Sloveniya Respublikası Azərbaycan Respublikasının vətəndaşları üçün doktorantura təhsil səviyyəsi üzrə karstologiya sahəsində təhsil almaq üçün təqaüd proqramı təklif edir.
Təhsil səviyyəsi: Doktorantura
İxtisaslar: karstologiya (geologiya elmləri sahəsi)
Kvota: 2 nəfər
Universitet: “University of Nova Gorica”
Maliyyələşmə: təhsil haqqından azad olunma, yaşayış xərcləri (sağlamlıq sığortası, yerləşmə və qida xərcləri / aylıq 700 avro)
Tədris dili: ingilis dili
Ərizə forması: Formaya keçid üçün bu linkə daxil olun. Təqaüd proqramı barədə ətraflı məlumat üçün bizə yazın.
Müraciət forması: Təqaüd proqramına müraciət, seçim meyarları, tələb olunan sənədlər və müraciət üçün son tarix barədə ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.
