Şərqi Avropada təhsil almaq

Bu yazıda sizlərə Şərqi Avropada oxumağın nəyə görə düşündüyünüzdən daha yaxşı olması barədə danışacam.

Bir çoxları Şərqi Avropa dedikdə boş küçələr, həyata soyuq baxan insanlar, və ya Sovet Sosialist Respublikalarının təsiri olaraq ingilis dilini rus aksenti ilə danışan bir cəmiyyət və ya Ruminiya kimi ölkələri vampirlərin yaşadığı ölkə zənn edirlər. Hə bir də həftə sonları Rus borşu içən qoca insanlardan ibarət olduğunu da düşünənləri də yaddan çıxartmayaq. Məqsədim belələrini qınamaq deyil ama biraz tənqid etməkdə fayda görürəm.

Əslində Şərqi Avropa ölkələri nə səssiz boş küçələrdən ibarətdir nə də geridə qalmış insanların olduğu bir zona deyil. Beynəlxalq tələbələr oxumaq üçün istiqamətlər axtararkən bu ölkələri  nəzərdən qaçırmamalıdırlar. Bütün bunları bir 

qırağa qoysaq gəlin görək Şərqi Avropa haqqında nə qədər məlumatımız var:

  1. Hərkəs ingilis dilində danışır. Sözün əsl mənasında demək olar ki hərkəs. Nəzərə alsaq ki, ingilis dilində olan multifilmlər heç vaxt dublaj edilmir, əksəriyyət gənc insan ingilis dilini anlayır və danışır. Sözsüz ki bəzən fərqli şivələrlə danışan insanlar görmək mümkündür, amma bu dünyanın hər yerində qarşılaşılan bir vəziyyətdir hətta bəzi ingilis dilli ölkələrdə belə. İngilis dilinin bu zonada nə qədər geniş yayıldığına fikir versək Şərqi Avropada tanınmış və ingilis dilli universitetlərin geniş yayılmasına təəccüblənməmək lazımdır.
  • Polşada
  1. Adam Mickiewicz University Poznan
  2. University of Warsaw
  • Çexiyada
  1. Technical University of Ostrava                                               
  2. Charles University
  • Macarıstanda
  1. University of Debrecen                                                                         
  2. Eötvös Lorand

və s.

2.  Şərqi Avropa ölkələri dünyanın ən fərqli və maraqlı yerlərdindən hesab edilir.

  • Bir insanın başını aşağı və yuxarı etməsi XEYR, sağa və sola etməsi isə BƏLİ olaraq anlaşılır.
  • Çexiya şəkər qəndini ixtira edən ölkə olaraq tanınır.
  • Ruminiya Drakulanın vətəni hesab edilir.
  • Rubik Kubik deyə tanınan dünyanın ən məşhur oyuncağı Macarıstanda kəşf edilib.
  • Slovakia dünyada ən çox qalaları olan ölkədir.
  • Belarusiya Avropada ən gözəl təbiətli ölkələrdən biridir.
  • Ukrayna isə bizə məşhur “ O Sole Mio” u qazandırıb.

3. Şərqi Avropa universitetlərində A-dan Z-ə bütün ixtisasları tapmaq mümkündür.

Təbii ki sizin üçün sadəcə bir neçəsini sadalayaraq,

  • Polşada – Aviasiya mühəndisliyi
  • Macarıstanda – İqtisadiyyat
  • Çexiyada – Biznesin idarə edilməsi
  • Ukraynada – Kənd təsərrüfatı mühəndisliyi

kimi fərqli sahələri nümunə olaraq göstərmək mümkündür.

Hə bir də qeyd edək ki magistratura və ya bakalavr təhsili barədə narahat olmağınıza ehtiyac yoxdur. Bu sadalalan ixtisasların hər biri ingilis dilində hər iki ali dərəcə üçün keçərlidir.

4. Daha aşağı təhsil haqqı və yaşayış xərcləri.

Yəqin çoxlarınız 2004 cü ildə çəkilmiş, Şərqi Avropanı ziyarət edən, və müflis olmuş bir qrup gəncin komediya filmini xatırlayırsınız. Cəmisi 1 dollar və bir neçə senti olan bu qrup bir müddət sonra özlərini bahalı bir oteldə tapırlar və fərqli macəralar yaşayırlar.

Təbii ki, bu inandırıcı bir hekayə olmasa da müəyyən bir reallıq da daşıyır. Şərqi Avropa ölkələri Avropanın digər hissələrindən çox daha ucuzdur. İstər təhsil istərsə də gündəlik yaşayış xərclərində bu öz əksini tapmaqdadır. Shared house dediyimiz universitet tərəfindən təmin olunan yataqxanalarda, hansı ki tələbələr öz otaq yoldaşları ilə birlikdə qalır, çox münasib qiymətlər tapmaq mümkündür. Elə Çexiyanın özündə 55-60 Avroya , hətta Ruminiyada 35-40 Avroya belə qiymətlər təklif edilir. Bundan əlavə tələbələr müəyyən kriteriyaları qarşıladıqda tam endirimli təhsil haqqı ilə oxumaqda mümkündür.

5. Sonda isə tələbə həyatı çox əyləncəli və maraqlıdır.

Nə deyirsiniz deyin, amma Şərqi Avropada tələbələr necə əylənmək lazım olduğunu çox yaxşı bilir. Hər həftə sonu festivallar və maraqlı konsertlərlə yanaşı, tələbələr üçün təmin edilən pulsuz muzey girişləri və restoranlarda endirimlər hər bir gənci burada təhsil almağa cəlb edir.

Belə görünür ki, bu ölkələrdə gündən günə gedən inkişaf hələ bir çox gənci özünə cəlb etməyə davam edəcək.

 

Ünvan:  Nərimanov rayonu, Təbriz küç. 100A

Tel:   (012) 566 48 23

         (050) 787 57 66

email:   baba.karimli@celt.az

10 thoughts on “Şərqi Avropada təhsil almaq”

  1. Salam. Mən İqtisad Universitetin 1 kurs tələbəsiyəm. Ekoloqiya fakultəsi. Pribaltik ölkələrdən hansı Ali məktəblərə daxil ya transfer edə bilərəm. Tibb ilə bağlı təklifləriniz var?