SAT imtahanı haqqında hər şey

Amerika mərkəzli imtahan olan SAT (Scholastic Aptitude Test, yəni akademik qabiliyyət imtahanı), əvvəlcə Amerikada ali təhsil almaq üçün tələb edilən imtahan olsa da, bu gün bir çox ölkədə universitet qəbulunda tələb edilən imtahanlardan biridir. İmtahan College Board adlanan qurum tərəfindən il ərzində 7 dəfə keçirilir. Ödənişli imtahandır. Beynəlxalq statusa malik olduğu üçün SAT imtahanını, demək olar ki, dünyanın hər yerində vermək olar. Bunun üçün ilk növbədə Collage Board’ın rəsmi saytında qeydiyyatdan keçmək və daha sonra sizə yaxın olan imtahan məntəqəsini seçmək lazımdır.

SAT imtahanı SAT 1 və SAT 2 olmaq üzrə iki növə ayrılır. Ardıcıl nömrələndirilsə də imtahanlar bir-birinin davamı deyil.

İmtahanın strukturu

Quruluş etibarilə SAT 1 iki hissədən ibarətdir: Reading & Writing (Yazı & Oxu) və Mathematics (Riyaziyyat). İmtahan müddəti 3 saatdır. Reading hissəsi 52 sual olmaqla 65 dəqiqə, Writing hissəsi 44 sual olmaqla 35 dəqiqə davam edir. Reading hissəsində daha çox psixologiya və tarixlə bağlı 5 mətn və hər mətndən isə təqribən 10-11 sual soruşulur. Writing hissəsində əksər hallarda verilmiş yazı səhvlərini müəyyənləşdirib düzgün variantı qeyd etmək tələb olunsa da, bir çox hallarda verilmiş qrafikə uyğun cavablar da tələb edilir.

İkinci hissə olan riyaziyyat, özü də iki hissəyə bölünür. Belə ki, birinci bölmədə kalkulyatordan istifadə qadağandır. Bu mərhələdə kalkulyatorsuz həll edilə biləcək  asanlıqda 20 sual olur və imtahan verənlərə 25 dəqiqə vaxt verilir. İkinci riyaziyyat bölməsində isə 55 dəqiqəlik müddətdə cəbr, verilənlərin təhlili, məsələ həllindən 38 sual olur və elmi kalkulyator istifadəsinə icazə verilir.

SAT 2 imtahanı isə, daha çox, öyrənənlərin bilik və bacarıqlarının daha təkmil olduğunu sübut etmək üçündür. Belə ki, imtahan verənlər 20 mövzu imtahanından öz sahələrinə uyğun olanını seçərək imtahanda özlərini sınaya bilərlər. SAT Subject imtahanı 1 saat davam edir. Lakin burada sual sayı seçilən imtahana görə fərqlilik göstərir. SAT Kimyada 85 sual olduğu halda, SAT Ədəbiyyatda 60 sual olur.

SAT 2 imtahanından keçmək zəruri deyil. Bu o deməkdir ki, universitet qəbulu üçün SAT 1 imtahan nəticəsi kifayət edir. Amma qəbul zamanı rəqabət şərtləri nəzərə alındığı halda SAT 2 nəticəsinin olması üstünlük kimi qəbul edilir.

SAT 1 imtahanında bal aralığı 400-1600 çərçivəsində qiymətləndirilir və hər iki hissə 800 balla ölçülür. İmtahan nəticəsinin hesablanması isə alqoritm əsasında həyata keçirilir. Buna görə də müxtəlif vaxtlarda verilmiş imtahanlarda səhv sayına görə fərqli bal çıxılması mümkündür. Yəni ilk imtahanda 4 səhv ilə 1550 aldığınız halda ikinci dəfə eyni sayda səhvlə nəticəniz 1580 ola bilər. SAT 2’də isə maksimum bal 800dür.

SAT imtahan nəticəsi ilə Azərbaycanda ADA universitetinə və Amerika, Türkiyə, Çin kimi ölkə universitetlərinə qəbul əldə etmək mümkündür. Qəbul üçün tələb edilən bal isə seçilən universitet və ixtisasdan asılı olaraq dəyişir.

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012 496 45 76

050 588 15 18

71 thoughts on “SAT imtahanı haqqında hər şey”

    1. Salam. Türkiyədə dövlət unilər 1000 manatdan 10000 manata kimi dəyişir. Yəni tibb və mühəndislik ixtisasları bir az bahadır. Amerika isə dövlət özəl fərqi yoxdur xarici üçün hamı eyni qiymətdir. 10 min dollardan 60 min dollara kimi dəyişir. Bunlar sadəcə təhsil haqqıdır

  1. ODTÜ, İTÜ,Koç kimi üniversitetlərə SAT ilə girmək mümkündür? SAT imtahanına sadecə bir il hazırlaşmağla qəbul ola bilərəm?

  2. Salam. Həm SAT1 həm də SAT2 imtahanına girsək bə yüksək bal yığarsaq Amerika universitetlərinə təqüdlə daxil ola bilərik?

  3. Salam. Londonun hər hansı bir universitetində 2ci qrup üzrə oxumaq üçün SAT ilə bərabər buraxılış imtahanı vermək lazımdı?

  4. Salam. Koç üniversitetində tibb fakültəsində 100 % bursla oxumaq üçün nə qədər bal lazımdır? SAT writing-dən imtahan verməliyəm?

  5. Salam mən tam olarağ başa düşə bilmədim. SAT 1 və SAT 2 ayrı imtihanlardı? Ayrı ayrı verilir? Qeydiyyatdan keçərkən, ikisindən birini seçirik yoxsa hər ikisini də, girilir? Və məbləğ nə qədərdi? Oktyabırın üçün də imtahan olacaq? Collegboard’dan baxdım. Təşəkkürlər.

    1. Salam. Bəli. SAT 1 daha çox lazım olur. SAT 1 ingilis dili və riyaziyyatdan ibarətdir. SAT 2 isə fənn üzrədir. Məsələn sizə Biologiya üzrə SAT lazımdır onu edirsiniz. Ama SAT 2 daha çox Harvard kimi unilərə lazım olur ama qalan hallarda SAT 1 kifayətdir

      1. Salam 3 cu qrupa uygun olan 2 ci bakalvr yaxud magistratura ixtisaslari uzre Boyuk B. , London ve ya Harward universitetlerine hansi imtahanlar, lazim olan neticeler ve odenisleri barede umumi melumatlandirardiz zehmetolmasa

      2. Lazım olan IELTS və bakalavr dərəcəsi. GPA yaxşı olsun. Və mümkünsə GRE olsun. Xərclər ən az 15 min funtdan başlayır

  6. SAT 2 imtahanını verməsəm Türkiyədə Boğaziçi universitetində oxuya bilərəm?Oxuya bilərəmsə illik nə qədər ödəniş verilir?

      1. Salam . Boğaziçi universitetində ödənişsiz magistr təhsili almaq olurmu Azərbaycan tələbələri üçün?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next