data, information, knowledge

Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili” mövzusunda qrant müsabiqəsinin ELAN edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq 30 Dekabr 2019-cu il sərəncamı ilə 2020 – ci il “Könüllülər İli” elan edilmişdir. 

Bu məqsədlə 2020-ci il ərzində Könüllülük hərəkatının inkişafı üçün müxtəlif tədbirlər və müsabiqələrin keçirilməsi planlaşdırılır. Bu qrant müsabiqələrindən birini Azərbaycan Respublikası Təhsil Nazirliyi elan edir. Belə ki, tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının təşkil olunması və digər işlərin təşkili məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı”mövzusunda qrant müsabiqəsini elan edir.

Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştiraka dair tələblər:

  • Namizəd ali və orta ixtisas təhsili müəssisələrində tələbə-könüllülərlə işin
  • təşkili və inkişaf etdirilməsi sahəsində təcrübəyə malik olmalıdır.
  • Layihə ən azı 7 regionu əhatə etməlidir.
  • Təqdim ediləcək layihələr ən azı 40 ali və orta ixtisas təhsili müəssisələrində
  • təhsil alan tələbə-könüllüləri əhatə etməlidir.
  •  Hər bir hüquqi şəxs yalnız bir layihə ilə müraciət edə bilər.
  •  

Layihələrin təqdim edilməsi: Layihə təklifləri 17 mart 2020-ci ilədək Təhsil Nazirliyinə müvafiq elektron poçt (layihe2020@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

• Təşkilatın Nizamnaməsinin surəti;

• Təşkilatın Dövlət Reyestrindən çıxarışının surəti;

• Təşkilatın VÖEN-nin surəti;

• Təşkilatın fəaliyyəti haqqında qısa məlumat;

• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV).

Qiymətləndirmə meyarları:

1. Qurumun təcrübəsi;

2. Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması;

3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə

iştirak təcrübəsi;

4. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və

reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması;

5. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

Müsabiqənin müddəti:

Layihələrin qəbulu 05 mart 2020-ci il tarixdən başlayır və 17 mart 2020-ci il tarixdə

başa çatır.

Layihələrin qəbulu üçün son tarix:

17 mart 2020-ci il, saat 18:00

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next