Şərqi Avropada Təhsil ilə bağlı sual və cavablar

Şərqi Avropada Təhsil ilə bağlı sual və cavablar

Şərqi Avropada Təhsil ilə bağlı sual və cavablar yazımız Latviya, Litva, Estoniyada təhsil haqqında suallardır. Əlavə sualnız olarsa mütləq şərh yazın. Mütəxəssislərimiz cavablayacaqdır.

 

Salam mən məktəbi 2007- ci ildə bitirmişəm . Attestatla Latviyada oxuya bilərəm ? Birdə harada ən ucuz təhsil mümkündü qiyabi ? və hansı fakultələri

Salam. Latviyada oxuya bilərsiniz. Yalnız əyani oxuya bilərsiniz. Qiyabi təhsil Türkiyədə mövcuddur.

Salam latviyada tehsil haqqi ne qederdir ve ayliq yasam xerci?

Latviyada 2-4 min arasıdır avro ilə illik. Yaşayış maksimum 500 dollar ayda.

Salam latviyada teqaud ala bilerem?

Salam. Hal-hazırda Latviyada təqaüd verən bir proqram tanımır.

Salam men litvada vyatuas magnus universitetinde (international politic and development studies) vey kanunas universitetinde( public policy) oxumaq isteyirem.Bu universitetler necedirler? oxumagga deyer? onlara indiden muraciet etmek mumkkundur? Yeginki ielts lazim deyil scholarship almaq mumkundur.Men dovletde calismaq isteyirem on a gore universiteti programda 100% olani secirem.Universitetin reytinqinin ferqi var bizim dovlet ucun? En esas olan siyahida olmasidir? Litvada rus dilinde danisirlar? (indiden oyrenmek lazimdir? ) orada yasam xerci ne qederdir bu universitetlerin tehsil haqqi ne qederdir?

Salam. Kifayət qədər reytinqli universitetlərdir. İngiliscə bilməlisiniz. Scholarship mümkün deyil. Təhsil haqqı 2500-5000 avro arasındadır. Yaşam xərci aylıq 500 avro civarındadır. 11-i bitirmisinizsə Kaunasda yazdan etibarən oxuya bilərsiniz və qəbul açıqdır ora. Amma Magnusda gələn ilin sentyabrında başlayacaqsınız. İngilis dilini bilsəiniz kifayətdir. Rus dili əlavə üstünlükdür.

Litvada tehsil ne qeder keyifyetlidir? vyatuas magnus university ve kaunas technology universitetinde ozellikle ? Orada tehsilden razi qalmasam 1 il oxuyub italiyada veya ispaniyada 1 ci kursa basliya bilerem? (ingilis dilinde tehsil) Veya basqa olkelere transfer etmek nece ?

Salam. Hər iki universitetin kifayət qədər nüfuzu vardır, əsasən də Kaunas Technolgy özəlliklə texniki proqramlar üzrə ixtisaslaşıb. Siz hansı ixtisas üzrə təhsil almaq istəyirsiniz? Təhsildən razı qalmasanız xaricdəki universitetlərdə yenidən birinci kursa başlamalı olacaqsınız. İtaliya və İspan universitetlərində (dövlət universitetlərində) birinci kursa başlamaq üçün Litvada birinci kursda kəsriniz olmamalıdır. Litvadan təhsil keyfiyyətlidir. Amma Litvadan daha yaxşı təhsil verən ölkələr və Azərbaycandan birbaşa attestatla və İELTS-lə qəbul edən ölkələr, Macarıstandır, daha yaxşısı isə Hollandiyadır.

Hal-hazırda 11ci sinif şagirdiyəm, Attestat alıb Latviyada Universitetə qəbul ola bilərəm?

Bəli, ola bilərsiz. Belə ki sizin IELTS balınız 6.0 və ya 6.5 olmalıdır və GPA ( orta nisbi bal ) yaxşı olmalıdır. Və ya orda 1 illik foundation (baza təhsili) keçməklə, davam etdirə bilərsiz

Latviyada bakalavr və magistr nə qədər davam edir?

Bakalavr dərəcəsi 3 – 4 il davam edir, bu Universitetlərdən asılıdır. Magistr dərəcəsi 1.5 – 2 il davam edir

Latviyada necə ingilis dilində təhsil ala bilərəm?

Litvada ingilis dilində təhsil almaq üçün, sizin IELTS və ya TOEFL nəticəniz olmalıdır. IELTS 6.0 və ya 6.5, TOEFL 80-100 arası Universitetlər tərəfində qəbul olunur.

Salam. Vilnusda yerlesen International school of business and Law -ın tehsil haqqi ne qederdir. Burda mektebi bitiren kimi oxumaq olar orda?

Salam. Bəli attestatla normalda qəbul etdirə bilirik. İllik 2800 avrodur.

