SEÇİM…

Həyat seçimlərdən ibrarət bir əməliyyat sistemidir ki, seçimlərdən aslı olaraq bu sistem işə düşür və istiqamətini tutur. Hər bir həyata yeni atılan insanın həyatında ilk addımlardan biri təhsil sahəsi seçimidir ki, məhz bu seçim demək olarki, həmin insanın həyatında çox böyük rol oynayır.  Bir neçə müddət əvvəl bildiyimiz kimi abituryentlər ixtisas seçimi etdilər. Bu ixtisas seçimi zamanı valideynlər gənclərə neçə təsir etdilər və ümumilikdə gənclər seçim zamanı nəyə üstünlük verdilər və s haqda danışmayacağam. ! Mən seçimdən danışacağam…Bir çox gənclərin arzusu hər hansı sahələr olur ki, məhz həmin sahə ölkəmizdə ya inkişaf etməmiş sahə olur, yadakı həmin sahə ümumiyyətlə olmur ki, bu zaman valideyn və yaxud həmin gəncin ətrafı, onu bu sahə deyil, başqa daha prestijli sahəni seçməyə sövq edirlər. Nəticədə gənc istəmədiyi sahəni seçir və təhsil almağa başlayır. Bir müddət sonra həmin gənc görürür ki, yox o bu sahədə çalışa bilməyəcək və inkişaf etməyəcək ona görə də o ya ixtisasını dəyişir, yaxudda təhslini yarımçıq buraxır, bəzənsə təhsilini bitirir və təhsilinə aid olmayan sahədə çalışmağa başlayır. İlk olaraq insan kənar təsir olmadan belə yanıla bilər. Lakin sonrada özünü hansısa sahədə tapan gənc və ixtisas seçimi zamanı yanıldığını bilən gənc istədiyi sahədə təhsil almaq üçün onun Azərbaycanda iki şansı var ki, o istədiyi ixtisasda təhsil almaq üçün bakalavr təhsilini bitirib magistr təhsili ala bilər, yadakı ixtisasını dəyişə bilər (əgər ixtisas dəyişmək mümkündürsə). Amma Azərbaycandan fərqli olaraq yaxın qonşu və digər xarici ölkələrin bir çox universitetlərində ikili diplom proqramı vardır ki, tələbə digər bir istədiyi ixtisası da seçib o sahə üzrə diplomu müdafiə edə bilir. İlk öncə mən araşdırmalar apararkən belə bir qaydanın və ya bu ikili diplomun nəyə lazım olduğunu və bunun hansı səbəbdən tətbiq edildiyini araşdıranda mənə aydın oldu ki, buna səbəb gəncin yalnış seçim etdiyi zaman doğru seçim etməsinə universitetdə oxuyarkən belə imkan yaratmaqdır. Həmdə bir növ insanların yalnız bir ixtisas üzrə deyil, bir neçə ixtisasa bir yerdə yiyələnməyə şərait yaratmaqdır.  Bu proqram Türkiyənin bir çox universitetlərində və eləcə də digər Avropa və Amerika ölkələrinin  universitetlərində də tətbiq olunur.

İxtisas seçiminin yalnışlıqla və təsirlə seçimi həm psixoloji həm də ideoloji cəhətdən asıllığın yaranmasına səbəb olur. Adətən belə insanlar özünə qapalı olurlar və bu da onlarda ümumi vərdiş halını alır ki, sonradan bunun xasiyyətə çevrilməsinə şərait yaradır.

Xaricdə təhsil almağın üstünlükləri hamıya məlumdur. Məhz “ikili diplom” ilə universiteti bitirmə şansının olması da məncə üstünlüklərdən biridir. İkili diplom haqqında daha ətraflı növbəti yazılarımda yazacağam.

Təhsil və ixtisas seçimi edərkən gənclər bir çox seçim qarşısında qala bilər. Lakin gənclər seçim edərkən aşağıdakı qeyd olunanlara diqqətlə nəzər yetirməlidirlər.

  1. Universitetin prestiji yox, təhsil səviyyəsini dəqiqləşdirilməlidir.
  2. Universitedə təhsilin onun büdcəsinə uyğunluğunu dəqiqləşdirməlidir
  3. Universitetin yerləşdiyi ölkə, həmin ölkədə yaşam səviyyəsi və yaşayış şərtlərinin sizə uyğun olub – olmaması.
  4. Seçim etdiyiniz ixtisasın hal-hazırkı təlabatlılıq qabiliyyətini və universiteti bitirdikdən sonra (3-4 ildən sonra) təlabatlılıq qabiliyyətinin hansı formada olacağını araşdırmalı və təhlillər aparmalı.
  5. Universitetin mənfi və müsbət tərəflərini araşdırmalı
  6. Universitetdə alacağın təhsilin digər universitetlərdən fərqli olaraq sənə nə verəcəyinidə aydınlaşdırmalı və seçim zamanı keyfiyyət və kəmiyyət bir ortamda formalaşan universitetlərə üstünlük verilməlidir.
  7. Universitetin yerləşdiyi şəhərin təbiətinin, havasının Sizə uyğun olub olmamasını.

Həyat özü seçimdir, amma biz insanlar onu seçmədən yaşayırıq. Hər bir gənc həyatında seçim edərkən yalnış seçimlərdən yayınmağa çalışsa və buna cəhd etsə  cəmiyyətimizdə gələcəkdə özünü tapmayana insanlara, özünü ifadə edə bilməyən insanlara və ümumilikdə savadsızlığa rast gəlmərik. Amma çox təəsüf ki, insan həyata atılarkən çox zaman qarşısındakı seçimlərdən ağıllı vasitələrlə deyil, görünüşlü, prestijli və daha cəlbedici seçimləri edir ki, onun sonu çox da yaxşı olmur. Qazanılan hər bir uğurun başlanğıcında çox bir kiçik və düşünülmüş seçim dayanır ki, məhz onun sonu çox böyük uğur olur. Odur ki, seçiminizi ağıl və məntiqlə edin, məntiq və qazancla deyil.

Hələlik bu qədər…

Seçim zamanı hamıya Uğurlar 🙂

4 thoughts on “SEÇİM…”

  1. salam menim sualim Gre (General) hakkindadir..Riyaziyyatdan zeif bilyi olan birisi (sifirdan yeni) nece ay hazirlasmalidir ? ve kursunuzun qiymeti ayliq ne qederdir ? onceden teskkurler…

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next