daxili  nizamlamasından  asılıdır.


Semestr  bitdi  və  təqaüd  alanların  siyahısı  müəyyən  olundu. Lakin  sonuncu yerə  bir  neçə tələbənin  balı  çatır. Bu  zaman  hansı  tələbə  təqaüd  almalıdır? 

I  kursun  ikinci  semestrində DİM  balı, sonrakı  semestrlərdə  isə əvvəlki semestrin  orta  balı (ÜOMG)  yüksək  olan  tələbəyə  təqaüd  ödənilir.

Qeyd  edək  ki, bakalavriat  səviyyəsinə  dövlət  sifarişi  ilə qəbul  olunan, 600 və  daha  çox  bal  toplayan  tələbələrə  I  kursun  I  semestrində  “əlaçı”, digər halda  isə  “adi”  təqaüd  verilir.

3 thoughts on “Tələbələrin təqaüdləri necə hesablanır? Kimlər təqaüd ala bilər?”

    1. Salam.Mən dim yolu ilə qəbul olmuşam.Bdu də təhsil alıram.1-ci kurs tələbəsiyəm.Amma xarici vətəndaşam ,mənə təqaüd verilə bilərmi?(dim yolu dedikdə,Azərbaycanda orta məktəbi bitirib,buraxılış ,blok imtahanlarında iştirak etmişəm.Zəhmət olmasa cavablandırarsınız

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next