Latviya Universitetlərində ikinci ali təhsil kimi hüquqşünas ixtisası almaq mümkündürmü

Salam, Əyani bəli. qiyabi təhsil nəzərdə tutursunuzsa, bu mümkün deyil

Salam. Men kimya muhendisliyi oxuyuram, bakalavr. Polsha, Latviya ve ya Macaristanda magistraturani dizaynerlik oxuya bilerem? eger yox, bes onda kimya muhendisliyi oxuya bilerem? Birde zehmet olmasa illik odenishi yazardiz. Teshekkurler.

Salam. Təəssüf ki, tamam fərqli sahələr olduğu üçün dizaynerlik üzrə magistr oxuya bilməzsiniz. Sadaladığınız ölkələrin birində Kimya mühəndisliyi üzrə magistr təhsili ala bilərsiniz. İllik təhsil haqqı 6400 avrodur. 2 illikdir proqramdır.

Latvia universitetlerine attestatla qebul olanda, Attestatdaki qiymetlerin hamsi yuksek olmalidir yoxsa ferq etmez ?

Salam, Latviya universitetlərinə qəbul olmaq üçün attestat qiymətləriniz yaxşı olmalıdır. Orta balınız 3.5-dən yuxarı olsa kifayət edər.

TİBB UNİVERSİTETİNDE OXUMAQ İSTEYEM LATVİYA VE YA MACARİSTANDA TEHSİL HAQQİ NE QEDERDİR?TOEFL İMTAHANİ VERMELİYEM?

Pribaltikada təhsil haqqı Universitetdən asılı olaraq 8-10 min avrodur. Macarıstanda isə 12-13 min manatdır. Bakalavra qəbul olmamışdan qabaq sizdə İngilis dilindən və ixtisasınızdan imtahan olacaq. İngilis dilini bilsəniz də, İELTS sertifikatınız olsa sizə əlavə üstünlükdür.

Hal-hazırda Tibb Universitetində oxuyuram. Bilmək istərdim ki, Latviyada tibb təhsili ala bilərəm? Birdə qiymətlər barədə məlumat verərdiz

Bəli, ala bilərsiz. Belə ki, siz IELTS nəticəniz 6.0 və ya 6.5 olmalıdır. Latviyada əlavə tibb imtahanı verməlisiz. İllik təhsil haqqı 6000 avroda başlayır.

Tələbə vizası almaq prossesi Latviya üçün çətindir?

Xeyr, adətən 1 həftədən 1 aya kimi vizanı almaq olar .

Latviyada yaşayış xərci nə qədərdi?

Əksər Universitetlər öz yataqxanalarını təklif edir tələbələrə. Bu yataqxanalarda qiymət 150-200 avro arası dəyişir. Ev kirayələdikdə isə normalda 3 nəfər qalsa, adam başına 100-200 avro arası dəyişir qiymət. Digər İndividüalın xərcləri 300 – 400 avro civarındadır

Latviyada rus dilində təhsil varmı və pulsuz təhsil almaq mümkündürmü? Mümkün deyilsə illik təhsil haqqı nə qədərdir? Qəbul tək attestatladır yoxsa 1 illik ali təhsillə qəbuldur? Latviyada foundation rus dilində neçəyədir

Bəli, rus dilində var. İllik təhsil 2-3 min avrodur. Qəbul üçün attestat və xarici pasport lazımdır.

Salam mən 11-ci sinif şagirdiyəm və attestatla Latviyada təhsillə maraqlanıram. Burada qəbul zamanı ALES imtahanı verilir yoxsa bir illik hazırlıq zamanı öyrədilir? Qiymətlər barədə öyrənmək istəyirəm. Latviyanın diplomu tanınırmı?

Salam, Latviyaya qəbul üçün sadəcə bakalavr pilləsi və IELTS imtahanı lazımdır. Təhsil, yəni magistr iki il və illik normalda 2 min avrodur. Bəli, diplomlar bütün avropada və Azərbaycanda tanınır.

Mənə Latviyada olan universitetlərdəki ixtisaslarla maraqlanıram. Zəhmət olmasa, qiymətləri və digər məsələlərlə bağlı məlumat verəsəniz.

Latviyada programlar ingiliscədir. İllik təhsil 2-3 min avrodur. Qəbul üçün attestat və IELTS yetər,

Mən 6.0 İELTS balı ilə Latviyada təqaüdnən və ya pulsuz bakalavr təhsili ala bilərəm? Həmçinin, Azərbaycanda 2-ci kursu bitirib sənədləri verəcəm. Bu zaman təhsil haqqı ilə əlaqədar hər hansı bir güzəşt ediləcəkmi? TQDK balım 430-dur. Başqa ölkədə təqaüdlə oxumağa universitet tapa bilərəm?

Salam, Təqaüd və pulsuz təhsil yoxdur. Amma bəzi universitetlər ola bilər və gərək onların özü ilə əlaqə saxlayasınız. Normal təhsil haqqı illik 1500-2000 avro olur. Qəbul İELTS ilə problem deyil amma bu təqaüd almaq anlamına gəlməz.

Latviyada dərslər nə vaxt başlayır və ildə neçə dəfə qəbul var?

