Rusiya Gömrük Akademiyasında “Gömrük işi” ixtisası üzrə təhsil almaq istəyənlərlə onlayn test imtahanı və müsahibə keçirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyası arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq Moskva vilayəti Lüberts şəhərində yerləşən Rusiya Gömrük Akademiyası və onun Rostov filialının hər birində 1 nəfər, Sankt-Peterburq filialında isə 2 nəfər olmaqla, “Gömrük işi” ixtisası üzrə əyani təhsil alması üçün ümumilikdə 4 nəfər Azərbaycan Respublikası vətəndaşı üçün yer ayrılmış və bununla bağlı tələbə qəbulu elan edilmişdir.

Avropada və ya Amerikada təhsil almağı planlayırsan? CELT Xaricdə Təhsil Proqramı xidmətinizdədir. Ətraflı məlumat üçün bizə yazın.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün sənəd qəbulu onlayn qaydada 9-15 iyul 2020-ci il tarixlərində aparılıb.

Qeyd olunan müddət ərzində sənədlərini təqdim edən abituriyentlərlə Dövlət İmtahan Mərkəzi tərəfindən 16 iyul 2020-ci il tarixində ümumi intellekt səviyyəsinin yoxlanılması üçün onlayn test və onlayn müsahibə keçirilib.

Onlayn test və müsahibədən uğurla keçən 4 nəfərin namizədliyi ödənişsiz təhsil forması üzrə oxumaq üçün Akademiyaya təqdim olunub.

Növbəti mərhələdə Rusiya Gömrük Akademiyası tərəfindən abituriyentlər üçün ictimai fənlər, həmçinin rus dili və xarici dil fənləri üzrə distant formada imtahan keçiriləcək.

Müsabiqədən uğurla keçmiş abituriyentlər onları maraqlandıran əlavə məlumatları müvafiq keçidlərdən əldə edə bilərlər.

Rusiya Gömrük Akademiyası

Rusiya Gömrük Akademiyası Sankt-Peterburq filialı

Rusiya Gömrük Akademiyası Rostov filialı

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next