Dərslər Sentyabrda ya Yanvardan başlayır ( Universitetlərdən asılıdır ) və adətən ildə 2 dəfə qəbul var.

Mən Latviyada təhsil almaq istəyirəm. Rus dilini bilirəm. İngilis dilini bilmirəm. Hər hansi ixtisasda oxumaq istərdim. Bunun üçün hara müraciət edə bilərəm? Təşəkkürlər.

Latviyada rus dilində rahat təhsil ala bilərsiniz. Attestatınız varsa bizim ofisə yaxınlaşın.

Latviyada bakalavr təhsili almaq üçün orta nisbi bal neçə olmalıdır?

Nə qədər yüksək olsa, o qədərdə yaxşıdır, ümumilikdə 70-dən yuxarı.

salam men iqtisad universetinde 1 ci kursda oxuyuram bu ilin axrinda aelts ile imtahan verib latviyada ve ya macarıstanda 2 ci kursdan tehsilimi davam ede bilerem?

Salam, Etmək mümkündür amma burda alacağınız qiymətlər yaxşı olmalıdır.

salam litvada ve ya latviyada tehsil almax ucun ne qeder aelts balı lazımdır?

Salam Natiq bəy, Litvada və Latviyada təhsil almaq üçün İELTS 6.0-6.5 balına ehtiyacınız olacaq. Fakültədən fakültəyə dəyişir tələblər.

Salam. Estoniyanin universitetlerine qebul olmaq ucun hansi imtahani vermek lazim?

Salam. Estoniyada bakalvr oxumaq üçün IELTS 6.5 bal toplamaq lazımdır. Eyni zamanda attestat qiymətləriniz yaxşı olmalıdır. Əlavə məlumat üçün bizim ofisə yaxınlaşa bilərsiniz.

Salam men dovlet hesabina estonyada bakalvr oxumaq idteyirem bunun Üçün neyneyim xahis edirem melumat veresiz

Salam. Dövlət proqramı hal-hazırda bağlanıb. Estoniyada oxumaq üçün İELTS 6.0 və 6.5 sertifikatına sahib olmalısınız

Salam men estoniya,polsada magistr tehsili haqqinda melumat almaq isteyirem.

Salam. Estoniya və Polşada bakalavr təhsili üçün attestat və ingilis dil biliyinizi sübut edən sənəd lazımdır ilkin olaraq. Təhsil haqqı 3000 avro civarındadır. Qəbul üçün bizə yaxınlaşa bilərsiniz.

 

42 thoughts on “Şərqi Avropada Təhsil ilə bağlı sual və cavablar”

  1. 1)Salam estoniyada bakalavr təhsil almaq istəyirəm. İxtisas İt dir. İt balını nece yığıb xaricə gedirlər. Yani məsələn 400 700 arası dəyişir. O balı azərbaycanda yığmaq lazımdır?
    2) estoniyada təhsil alarkən tələbələri ora necə yerleşdirirlər. Yani orda ev kiraya tutmaq falan.

  2. 1)Salam estoniyada bakalavr təhsil almaq istəyirəm. İxtisas İt dir. İt balını nece yığıb xarə gedirlər. Yani məsələn 400 700 arası dəyişir. O balı azərbaycanda yığmaq lazımdır?
    2) estoniyada təhsil alarkən tələbələri ora necə yerleşdirirlər. Yani orda ev kiraya tutmaq falan.?
    3) Estoniyada təhsil almaq üçun ümumi nə qədər xərc çıxır ?
    4) Estoniyada təhsil üçün hansı imtahanları vermək lazımdır?
    5) Estoniyada İELTS nə qədər tələb olunur?

  3. Salam. Oglum 10 cu sinifde oxuyur. Men onun avropada bakalavr tehsilini aviasiya akademiyasinda olmasini isterdim. Melumat vere bilersiniz zehmet olmasa hansi olkelerde bu tehsili almaq munasi ve keyfiyyetli olar ve ne teleb olunur? Deyek ki burada qebul zamani qenaetbexsh bal toplami ede bilmesek mumkundurmu atestatla istediyimiz ixtisasa qebula kimek edesiniz? Inglis dili intermediate level-di. Onceden teshekkur edirem!!!

  4. Salam. İngiltərədə summer school haqqinda melumat almaq isterdim.hem muddet hem qiymet haqqinda.
    Dil biliyim üniversitet hazirligindan olan səviyyədir.
    2ci sulaim ise azerbaycanda bakalavr təhsilim filologiya magistr tehsilm umumi dilçilikdir. Sigorta sahesi uzre grant uda bilerem? 32 yasim var.

  5. Salam, mən ingilis dilində sərbəst danışa bilirəm.Estoniada TalTech universitetində mühəndislik üzrə oxuya bilərəmmi?Universitet üçün imtahanı Azərbaycanda verib gedirik, yoxsa oranın təhsil sisteminə görə veririk?həmçinin başqa sualımda olacaq.Mühendislik üzrə ballar Azərbaycandakı ilə eynidirmi?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next